gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / “Azərbaycanın vergi jurnalı”nın ingilis dilində ikinci xüsusi buraxılışı çapdan çıxdı

“Azərbaycanın vergi jurnalı”nın ingilis dilində ikinci xüsusi buraxılışı çapdan çıxdı
14.03.2014

Ölkəmizin elmi nəşrləri arasında özünəməxsus sanballı yer tutan “Azərbaycanın vergi jurnalı”nın ingilis dilində ikinci xüsusi buraxılışı oxuculara təqdim olunub. Burada toplanmış materiallar istər ictimai-iqtisadi, istərsə də elmi məqalələr jurnalın 2013-cü ildə çapdan çıxmış ayrı-ayrı nömrələrində dərc olunmuşdur.

Xüsusi buraxılışa yazdığı ön sözdə baş redaktor prof. Elşən Hacızadə ötən il 10 yaşı tamam olan “Azərbaycanın vergi jurnalı”nın yaradıcılıq fəaliyyətinin əsas istiqamətlərindən söz açmış, oz səhifələrində ölkənin sosial-iqtisadi həyatında baş verən mütərəqqi meyilləri elmi-analitik rakursda əks etdirən nəşrin ölkəmizdə  iqtisad elminin inkişafına dəyərli töhfələr verdiyini, vergilər sahəsində elmi-konseptual fikirlərin nüfuzlu tribunasına çevrildiyini vurğulamışdır. O, qeyd etmişdir ki, ingilis dilində buraxılışın hazırlanmasında əsas hədəflərdən biri  Azərbaycan alimlərinin iqtisadiyyatın, o cümlədən vergiqoymanın müxtəlif elmi istiqamətlərində apardıqları fundamental tədqiqatlarının nəticələri barədə beynəlxalq elmi ictimaiyyətdə aydın təsəvvür yaratmaqdır.

Xüsusi buraxılışda AMEA-nın müxbir üzvü, i.e.d., prof. A.Musayevin, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi i.e.f.d.  C.Yusifovun, Mərkəzin əməkdaşları, i.e.f.d.  P.Rzayevin, İ.Seyfullayevin, AMEA İqtisadiyyat İnstitutunun direktoru i.e.d. prof, İ.Alıyevin, institutun əməkdaşı i.e.f.d. S.Səməndərovun, Təfəkkür Universitetinin rektoru i.e.d.. prof. M.Atakişiyevin, i.e.d., prof. E.Haçızadənin, Türkiyə Sakarya Üniversitetindən d-r. M.Kayaerin və başqalarının elmi məqalələri dərc edimişdir.

Xüsusi buraxılış xarici ölkələrin nüfuzlu elm və təhsil mərkəzlərinə, kitabxanalarına göndəriləcəkdir.