gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi xəbərləri» jurnalının 9-cu nömrəsi çapdan çıxmışdır

«Azərbaycanın vergi xəbərləri» jurnalının 9-cu nömrəsi çapdan çıxmışdır
09.01.2012

 Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri olan «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilki doqquzuncu nömrəsi çapdan çıxmışdır.Read More

Jurnalın "Rəsmi" rubrikasında Prezident İlham Əliyevin  Bakı Sərgi Mərkəzində təşkil edilmiş “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgidə və Şamaxı rayonunda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirakı barədə məlumat verilir. Qeyd edilir ki, dövlətimizin başçısı ən müasir standartlara cavab verən Tədris Mərkəzinini tikilib istifadəyə verilməsindən məmnunluğunu bildirmiş, Vergilər Nazirliyində müasir idarəçiliyin, müasir menecment tətbiqini, dünya praktikasının öyrənilməsini yüksək qiymətləndirmişdir.
Vergilər Nazirliyinin 2011-ci ilin səkkiz ayı üzrə fəaliyyətinini yekunlarını ifadə edən faktlar və rəqəmləri jurnal "Statistika" rubrikasında oxucularına təqdim etmişdir. "Müasir təlim və tədris ocağı" başlıqlı korrespondensiyada isə nazirliyin yeni Tədris Mərkəzi barədə müfəssəl məlumat verilmişdir.
Oxucular Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası ilə əlaqədar ərazi vergi idarələrində keçirilmiş  “Müstəqil Azərbaycanın vergi sistemi” adlı silsilə tədbirlər barədə, həmçinin, eyni mövzuda Vergilər Nazirliyinin Tədris Mərkəzində KİV nümayəndələri üçün təşkil etdiyi seminar barədə məlumatla da jurnalın bu nömrəsində tanış ola bilərlər.
Jurnal aktual və təcrübi-metodiki materialların dərcini bu nömrədə davam etdirmişdir. Vergilər Nazirliyinin Hüquq idarəsinin Hüquqi təminat şöbəsinin rəisi, 3-cü dərəcəli müfəttiş Zeynalabdin Məmmədzadənin "Müstəqillik dövründə Azərbaycan Respublikasında müasir vergi sisteminin inkişafı" başlıqlı,  nazirliyinin Beynəlxalq münasibətlər İdarəsinin təqdim etdiyi " Vergi boşluqlarının qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə " sərlövhəli məqalələr bu qəbildəndir.

"Hüquqi-normativ sənədlər" rubrikasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 20 sentyabr 2011-ci il tarixli qərarları dərc olunmuşdur.
Jurnalın elmi məqalələr blokunda bu dəfə də iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu materiallar yerləşdirilmişdir. Bunlar - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinini rəisi, AMEA-nın müxbir üzvü, professor A.Musayevin rus dilində "Vergi sisteminin formalaşması Azərbaycanın iqtisadi inkişafı modelinin əsas aləti kimi",  iqtisad üzrə fəlsəfə doktoru, dosent P.Rzayevin "Gömrük ödənişləri sisteminin təkmilləşdirilməsi  istiqamətləri",  Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantları - Ə.Şərifovun  "Milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsində təkmil vergi sisteminin rolu",  A.Bayramovun "Müəssisələrin idarəetmə sistemində daxili audit xidmətinin rolu",  Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası işletme fakültəsinin magistrantı İ.Qurbanovun türk dilində "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində beynəlxalq səylər" başlıqlı məqalələridir.

"Yeni nəşrlər" rubrikasında oxuculara nəfis tərtibatı, məzmun zənginliyi və çoxsaylı illüstrasiyaları ilə diqqəti cəlb edən "Müstəqil Azərbaycanın vergi sistemi - 20" kitabı haqqında ətraflı məlumat verilmişdir.
Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1980-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ABŞ iqtisadçıları Lourens Robert Kleyn və Ceyms Tobinin həyatı və elmi fəaliyyəti barədə məlumat verir.