gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / 22 Dekabr 2018-ci il tarixində Beynəlxalq Elmlər Akademiyasının Rəyasət heyətinin və Elmi Şuranın geniş iclası keçirilmişdir.

22 Dekabr 2018-ci il tarixində Beynəlxalq Elmlər Akademiyasının Rəyasət heyətinin və Elmi Şuranın geniş iclası keçirilmişdir.
07.01.2019

22 Dekabr 2018-ci il tarixində Beynəlxalq Elmlər Akademiyasının Rəyasət heyətinin və Elmi Şuranın geniş iclası keçirilmişdir.

İclası Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan bölməsinin (AB) Prezidenti, Geologiya-Minerologiya Elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının Akademiki Elçin Xəlilov açdı. İclasda BEA Azərbaycan bölməsinin rəyasət heyətinin üzvləri ilə yanaşı, BEA Azərbaycan bölməsinin Fəxri Prezidenti, Milli Elmlər Akademiyasının Akademiki  Ziyad Səmədzadə, Milli Olimpiya Komitəsinin Vitse Prezidenti, filologiya elmləri doktoru, Çingiz Hüseynzadə, MEA və BEA Akademiki Əli Abbasov, BEA Azərbaycan bölməsinin Vitse Prizidentləri, professor, farmakologiya elmləri doktoru Məhbubə Vəliyeva və Coğrafiya elmləri doktoru, professor Rza Mahmudov, BEA Azərbaycan bölməsinin Akademikləri: Dövlət Auditorlar Palatasının sədri professor, iqdisad elmləri doktoru Vahid Novruzov, iqdisad elmləri doktoru, professor Elşən Hacızadə, AMEA müxbir üzvləri - Akif Musayev və Eyub Quliyev, həmçinin digər tanınmış alimlər və Çin Xalq Respublikasının Elm və İncəsənət Universitetinin Partiya komitəsi sədri Professor Yan Xiaohui və rektoru Professor Zheng Weiqiang başçılığı ilə Çin Xalq Respublikası Alimlərindən ibarət nümayəndə heyəti iştirak etmişlər.

Elçin Xəlilov BEA AB-nin kənd təsərrüfatında yeni texnologiyaların tətbiq edilməsi sahəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları ilə elmi və texniki əməkdaşlığı haqqında məlumat vermişdir.

Elçin Xəlilov həmçinin BEA AB-nin xarici müxbir üzvü Li Renying forum iştirakçılarına BEA AB ilə Çin Xalq Respublikasının Zəlzələlər İdarəsi, Gansu əyalətinin Seysmologiya İnstitutu, Gansu əyalətinin Sosial Elmlər Akademiyası ilə birlikdə və digər təşkilatlarla əməkdaşlıq proqramı haqqında da məlumat vermişdir.

Həmçinin iclasda iqtisad elmlər doktoru, professor Elşən Hacızadənin “Dünya iqtisadiyyatı və Azərbaycan” kitabının və Dövlət Auditorlar Palatasının sədri professor, iqdisad elmləri doktoru Vahid Novruzovun Şərq aləmində geniş yayılmış yoqa haqqında, onun faydası, insan sağlamlığına əvəzsiz müsbət təsirindən bəhs edən kitabın təqdimatı olmuşdur.

İclasda BEA AB-nin Rəyasət Heyətinin qərarı ilə Dr. Li Renying BEA AB Prezidentinin Çin Xalq Respublikasının elm və təhsil müəssisələri və alimləri ilə əməkdaşlıq üzrə Xüsusi Müşavir təyin edilmişdir.

Gündəmdəki növbəti mövzularla professor, tarix elmləri doktoru Tahir Əmiraslanov “Ənənəvi Azərbaycan Mətbəxinin Tarixi mənbəyinin araraşdırılması” və professor, tarix elmləri doktoru Abbas Seyidov "Azərbaycanda alman yaşayiş məskəni Yelenendorf (1818-1941-ci illər)" məruzə ilə çıxış etdilər.

http://www.iqtisadiyyat.com/pdf/9968152-1047-SON-1-min.pdf (səh 9)

http://www.news-globe.com/m/view.php?aid=2925&from=singlemessage&isappinstalled=0