Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / «Azərbaycanın vergi xəbərləri» jurnalının 12-ci nömrəsi çapdan çıxmışdır
Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri elan «Azərbaycanın vergi xəbərləri» jurnalının 2011-ci ildəki 12-ci nömrəsi çapdan çıxmışdır.
Jurnalın «Rəsmi» rubrikasında Azərbaycan Respublikası Milli Məclisinin ölkə Prezidenti Ilham Əliyevə anadan olmasının 50 illiyi münasibətilə ünvanladığı təbrik, dövlətimizin başçısının 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbriki, ümummilli lider Heydər Əliyevin xatirə gününün qeyd edilməsi, Prezident Ilham Əliyevin Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni parka baş çəkməsi barədə məlumatlar verilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadənin «Inkişafin Azərbaycan modeli» adlı məqaləsi jurnalın «Aktual» rubrikasında yerləşdirilmişdir.
Jurnalın bu sayında Türkiyənin Hacettepe Universiteti Iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı prefessor-doktor Ahmet Burçin Yereli ilə müshibə verilmişdir. Müsahibəni jurnalın məsləhətçisi Elşən Bağırzadə hazırlamışdır.
«Xəbərlər» blokunda jurnal üç oxucularına 2012-ci ilin düvlət büdcəsinin təsdiq edilməsi, Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində beynəlxalq ekspertlərin, yerli mütəxəssislərin və iş adamlarının iştirakı ilə «Avropa Birliyi ülkələrində vergi mühiti və investisiya imkanları» layihəsinin təqdimatının keçirilməsi, Vergilər Nazirliyində USAID-in nümayəndələri ilə gürüş barədə məlumatları təqdim edir.
«Qanunvericilik» rubrikasında bir neçə mühüm sənəd dərc edilmişdir.
Jurnalın elmi məqalələr blokunda iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent I. Seyfullayevin «Innovasiya yünümlü amortizasiya siyasətinin vergitutma cəhətləri», iqtisad elmləri üzrə fəlsəfə doktoru A.Hüseynovun «Təbiətdən istifadədə vergi və üdəmə məsələləri», iqtisad elmləri üzrə fəlsəfə dokteru S.Səməndərovun «Azərbaycanın sovetləşdirilməsinin ilk illərində N.Nərimanovun ictimai-siyasi hadisələr kontekstində iqtisadi idarəetmə mexanizmlərinin təşkilində rolu və iqtisadi mühakimələri», AMEA-nın Iqtisadiyyat Institutunun elmi işçisi Y.Bayramzadənin «Yanacaq-enerji resurslarının coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı rolu», Azərbaycan Texniki Universitetinin dissertantı T.Hüseynevun «Əmlakın qiymətləndirilməsində bazar yanaşması», İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun dissertantı C.Yusifevun «Iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi amili kimi», Azərbaycan Düvlət Iqtisad Universitetinin magistrantı R.Abdullayevin «Beynəlxalq iqtisadi münasibətlər və xarici iqtisadi fəaliyyət sahəsində maliyyə risklərinin xüsusiyyətləri» (rus dilində), tədqiqatçı-magistr Q.Tanrıverdiyevin «Müəssisələrin üdəmə qabiliyyətinin artırılmasının əsas istiqamətləri», Azərbaycan Düvlət Iqtisad Universitetinin dissertantı E.Bağırzadənin «Azərbaycanda qeyri-rəsmi (gizli) iqtisadiyyatın leqallaşdırılması siyasətinin təkmilləşdirilməsi üzrə təkliflər» başlıqlı məqalələr dərc edilmişdir.
«Yeni nəşrlər» rubrikasında AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, profossor Akif Musayevin və fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosont Aslan Qəhrəmanovun birgə yazdıqları «Ekonometrikaya giriş» dərs vəsaiti barədə jurnalın baş redaktoru, iqtisad elmləri doktoru, professer Elşən Hacızadənin qeydləri dərc edilmişdir.