gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Haqqımda

Hacızadə Elşən Mahmud oğlu

Azərbaycanlı.


İqtisad elmləri doktoru. Professor.

Beynəlxalq Elmlər Akademiyasının akademiki.

Beynəlxalq Menecment Akademiyasının akademiki.

Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki.

Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü.

Beynəlxalq İqtisadçılar İttifaqının üzvü.

 

1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur.

 

Təhsili:

1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır.

 

Əmək fəaliyyəti:

1982-1997-ci illərdə Azərbaycanın Yanacaq Enerji Kompleksində (SOCAR-ın H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsi və Quruda Neftqazçıxarma İstehsalat Birliyi, “Azəriqaz” QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif vəzifələrdə işləmişdir.

1997-2014-cü illərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, AMEA-nın İqtisadiyyat İnstitutunun “Struktur dəyişiklikləri” sektorunun müdiri, “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC “Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası”nın müdiri, “Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi”nin direktoru, “Magistr Hazırlığı Mərkəzi”nin direktor müavini) tutmuşdur.

2010-2018-ci illərdə “Azərbaycanın vergi jurnalı”nın baş redaktoru olmuşdur.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəridir. “ENECO” (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur.

2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin vitse-prezidentidir.

II dərəcəli dövlət müşaviridir.

 

Elmi dərəcə və adları:

1.İqtisad elmləri namizədi. 1998-ci il.

Mövzu: “Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar və onların təkmilləşdirilməsi problemləri”.

İxtisas: 08.00.05-Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye).

2.İqtisad elmləri doktoru. 2005-ci il.

Mövzu: “Azərbaycanın quru ərazilərində neft və qaz hasilatının artırılması problemləri”.

İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi).

3.Dosent. 2010-cu il.

Ixtisas nomenklaturası: Xalq təsərrüfatının iqtisadiyyəti və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi).

Diplom: DS№03505. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 20.04.2010).

4.Professor. 2013-cü il.

İxtisas sahəsi: Beynəlxalq İqtisadi münasibətlər kafedrası üzrə.

Diplom: PR№01291. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 16.11.2013).

 

Elmi yaradıcılığı və pedaqoji fəaliyyəti:

227 elmi əsər (371,3 ç.v.), o cümlədən, 10 monoqrafiya, 1 dərslik, 3 tədris proqramı, 5 metodik göstəriş, 1 metodik tövsiyə, 1 biblioqrafik məcmüə, 8 braşur, 30-dək müxtəlif ictimai məzmunlu məqalələrin müəllifidir.

Xarici dövlətlərdə keçirilən beynəlxalq konfrans, simpozium və konqreslərdə 30-dan çox elmi məqalələrlə çıxış etmiş və əsərləri müvafiq olaraq bir sıra ölkələrin elmi nəşrlərində çap olunmuşdur.

1997-2010-cu illərdə “Təfəkkür” Universitetində müəllim vəzifəsində işləmiş, 2010-2018-ci illərdə UNEC-in “Beynəlxalq iqtisadi münasibətlər” və “Beynəlxalq iqtisadiyyat” kafedralarının professoru vəzifəsində çalışmışdır.

 

Elmi fəaliyyətinin əsas istiqaməti:

Enerji sektoru;

Sənaye və nəqliyyat;

Yüksək texnologiyalar;

İnformasiya-kommunikasiya texnologiyaları;

Dünya iqtisadiyyatı;

Təhsilin inkişafı problemləri;

Ensiklopediya və iqtisadiyyat lüğətləri.

 Milli yanacaq-enerji kompleksinin modernizasiyası problemləri ilə bağlı konseptual tədqiqatların müəllifidir. “Sosiallaşan iqtisadiyyat”, “Nobel iqtisadiyyatı” kimi yeni iqtisadi anlayışları elmi dövriyyəyə gətirmişdir.

 

Yeni konseptual əsaslandırmalar:

 Sosiallaşan iqtisadiyyat konsepsiyası (sosiallaşan iqtisadiyyat - yeni iqtisadi anlayış), “Nobel iqtisadiyyatı” (yeni iqtisadi anlayış), dünya iqtisadiyyatı, sənaye siyasəti və infrastruktur problemləri, milli regional inkişaf strategiyası (avtonom fəaliyyət, Azad İqtisadi Zonalar, texnoparklar, regional klasterlər, biznes inkubatorları), enerji təhlükəsizliyi və milli enerji strategiyası, Yanaсaq Enerji Kompleksinin modernizasiyası problemləri, Azərbaycan neft sənayesində oliqopoliya modeli, karbohidrogen resurslarının nüvə potensialına çevrilməsi alternativliyi, yüksək texnologiyalar, informasiya iqtisadiyyatı, nanotexnologiyalar, şəhər ictimai nəqliyyatının inkişafı problemləri və avtomobilləşmənin yeni ekoloji tələbləri, regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, TRACECA, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Хəzər-Fars dəhlizi - geoiqtisadi rakurs (Xəzərdən Fars körfəzinə nəqliyyat su kanalının çəkilişinin iqtisadi təyinatları və effektivliyi), Yaxın Şərq energetikasında təhlükəsizlik kondominiumu və yeni maliyyə arxitekturası, Türkdilli ərazilərdə, Cənubi Qafqaz və Xəzər hövzəsi regionlarında iqtisadi potensialın qiymətləndirilməsi.

 

  Monoqrafiyalar

1.Azərbaycanın quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar və səmərəlilik problemləri.

Bakı: Elm, 1998, 144 s., 9,0 ç.v., sayı 300., Elmi redaktor: akademik Z.Ə.Səmədzadə.

Monoqrafiyada quruda neftqazçıxarma istehsalının dinamikası, inkişaf mərhələləri və meyilləri yeni baxışlar baxımından təhlil edilmiş, neftqazçıxarma kompleksinin idarə edilməsini təkmilləşdirmək məqsədilə yeni struktur dəyişikliklərinin zəruriliyi elmi cəhətdən əsaslandırılmış, sahənin tələblərinə cavab verən strukturun formalaşdırılması və reallaşdırılmasının iqtisadi mexanizmi təklif olunmuşdur.

2.Energetik kompleks yeni islahatlar ərəfəsində.

Bakı: Elm, 2000, 257 s., 22,0 ç.v., sayı 300. Elmi redaktorlar: i.e.d., prof. A.A.Ağayeva, T.Ə.Paşayev.

Monoqrafiya dünya energetikasının qloballaşma kontekstində təhlili və qiymətləndirilməsinə, bəşəri enerji resurslarının konsolidasiyası problemlərinə və bazar münasibətləri şəraitində Azərbaycanın Yanacaq Enerji Kompleksində dayanıqlı iqtisadi inkişafı şərtləndirən islahatlar prosesinin sürətləndirilməsi, təkmilləşdirilməsi və dərinləşdirilməsinə həsr edilmişdir.

3.Neft-qaz sənayesində yeni bazar mexanizmlərinin formalaşdırilması istiqamətləri.

(T.Ə.Paşayevlə müştərək)

Bakı: Elm, 2000, 200 s., 12,5 ç.v., sayı 300. Elmi redaktorlar: i.e.d. Ə.X.Nuriyev, i.e.d., prof. A.A.Ağayeva.

Monoqrafiyada yeni reallıqlar kontekstində neft-qaz sənayesinin müasir vəziyyəti, inkişaf meyilləri, dayanıqlı inkişafın təmin edilməsinin iqtisadi aspektləri, vergiqoymanın təkmilləşdirilməsi, neft-qaz sənayesində fiskal mexanizmlər və digər bazar təsisatlarının tətbiqi məsələləri tədqiq olunmuşdur.

4.Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər.

Bakı: Elm, 2001, 186 s., 12,5 ç.v., sayı 350. Elmi redaktor: i.e.d., prof. A.Ş.Şəkərəliyev.

Monoqrafiya mövcud reallıqlar və virtual görüntü diapazonunda Azərbaycanın artan təbii qaz potensialının qiymətləndirilməsi, qaz sənayesinin müasir vəziyyəti, inteqrasiya və inkişaf meyilləri, bazar iqtisadiyyatı kontekstində yeni çevik infrastrukturun formalaşdırılması, böyük texniki-iqtisadi dövriyyədə təbii qazın qlobal və lokal perspektiv imkanlarının təhlil və tədqiqinə həsr edilmişdir.

5.Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli.

Bakı: Elm, 2002, 472 s., 29,5 ç.v., sayı 500. Elmi redaktor: akademik Ə.M.Abbasov.

Monoqrafiyanın leytmotivini dərinləşən bazar münasibətləri sferasında Azərbaycanın quru ərazilərində təşəkkül tapan neftqazçıxarma sənayesinin ümumi iqtisadi problemlərinin tədqiqi, istehsal artımının təmin edilməsində sahəvi kompleksin yeni iqtisadi modelinin işlənməsi, aparılan islahatların təkmilləşdirilməsi ifadə edir. Tədqiqat işində, həmçinin, genetik təhlil əsasında istehsalın dinamik inkişaf meyillərinin araşdırılması, sistemli yanaşma kontekstində struktur islahatlarının və idarəetmənin yeni strategiyasının işlənməsi, kompleksin iqtisadi modernizasiyası problemlərinin həllində, səmərəli fəaliyyətin təşkilində mütərəqqi bazar mexanizmlərindən, iqtisadi texnologiyalardan istifadə də əksini tapmışdır.

6.Neft təsərrüfatinin iqtisadi strukturunun modernizasiyası.

(Z.S.Abdullayevlə müştərək)

Bakı: Elm, 2003, 511 s., 32 ç.v., sayı 300. Elmi redaktor: AMEA-nın müxbir üzvü A.F.Musayev.

Monoqrafiyada dünya və Azərbaycan neft sənayesinin texniki-iqtisadi strukturu və tərəqqi meyilləri kontekstində səmərəli təsərrüfat quruculuğunun dinamik inkişaf amilləri, milli neft strategiyasının sosial-iqtisadi aspektləri, sahəvi sferada islahatların təkmilləşməsi, dövlət tənzimlənməsi, idarəetmə konsepsiyası və istehsalın rasional təşkili problemləri sistemli və situasiyalı yanaşma diapazonunda tədqiq və təhlil edilmiş, verifikasiya prinsiplərinə müvafiq olaraq neft-qaz sektorunun iqtisadi strukturunun modernizasiyasının alternativ bazar mexanizmlərinin prioritetləri təqdim olunmuşdur.

7.Sosiallaşan iqtisadiyyat.

Bakı: Elm, 2006, 509 s., 32,0 ç.v., sayı 300. Elmi redaktor: akademik Z.Ə.Səmədzadə.

Monoqrafiyada iqtisadiyyatın sosiallaşmasına açılan sivilizasiya vektorunun tarixi-fəlsəfi rakursda interpretasiyası, sosiumun davamlı inkişafının iqtisadi və sosial kompozisiya prinsiplərinin araşdırılması elmi-analitik ifadədə əksini tapmışdır. Sosiallaşan iqtisadiyyatı bərqərar edərək onu tam vahid bütövə çevirən qaynaq elementləri: ictimai-iqtisadi yaranışlar, demoqrafik təbəddülatlar, optimal məsrəflər, sosial təminatlar, lokal təsərrüfatçılıq, regional və qlobal inteqrasiya çevrəsi, iqtisadiyyatın energetik və resurs təchizatı, açıq icma və vətəndaş cəmiyyəti quruculuğu, İslamın perspektiv iqtisadi reallıqları elmi-tədqiqat araşdırmasının ana xəttini təşkil edir.

8.Regionların sosial-iqtisadi inkişaf problemləri (Şəki-Zaqatala regionunun timsalında) Kollektiv monoqrafiya.

(Ə.S.Qasımov, H.A.İsrafilov, E.A.Ağayevlə müştərək)

АDİU-nun Elmi Şurasının qərarı ilə çap edilmişdir. Bakı: „İqtisad Universiteti nəşriyyatı“, 2006, 304 s., 19,0 ç.v., sayı 500. Elmi məsləhətçi: i.e.d., prof. Ş.H.Hacıyev. Elmi redaktor: akademik A.A.Nadirov.

Monoqrafiyanın məzmununu Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunda sosial-iqtisadi inkişaf məsələlərinin kompleks təhlili ehtiva edir.

Monoqrafiya Şəki-Zaqatala regionunda fəaliyyət göstərən dövlət icra hakimiyyəti və yerli özünüidarəetmə strukturlarında çalışan işçilərə elmi-metodiki və elmi-praktiki köməklik göstərilməsi məqsədi ilə yazılmışdır.

9.Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi.

(E.R.Bağırzadə ilə müştərək). Bakı, Elm, 2011, 128 s., 8,0 ç.v., sayı 500. Elmi redaktor: AMEA akademiki Z.Ə.Səmədzadə.

Aparıcı qlobal reytinq təşkilatlarının hesabatları, milli statistik mənbələr və müəlliflərin təhlili şərhləri əsasında hazırlanmış bu kitabda Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyi başlıca kəmiyyət və keyfiyyət göstəriciləri üzrə təqdim olunur. Alternativ statistik məzmunu ilə orjinal səciyyə daşıyan bu kitab Azərbaycanda bu strukturda hazırlanmış ilk nəşr olmaqla, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 10.Nobel iqtisadiyyatı. Monoqrafiya.

Bakı: “Elm” 2020, 368 s. 23 ç.v., sayı 500. Elmi məsləhətçi akademik Z.Ə.Səmədzadə.

Monoqrafiyada iqtisadiyyat üzrə Nobel mükafatının təsis olunması reallıqları və ötən 50 il ərzində laureatların iqtisad elminin nəzəriyyələrinin təkmilləşdirməsi, onun yeni axın və istiqamətlərinin formalaşdırması ilə bağlı işlədiyi konsepsialar tədqiqat obyektinə çevrilmişdir. Bununla yanaşı predmetli təhlil və elmi-məntiqi əsaslandırmalarla həmin mərhələni postkeyns dövrünün tərkib hissəsi kimi “Nobel iqtisadiyyatı” adlandırılması şərtləndirilmişdir. Tədqiqat işində həmçinin “İqtisadiyyat üzrə Nobel mükafatı laureatları” ifadəsi, ilk dəfə lakonik olaraq, “nobelçi iqtisadçılar” termini ilə əvəzləndirilməsi də məqsədəuyğun hesab edilmişdir.


Dərslik

Dünya iqtisadiyyatı və Azərbaycan

Bakı: “Letterpress” nəşriyyat evi, 2018, 912 s., 57,0 ç.v., sayı 500. Elmi məsləhətçi: akademik Z.Ə.Səmədzadə.

Dərslikdə dünya iqtisadiyyatının formalaşmasının və inkişafının nəzəri əsaslarının və praktiki məsələlərinin tədqiqi qloballaşma meyilləri, inkişafın tempi və proporsiyaları, kapitalın beynəlxalq hərəkəti, dünya əmtəə və xidmətlər bazarının xüsusiyyətləri və buradakı qiymətyaranma prosesləri, valyuta-maliyyə münasibətləri və digər aktual problemləri məcmusunda öz əksini tapmışdır. Dərsliyin spesifikliyi və mühüm cəhəti Azərbaycan Respublikasının beynəlxalq əmək bölgüsü sistemində yeri və rolu, onun dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşməsi perspektivlərinin təhlili və təqdimatı ilə bağlıdır. Tələbələr, doktorantlar, müəllimlər, elmi işçilər, mütəxəssislər və həmçinin, dünya iqtisadiyyatının problemləri ilə maraqlananların istifadəsi üçün nəzərdə tutulur.


 Biblioqrafik məcmuə:

 Elşən Hacızadə. Biblioqrafiya.

 Anadan olmasının 60 illiyinə həsr olunur. Bakı: “Elm” 2021, 424 s., 26,5 ç.v. sayı 300. Baş redaktor: akademik Z.Ə.Səmədzadə. Redaktorlar: AMEA-nın müxbir üzvləri A.F.Musayev, Q.C.İmanov, iqtisad elmləri doktorları, professorlar V.T.Novruzov, H.A.İsrafilov. Tərtibçilər: iqtisad üzrə fəlsəfə dokroru, dosent E.Z.Səmədzadə, E.Ə.Əliyev, S.Ə.Sultanov.

 Azәrbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Enerji İqtisadiyyatı Mərkəzinin Elmi Şuralarının birgə qərarları əsasında nəşr olunur.

 Biobiblioqrafik nəşr iqtisad elmləri doktoru, professor Elşən Mahmud oğlu Hacızadәnin həyatı, elmi-pedaqoji, əmək və ictimai fəaliyyətinə həsr olunmuşdur. Nəşrdə azərbaycan, rus və ingilis dillərində müəllifin həyat hadisələrinin mühüm tarixləri, elmi fəaliyyətinin əsas istiqamətləri, elmi dərəcə, elmi ad və təhsili ilə bağlı aldığı attestatlar, diplomlar, sertifikatlar və digər şəhadətnamələr, elmi əsərlərin biblioqrafiyası, publisistik məqalələrin siyahısı, elm və təhsil müəssisələrində yerinə yetirdiyi tədqiqat işləri, hazırladığı layihələr, kitabları haqqında mətbuatda çıxan resenziyalar, iştirak etdiyi dəyirmi masalar, rəsmi opponent və resenzent olduğu dissertasiyalar, dissertasiya şuralarında iştirakı, üzvü və rəhbəri olduğu elmi redaksiya heyətləri barədə informasiyalara da yer verilmişdir. Nəşrin mətninə həmçinin müəllifin elmi əsərlərinə edilən “Yüz bir istinad”, təltifləri, filmoqrafiya fəaliyyəti, internet resurslarında, ensiklopediyalarda və ayrı-ayrı nəşrlərdə onun haqqında verilən bioqrafik məlumatlar da daxil edilmişdir. Biblioqrafik nəşr iqtisadiyyat və idarəetmə sahəsi üzrə elmi-tədqiqat işləri aparan alim və mütəxəssislər, müəllim və tələbələr, elecə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


 Tədris proqramları:

1. İqtisadi təhlil. Bakalavr təhsil sistemində İİ-01-02.01 “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan ali məktəb tələbələri üçün tədris proqramı. “Elm və təhsil mərkəzi” Təffəkkür Universitetinin baş müəllimi, iqtisad elmləri namizədi E.M.Hacızadə. Redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru professor A.Ş.Şəkərəliyev. Rəyçilər: Azərbaycan Dövlət İqtisad Universitetinin Statistika kafedrasın müdiri iqtisad elmləri doktoru professor S.M.Yaqubov., Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi təhlil və audit kakedrasının dosenti iqtisad elmləri namizədi F.Ş.Hacıyev. Аzərbayсan Respublikası Təhsil Nazirliyinin 11.07.2020-ci il tarixli 759 №-li əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat və idarəetmə” bölməsinin 20.05.2002-ci il tarikli 13 saylı protokoluna əsasən çap edilir. Tiraj 100 nüsxə. Bakı: ADİU-nun mətbəəsi, 2002, 1,0 ç.v.

2. Mühasibat uçotu və audit. İİ-01-02.01 Mühasibat uçotu və audit ixtisası üzrə ali tədris müəssisələri üçün “Mühasibat uçotu nəzəriyyəsi və auditin əsasları” kursunun proqramı “Elm və təhsil mərkəzi” Təffəkkür Universitetinin baş müəllilmi iqtisad elmləri namizədi E.M.Hacızadə. Redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri. iqtisad elmləri doktoru professor H.B.Allahverdiyev. Rəyçilər: Təffəkkür Universitetinin rektoru iqtisad elmləri doktoru M.C.Atakişiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit kafedrasın müdiri iqtisad elmləri namizədi dosent. Ş.M.Səbzəliyev. Аzərbayсan Respublikası Təhsil Nazirliyinin 11.07.2020-ci il tarixli 759 №-li əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat və idarəetmə” bölməsinin 20.05.2002-ci il tarixli 13 saylı protokoluna əsasən çap edilir., 2002, 1,5 ç.v.

3. Beynəlxalq İnvestisiyalar fənninin proqramı (İ.A.Kərimli və M.İ.Barxudarovla ilə müştərək). Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri iqtisad elmləri doktoru professor İ.A.Kərimli, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının professoru iqtisad elmləri doktoru E.M.Hacızadə, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus iqtisadi məktəbinin direktoru iqtisad elmləri namizədi dosent M.İ.Barxudarov. Elmi redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru iqtisad elmləri doktoru professor Ə.C.Muradov. Resenzentlər: Bakı Dövlət Universitetinin Dünya İqtisadiyyatı kafedrasının müdiri, iqtisad elmləri doktoru professor H.B.Rüstəmbəyov, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun İqtisadi Nəzəriyyə və İqtisadi fikir tarixi şöbəsinin müdiri iqtisad elmləri doktoru professor Y.Z.Yüzbaşıyeva. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru iqtisadiyyat üzrə fəlsəfə doktoru dosent A.H.Fərruxov. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat” bölməsinin 13.03.2006-cı il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol №4). Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki Şurasının 06.10.2016-cı il tarixli qərarı ilə çapa tövsiyyə edilmişdir. (protokol №1). Tiraj 50 nüsxə. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2017, 2,5 ç.v.

 

Metodik vəsaitlər:

1. Sosial sorğu prosesinin keçirilməsinə dair metodik göstəriş (H.Q.Əhmədovla müştərək). Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial-iqtisadi elmi-tədqiqat” labaratoriyasının müdiri iqtisad elmləri namizədi E.M.Hacızadə, Azərbaycan Dövlət İqtisad Universitetinin Poitologiya vı sosiologiya kafedrasının dosenti, fəlsəfə elmləri namizədi H.Q.Əhmədov. Redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru. iqtisad elmləri doktoru professor A.Ş.Şəkərəliyev. Rəyçilər: Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal vasitələrinin marketinqi kafedrasın müdiri iqtisad elmləri doktoru professor Ş.Ə.Axundov, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının ixtisasartırma və yenidənixtisaslaşma fakültəsinin dekanı fəlsəfə elmləri doktoru professor Ş.C.Qasımlı, Azərbaycan Dövlət İqtisad Universitetinin Poitologiya və sosiologiya kafedrasının dosenti fəlsəfə elmləri namizədi X.H.Orucov. Аzərbayсan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Sosial siyasi elmlər” bölməsinin 03.07.2003-cü il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol №09). Tiraj 200 nüsxə. Bakı: Azərbaycan Dövlət İqtisad Universiteti, 2003, 1,8 ç.v.

2. Elmi-tədqiqat təcrübəsinin keçirilməsinə dair metodik göstəriş. Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial-iqtisadi elmi-tədqiqat” labaratoriyasının müdiri iqtisad elmləri namizədi E.M.Hacızadə. Redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru. iqtisad elmləri doktoru professor A.Ş.Şəkərəliyev. Resenzetlər: Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik H.F.Sultanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin mküdiri iqtisad elmləri namizədi dosent N.R.Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi informatika və AİS kafedrasının professor əvəzi iqtisad elmləri doktoru R.Ə.Balayev. Аzərbayсan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat” bölməsinin 05.05.2004-cü il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol №19). Tiraj 200 nüsxə. Bakı: Azərbaycan Dövlət İqtisad Universiteti, 2004, 1,5 ç.v.

3. Magistr dissertasiyasının yerinə yetirilməsi üzrə metodik göstəriş. (H.A.İsrafilovla müştərək) Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktoru. iqtisad elmləri namizədi dosent H.A.İsrafilov, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktor müavini. iqtisad elmləri doktoru professor E.M.Hacızadə. Redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru iqtisad elmləri doktoru professor Ş.H.Hacıyev. Rəyçilər: Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika” kafedrasının müdiri iqtisad elmləri doktoru professor B.I.Musayev Azərbaycan Dövlət Neft Akademiyasının Magistratura bölməsinin dekanı iqtisad elmləri namizədi dosent V.T.Mustafayev. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat” bölməsinin 13.03.2006-cı il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol №4). 2,8 ç.v. Magistr dissertasiyasının yerinə yetirilməsi. elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrin təşkilinə dair metodik göstərişlər toplusu. Tiraj 300 nüsxə. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2007, 8,0 ç.v., 122 s.

4. Magistrantın elmi-tədqiqat təcrübəsinin təşkili üzrə metodik göstəriş. (H.A.İsrafilovla müştərək). Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktoru. iqtisad elmləri namizədi dosent H.A.İsrafilov, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktor müavini. iqtisad elmləri doktoru professor E.M.Hacızadə. Redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru iqtisad elmləri doktoru professor Ş.H.Hacıyev. Rəyçilər: Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru iqtisad elmləri doktoru Ə.İ.Bayramov, Azərbayсan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktoru, iqtisad elmləri namizədi V.Ə.Rüstəmov. Аzərbayсan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat” bölməsinin 18.05.2006-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol №45). 2,6 ç.v. Magistr dissertasiyasının yerinə yetirilməsi. elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrin təşkilinə dair metodik göstərişlər toplusu. Tiraj 300 nüsxə. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2007, 8,0 ç.v., 122 s.

5. Elmi-pedoqoji təcrübənin yerinə yetirilməsi metodik göstəriş (H.A.İsrafilovla müştərək) Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktoru. iqtisad elmləri namizədi dosent H.A.İsrafilov, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktor müavini. iqtisad elmləri doktoru professor E.M.Hacızadə. Redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru iqtisad elmləri doktoru professor Ş.H.Hacıyev. Rəyçilər: Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris hissəsinin müdiri iqtisad elmləri namizədi dosent Ə.M.Mirzəyev, Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının müdiri iqtisad elmləri doktoru professor İ.A.Kərimov. Аzərbayсan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat” bölməsinin 18.05.2006-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol №45). 2,6 ç.v. Magistr dissertasiyasının yerinə yetirilməsi. elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrin təşkilinə dair metodik göstərişlər toplusu. Tiraj 300 nüsxə. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2007, 8,0 ç.v., 122 s.

6. Magistrant referatlarının yerinə yetirilməsi metodik tövsiyə. (H.A.İsrafilov və E.R.Bağırzadə ilə müştərək). Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktoru. iqtisad elmləri namizədi dosent H.A.İsrafilov, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktor müavini. iqtisad elmləri doktoru professor E.M.Hacızadə, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin böyük inspektoru E.R.Bağırzadə. Redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad elmləri doktoru professor Ş.H.Hacıyev. Rəyçilər: Azərbaycan Dövlət İqtisad UniversitetininKommersiya fakültəsinin dekanı iqtisad elmləri doktoru professor Q.N.Manafov, Bakı Dövlət Universitetinin Magistratura, aspirantura və doktrantura şöbəsinin müdiri texnika elmləri namizədi dosent A.O.Məmmədova. Аzərbayсan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat” bölməsinin 21.07.2009-cu il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol №13). Tiraj 200 nüsxə. Bakı: ADİU-nun mətbəəsi, 2009, 2,8 ç.v.

 

Layihələr və iqtisadi əsaslandırmalar

1.Neftlə çirklənmiş ərazilərin inventarizasiyası və rekultivasiyası.

(layihə)

2.Azərbaycan neft ensiklopediyasının hazırlanması.

(layihə)

3.Ali təhsil müəssisələrində mühasibat üçotu sisteminin avtomatlaşdırılması.

(kompüter proqramı)

4.Azərbaycan Dövlət İqtisad Universitetində kompüter kurslarının təşkili

(reallaşma proqramı)

5.Qadın briqadasını təmsil edən fermer təsərrüfatının yaradılması.

(layihə)

6.“Yer kürəsi günü”nün qeyd olunması üzrə tədbirlər və fəaliyyət planı.

(layihə)

7.Azərbaycan Respublikasında qarğı və digər analoji bitki komponentli təbii xammala əsaslanan sellüloz-kağız kombinatının inşası.

(biznes plan)

8.Ələt-Astara avtomobil magistralı: təbii-coğrafi mövqe, meteoloji durum və sosial-iqtisadi infrastruktur.

(iqtisadi əsaslandırma)

9.“Baki dairəvi - 2” avtomobil magistrali: təbii-coğrafi mövqe, meteoloji durum və sosial-iqtisadi infrastruktur.

(iqtisadi əsaslandırma)


Sertifikatlar

1.Komputer istifadəçisi (MS DOS, WİNDOWS) kursu üzrə hazırlıq.

Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi “İnformatika” Elm-İstehsalat Birliyinin Bakı Elmi Tədris Mərkəzi. Bakı, sentyabr-dekabr 1997-ci il.

Şəhadətnamə - Bakı: C № 000092, 4 dekabr 1997-ci il.

2.“İqtisadi inkişaf assosiyasiyaları sahəsində texniki əməkdaşlıq proqramı” seminarı.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Vaşinqton: 11 sentyabr - 2 oktyabr 1999-cu il.

Sertifikat - AED/Washington, DC. 2 oktyabr 1999-cu il.

3.“İqtisadi inkişaf assosiyasiyaları sahəsində texniki əməkdaşlıq proramı” seminarı.

ABŞ-ın İctimai və Özəl Əməkdaşlıq İnstitutu (IP3, The Institute for Public-Private Partnerships), Vaşinqton: 13 sentyabr - 1 oktyabr 1999-cu il.

Sertifikat - IP3/Washington, DC. 2 oktyabr 1999-cu il.

4.“Fars körfəzi: XVI beynəlxalq konfrans”.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutu. 17-18 fevral Tehran: 2004.

Sertifikat - Institute for political and International Studies. Tehran. 18 February 2004.

5.“Ətraf mühit, neft və qaz: Xəzər regionunda texnologiyaların kommersiyalaşması” seminarı.

ABŞ-ın Vətəndaş Tədqiqatları və İnkişaf Fondu (GRDF) və Azərbaycan Milli Elmlər Akademiyasının Elm Fondu (ANSF), Bakı: 15-17 mart 2004-cü il.

Sertifikat - GRDF- ANSF/Bakı 17 mart 2004-cü il.

6.“Biznesin praktiki öyrənilməsi və kənd təsərrüfatı” simpoziumu.

ABŞ-ın Vətəndaş Tədqiqatları və İnkişaf Fondu (GRDF) ilə Azərbaycan Milli Elmlər Akademiyasının Elm Fondunun sertifikatı (ANSF), Bakı: 6-7 iyun 2005-ci il.

Sertifikat - GRDF- ANSF/Bakı 7 iyun 2005-ci il.

7.IX Uluslararası Türk dünyası sosial elmlər konqresi.

Türk dünyası Araşdırmaları Vakfı. Bakı-İstanbul, 15-17 iyun 2011-ci il.

Şəhadətnamə - Konqresin kordinatorluğu. Bakı-İstanbul: 17 iyun 2011-ci il.

8.“İqtisadiyyat, Maliyyə və Enerji-I beynəlxalqkonqresi.

H.Ə.Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti və Beynəlxalq Türk Akademiyası. Qazaxıstan Respublikası, Alma-Ata: 11-14 iyun 2014-cü il.

Sertifikat - International Congress of Economy, Finance and Energy (EFE 2014) Republic of Kazakhstan, Alma-Ata.

9.“Müasir Cəmiyyətdə Elm və Texnologiya: Problemlər, proqnozlar və həll yolları” Türkiyə-Azərbaycan birinci beynəlxalq elmi-praktik virtual konfrans.

Beynəlxalq Tədqiqat, Təhsil və Təlim Mərkəzi. (Estoniya Tallinn) Aspendos-Akademiyası. Beynəlxalq Tibb və Sosial Elmlər Akademiyası. (Böyük Britaniya, London). Türkiyə, İzmir: 26-27 sentyabr 2020.

İştirak sertifikatı: Təşkilatçı N.A.İsazadə, Bakı: 27 sentyabr 2020.

10.“Çoxmillətli bir cəmiyyətdə dialoqun müasir meylləri: fəlsəfi, dini, hüquqi rerspektiv” Birinci beynəlxalq elmi və praktik Ukrayna-Azərbaycan konfransı (Virtual).

Georgi Skovordı adına Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu (Ukrayna, Kiyev), Boris Grinchenko adına Kiyev Universiteti (Ukrayna, Kiyev), Ukrayna Dini Tədqiqatçılar Assosiasiyası (Ukrayna, Kiyev), Beynəlxalq Elmi, Təhsil və Tədris Mərkəzi (Böyük Britaniya, London), Beynəlxalq Elmi, Təhsil və Tədris Mərkəzi (Estoniya, Tallinn).

İştirak sertifikatı CERT.NO: MTDMS-2020-0032: Konfransın idarə heyəti üzvü Olena Aleksandrova. Kiyev: 12 Noyabr 2020.

 

 

Elmi kadrların hazırlanması:

İqtisadiyyat üzrə fəlsəfə doktorları - 9.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində iqtisad elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün ED. 2.22 Dissertasiya Şurasının sədr müavini (2020-2022-ci illər).

 Redaksiya fəaliyyəti:

1.Azərbaycan Dövlət İqtisad Universiteti “Enerji iqtisadiyyatı mərkəzi”nin “ENECO”. jurnalının baş redaktoru (2019-cu ildən hal-hazıra kimi).

2.Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Azərbaycanın vergi jurnalı”nın baş redaktoru (2010-2018).

3.“Böyük İqtisadi Ensiklopediya”. Yeddicildlik, Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2012. Baş redaktorun müavini.

4.Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Təfəkkür” jurnalının redaksiya heyətinin üzvü.

5.Gulustan-Black Sea Scientific Journal of Academic Research (Gülüstan-Qara Dəniz Akademik Araşdırmalar Jurnalı). London, Birləşmiş İngiltərə Krallığı. Beynəlxalq məsləhətçi, redaksiya heyəti fəxri üzvü, İqtisadiyyat bölümü üzrə baş redaktor.

6.The Caucasus-Economic and Social Analysis Journal of Southern Caucasus (Cənubi Qafqazın Qafqaz-İqtisadi və Sosial Təhlili Jurnalı). Birləşmiş Krallıq, London. Beynəlxalq məsləhətçi, redaksiya heyəti fəxri üzvü, İqtisadiyyat bölümü üzrə baş redaktor.

7.Proceeding of The International Research Education & Training Center (Beynəlxalq Tədqiqat Təhsil və Tədris Mərkəzinin Araşdırması). Estonia, Tallinn. Beynəlxalq məsləhətçi, redaksiya heyəti fəxri üzvü, İqtisadiyyat bölümü üzrə baş redaktor.

8.Azərbaycan İqtisadçılar İttifaqının “İqtisadiyyat” qəzetinin redaksiya heyətinin üzvü.

9.Elmi redaktor - Səfərov Q.Ə., Dadaşova K.S. Neft-qaz kompleksində məhsulun keyfiyyəti və rəqabətqabiliyyətliliyi. Bakı: Elm, 2011, 224 s.

10.Rəyçi - Balayeva E.Ə. İqtisadi təhlükəsizlik və inkişafın maliyyə problemləri. Bakı: Elm, 2011, 396 s.

11. Elmi redaktor - Р.А.Заблоцкая, К.А.Мамедов. “Рол логистических услуг в глобальных производственных сетях” (монография). Баку: Элм, 2020, 452 с. (R.A.Zabloskaya, K.A.Məmmədov “Qlobal istehsal şəbəkələrində logistika xidmətlərinin rolu(monoqrafiya). Bakı: Elm, 2020, 452 s.)

12.Təşkilat komitəsi, Elmi komitə və Redaksiya heyətinin üzvü. Azərbaycan-Türkiyə. “Müasir cəmiyyətdə elm və texnika: problemlər, proqnozlar və onların həlli yolları” adlı ilk beynəlxalq elmi-praktiki virtual konfrans”. Türkiyə, İzmir 26-27 sentyabr 2020.

13.Beynəlxalq Elmi İnkişaf Şurası. “Sərhədsiz Elm” Beynəlxalq Elmlər Akademiyasının əsərləri H&E. Avstriya. İnsbruk. Redaksiya heyətinin üzvü.

14.Beynəlxalq Elmi İnkişaf Şurası. Beynəlxalq Elmlər Akademiyası H&E. Azərbaycan bölməsi: 20 İl. “Sərhədsiz Elm” Beynəlxalq Nəşriyyat Evi (SWB), Bakı-İnsbruk, Meinhardstrasse 10, A-6020 İnsbruk, Avstriya, 2022, 276 s. Redaksiya heyətinin üzvü.


Təltiflər

1.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı. (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı).

2.“Tərəqqi” medalı.

(Azərbaycan Respublikası Prezidentinin 2021-cu il 23 iyun tarixli 2702 nömrəli Sərəncamı).

 

Filmoqrafiya

1. “Ata yolu” (film, 2013).

 

Ailəlidir, üç övladı var.