gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi jurnalı» nın üçüncü nömrəsi çapdan çıxmışdır

«Azərbaycanın vergi jurnalı» nın üçüncü nömrəsi çapdan çıxmışdır
19.07.2012

Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın 3-cü (may-iyun) nömrəsi çapdan çıxmışdır. Jurnalın bu nömrəsində də ənənəvi rubrikalar öz yerini tutur.

"Rəsmi" rubrikasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə mayın 3-də Nyu-Yorkda təşkil edilmiş rəsmi qəbulda,  ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə mayın 10-da keçirilmiş təntənəli mərasimdə,  28 May - Respublika Günü münasibətilə mayın 25-də “Buta” sarayında  təşkil olunmuş rəsmi qəbulda, 19-cu Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisinin açılış mərasimində çıxış və nitqlərinin qısa xülasəsi,  iyunun 26-da  İstanbulda  Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında qısa adı TANAP olan Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilənin imzalanması mərasimi haqqında məlumat verilmişdir.

Vergilər Nazirliyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirdiyi tədbirlər, o cümlədən “Azərbaycanın vergi jurnalı”nın magistrantlar arasında keçirdiyi referat yazılışı üzrə ikinci respublika müsabiqəsinin yekunları haqqında məlumatlar da jurnalın ön səhifələrində yerləşdirilmişdir.

Əhali ilə nağdsız hesablaşmaların aparılması, POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı Vergilər, İqtisadi İnkişaf, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, eləcə də Mərkəzi Bankın rəhbər vəzifəli şəxslərinin, bank və biznes sektorunun nümayəndələrinin iştirakı ilə mayın 16-da Vergilər Nazirliyində  toplantı keçirilmişdir. Jurnalın bu nömrəsində toplantı haqqında ətraflı məlumat dərc edilmişdir.

“Əməkdaşlıq” rubrikasında isə MDB üzvü olan ölkələrin vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iyun 8-də Bakıda keçirilmiş 19-cu iclası barədə də məlumat yer almışdır.

Ölkəmizdə geniş qeyd edilən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə jurnal Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-1” kafedrasının müdiri, professor Ə.Babayevin “Azərbaycanın davamlı inkişafının möhkəm təməli” adlı analitik məqaləsini dərc etmişdir.

“Aktual” rubrikasında oxucular Azərbaycan Respublikası Auditorlar Palatasının  sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun  yeni dövrdə müstəqil auditin qarşısında duran yeni vəzifələr barədə çox dəyərli fikir və mülahizələri ilə tanış ola biləcəklər.

Ənənəvi “Müsahibə” rubrikasında jurnalın məsləhətçisi Elşən Bağırzadənin bu dəfəki həmsöhbəti Türkiyə Respublikası Bakı Böyükelçiliyi ticarət baş müşaviri cənab Gazi Bilgindir. Müsahibə Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr edilmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılmasının bu yaxınlarda 10-cu ildönümü  tamam olmuşdur. Həmin əlamətdar hadisə münasibətilə Mərkəzin fəaliyyətinə həsr olunmuş məqalə də jurnalın bu npmrəsində dərc edilmişdir.

Nömrədə bir necə qanunvericilik sənədi - “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik  edilməsi barədə” Azərbaycan Respublikasının qanunları,  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 334-IVQD nömrəli Qanununun tətbiqi haqqında” və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 351-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamları drc edilmişdir.

Jurnalın elmi məqalələr blokunda bu dəfə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilmişdir. Bunlar AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d. prof. İ.Alıyev və həmin institutun elmi işçisi, i.e.f.d. S.Səməndərovun «XX əsrin əvvəllərində Azərbaycan mütəfəkkirlərinin vergi mükəlləfiyyətləri ilə əlaqədar dəyərləndirmələri», i.e.f.d., dos. İ.Seyfullayevin «Mənfəət vergisinin müəssisələrin innovasiya fəaliyyətinə təsirinin tədqiqi», i.e.f.d. P.Rzayevin “İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi pejimlərinin əhəmiyyəti”, i.e.f.d.  Ş.Quliyevin «Vergilərin məcmu tələbə və məcmu təklifə təsirinin öyrənilməsi», i.e.d. prof. E.Haçızadə və k.e.f.d. F.Hüseynovun “Nüvə energetikasi: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişafin perspektivləri”,  i.e.d. prof. İ.Kərimlinin “Azərbaycanin geoiqtisadi inkişaf konsepsiyasi və milli iqtisadi mənafelər problemi” , Vergilər Nazirliyinin Tədris Mərkəzinin dosenti Q.Tanrıverdiyevin «Ödəməmələr probleminin yaranmasının amillər üzrə makroiqtisadi təhlili», ADİU-nun magistrantı P.Məmmədovanın “Türkiyədə gizli iqtisadiyyat”,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magıstrantı - Magistrant referatının yazılışı üzrə ikinci respublika müsabiqəsinin qalibi Y.Abdullayevanın «Azərbaycan Respublikasının vergi siyasəti və onun modernləşməsi istiqamətləri» başlıqlı məqalələridir.

Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1990-cı ildə “maliyyə nəzəriyyəsində yenilikçi tədqiqatlara görə” iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ABŞ iqtisadçıları Harri Markovits, Merton Miller və Uilyam Şarpın həyatı və elmi yaradıcılıqları barədə oxuculara  məlumat verir.

Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirmiş, həmçinin, "Müəllif qaydaları"nı çap etmişdir.