gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi jurnalı»nın bu il 2-ci nömrəsi çapdan çıxmışdır

«Azərbaycanın vergi jurnalı»nın bu il 2-ci nömrəsi çapdan çıxmışdır
18.06.2014

Jurnalın bu nömrəsində də ənənəvi rubrikalar öz yerini tutur. Belə ki, "Rəsmi" rubrikasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə, Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün yekunlarına həsr edilmiş iclasında nitqlərinin xülasəsi, həmçinin Nazirlər Kabinetinin sözügedən iclasında vergilər naziri F.Məmmədovun çıxışının tam mətni verilmişdir.

“Vergilər Nazirliyində” rubrikasında BVF-nin, Dünya Bankının, Slovakiya Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri ilə, həmçinin vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla nazirlikdə keçirilmiş görüşlər barədə məlumatlar dərc edilmişdir.

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirovun “Nağdsız ödənişlər infrastrukturunun təkmilləşdirilməsi məqsədilə yeni nəsil ödəniş cihazlarının ölkəmizdə tətbiqi imkanları qiymətləndirilir” başlıqlı müsahibəsi də bu nömrədə öz yerini tutmuşdur. “Trend” İnformasiya Agentliyinə verilmiş müsahibədə vergi sistemindəki yeniliklər,  vergi partnyorluğu sazişi, elektron auditin tətbiqi, ölkəmizdə aparılan vergi islahatlarına beynəlxalq təşkilatların münasibəti, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi və s. məsələlər barədə ətraflı söhbət açılmışdır.

“Aktual” rubrikasında oxuculara Azərbaycan Respublikası Auditorlar Palatasının sədri e.d., prof. V.Novruzovun “Korrupsiyaya qarşı mübarizə yeni mərhələdə” başlıqlı analitik məqaləsi təqdim olunmuşdur.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin bu il 10 yanvar tarixli Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkəmizdə iqtisadi inkişafın yeni bir mərhələsinin – sənayeləşmə mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bununla əlaqədar olaraq jurnalda “Sənayeləşdirmə ili” adlı yeni rubrika açılmışdır. Rubrikanın ilk qonağı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, maşınqayırma təyinatlı "Asena Ko" MMC-nin rəhbəri Vahid Hümbətov olmuşdur. Onunla söhbətdə sahibkarlıq subyektlərinin sənayeləşdirmə prosesində yeri və rolundan ətraflı danışılmışdır.

Ənənəvi “Qanunvercilik” rubrikasında oxucular “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2004-cü il 5 noyabr tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə tanış ola biləcəklər.

Bu nömrədə fəaliyyətə başladığı gündən jurnalın Redaksiya Heyətinin üzvü olmuş görkəmli iqtisadçı alim, akademik Asəf Nadirovun unudulmaz xatirəsinə həsr olunmuş məqalə dərc olunmuşdur. Baş redaktor, i.e.d., prof. E.Hacızadənin qələmə aldığı məqalədə mərhum alimin həyat yolu, elmi və ictimai fəaliyyəti haqqında səmimiyyətlə söz açılmışdır.

Jurnalın elmi məqalələr blokunda bu dəfə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilmişdir. Bunlar aşağıdakılardır: Türkiyənin Hacəttəpə Universitetindən prof. dr. Ahmet Burçin Yerelinin və onun həmkarı Onur Uçarın “Türkiyə vergi sistemində vərəsəlik və bağşlama vergisinin tətbiqi mexanizmi”, i.e.d. Y.Kəlbiyevn və dissertant T.Nağıyevin “İkiqat vergitutma və onun aradan qaldırılmasının əsas aspektləri”, i.f.d. P.Rzayevin və i.f.d. Z.Rzayevin “Vergi ödəyicilərinə xidmət sferasında işgüzar ünsiyyət və nitq mədəniyyətinin xüsusiyyətləri”, t.e.f.d. S.İsmayılovun, k.e.f.d. F.Hüseynovun və i.e.d., prof. E.Hacızadənin “Azərbaycanda qara metallurgiya sənayesi: inkişaf mərhələləri və perspektivlər”,  i.e.f.d., dos. F.Hacıyevin “Müasir şəraitində sənaye sahələrinə investisiya axınının səmərəliliyinin təhlili və qiymətləndirilməsi”,i.e.f.d., dos. Ş.Əliyevin “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri”, i.e.f.d. L.Akgünün“Artan rəqabət mühitində daxili auditin önəmi və yoxlamada müstəqilliyin rolu”, dissertant R.Əliyevanın “Vergi ödəyicilərinin uçotu sahəsində vergi nəzarətinin mövcud vəziyyəti”.

“Dünya iqtisadiyyatı” rubrikasında Yaponiyanın iqtisadiyyatı, vergi sistemi haqqında oxuculara geniş məlumat verilmişdir.

Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 2003-cü ildə İqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ABŞ iqtisadçısı Robert Fray İnqlın və ingilis iqtisadçısı ser Klayv Vilyam Con Qrengerin həyatı və elmi yaradıcılıqları barədə oxuculara  məlumat verir.

Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirmişdir.

Sonda jurnalda elmi məqalələrini dərc etdirmək istəyənlər üçün “Müəllif qaydaları” verilmişdir.