gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi xəbərləri» jurnalının 11-ci nömrəsi çapdan çıxmışdır

«Azərbaycanın vergi xəbərləri» jurnalının 11-ci nömrəsi çapdan çıxmışdır
13.01.2012

Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri olan «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilki on birinci nömrəsi çapdan çıxmışdır.

Jurnalın "Rəsmi" rubrikasında noyabrın 11-də Bakıda  keçirilmiş Azərbaycan - Macarıstan biznes forumunda Prezident İlham Əliyevin çıxışının xülasəsi,  noyabrın 23-də Bakı Sərgi Mərkəzində keçirilmiş “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı barədə məlumat verilmişdir.

Milli Məclisin noyabrın 22-də və 24-də keçirilmiş  iclaslarında Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin layihəsi müzakirə edilmişdir. Müzakirələr barədə geniş hesabat jurnalın bu sayında dərc edilmişdir.

"Əməkdaşlıq" rubrikasında jurnal noyabrın 22-də Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilmiş “İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin” (İƏT GİAŞ) təsis qurultayı barədə ətraflı məlumat yerləşdirmişdir.

Vergilər Nazirliyndə noyabrın 24-də keçirilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” mövzusunda konfrans barədə qısa  hesabat da jurnalın bu sayında verilmişdir.  Qeyd edək ki, konfransda nazirliyin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin, Ombudsman Aparatının, “Şəffaflıq Azərbaycan” təşkilatının, Konstitusiya Arasdırmaları Fondunun, Korrupsiyaya Qarşı Mübarizə Fondunun, audit şirkətlərinin və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Jurnalın daimi müəlliflərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-1” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əlican Babayevin   "Azərbaycanda elmi təmələ söykənən iqtisadi siyasət" sərlövhəli analitik məqaləsi "Aktual" rubrikasında dərc edilmişdir. Məqalədə ölkəmizin milli inkişaf modelinin formalaşması prosesi geniş və ətraflı şəkildə təhlil edilmişdir.

Büdcə-vergi məsələləri başda olmaqla müxtəlif iqtisadi problemlər barədə nüfuzlu xarici mütəxəssislərin  fikir və mülahizələrinin oxucular üçün maraqlı olacağı nəzərə alınaraq jurnalın bu sayında Türkiyə Respublikası İzmir İnkişaf Agentliyinin Baş Katibi Dr. Ergüder Canla müshibə verilmişdir. Müsahibəni jurnalın məsləhətçisi Elşən Bağırzadə hazırlamışdır.

"Əlamətdar tarix" rubrikasında jurnal öz oxucularına 10 Noyabr - Sülh və İnkişaf Naminə Dünya Elm Günü barədə qısa icmal təqdim edir. "Praktika" rubrikasında isə Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin operativ nəzarətin təşkili şöbəsinin baş dövlət vergi müfəttişi, vergi xidməti müşaviri Zakir Qasımovun "Nağd hesablaşmaların tətbiq edildiyi sahələrdə vergi nəzarətinin xüsusiyyətləri" sərlövhəli məqaləsi dərc edilmişdir.

Jurnalın elmi məqalələr blokunda bu dəfə də iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu materiallar yerləşdirilmişdir. Bunlar - iqtisad üzrə fəlsəfə doktoru, dosent  P. Rzayevin " Sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında vergi tənzimlənməsinin rolu",  ARDNŞ-in «Neftqazelmitədqiqatlayihə» institutu dissertantı İ.Məmmədovanın Neftqazçıxarmada investisiya layihələrinin iqtisadi qiymətləndirilməsində vergi amili",  iqtisadiyyat üzrə fəlsəfə doktoru M. Həmidovanın " Milli iqtisadiyyata nəzəri baxışlar",  iqtisad üzrə fəlsəfə doktoru, dosent  S.Abbasovun " Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi", iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent A.Kərimovun " Bank biznesinə müasir hesablaşma texnologiyalarının tətbiqi" (rus dilində) başlıqlı məqalələridir.

Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1982-ci ildə İqtisadiyyat sahəsində Nobel mükafatına layiq ABŞ iqtisadçıları Corc Stiqler və Cerard Debrenin həyatı və elmi yaradıcılığı barədə barədə məlumat verir.

Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirmişdir.