gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / EKOLOJİ İQTİSADİYYAT VƏ ONUN TƏŞƏKKÜL PRİNSİPLƏRİ

09.02.2012

ADİU, i.e.n. E.M.Hacızadə

Cəmiyyət təbiətə sosio-texnosfera vasitəsi ilə təsir edir. Lakonik interpretasiyada sosio-texnosferanı "ikinci təbiət" də adlandırmaq olar. Sosio-texnosferin miqyası haqqında təəssüratlara vararkən qeyd olunmalıdır ki, müasir mərhələdə bir il ərzində insan tərəfəindən istehsal edilən texniki kütlə təbii istehsal olunan biokütlədən on və bəzən də yüz dəfələrlə yüksəkdir. Bunlar azmış kimi, insanın texnogen fəaliyyətinin təbiətə təsiri onun tarazlığının bərbasını müddətsiz və çox zaman isə mümkünsüz edir. Bəşəri yaranış tarixi ərzində 20 milyon km2-dən artıq torpaq resursları məhv olmuşdur. Erroziya prosesi yenə də meyillidir. Hər il yerin təkindən 80 milyard ton filiz və qeyri-filiz hasil edilir ki, onun da yalnız 3-4%-i səmərəli istifadə olunur, qalan 96-97% isə təbiətə zəhərli maddələr qismində tullanılır. Dünya okeanı müasir məqamda il ərzində 50 min ton pestisid, 5 min ton civə və 10 milyon ton neft töküntüsü qəbul edir. Bütün bu neqativ təzahürlər bəşəriyyətin davamlı sivil yaşayışının təmin edilməsində dünyanın iqtisadi inkişaf strategiyasının dəyişkənliyini şərtləndirir.

İqtisadiyyatın ətraf mühitə ciddi təsiri danılmaz faktdır. Bununla belə, iqtisadi quruculuq təbiət təmasları ilə qarşılıqlı münasibətdə tərəqqi edir. Ətraf mühitə planetar miqyasda ən çox neft-qaz, daş kömür və avtomobil nəqliyyatından istifadə təsir göstərir və bütün bu yaranışlar da karbohidrogen əsaslı enerjidaşıyıcıları hesabına təzahür edir. Məhz buna görə də, bəşəriyyət yaxın gələcəkdə iqtisadiyyatın ənənəvi əsasını dəyişmək zorunda qalacaqdır. Bu təbəllüdatlar iqtisadiyyatının xammal bazasının köklü dəyişkənliyində, ilk mərhələdə bərpaolunan enerji mənbələri, günəş və küləkdən istifadəyə keçiddə özünü göstərəcək və təbii proseslər zəminində qurulan texnologiyalardan geniş istifadə ilə inkişaf edəcəkdir. Bütün elm sahələrinin ekologizasiyası formalaşdığı kimi, iqtisadiyyatın da ekologizasiyası təşəkkül tapmaqdadır. Ekoloji iqtisadiyyat isə öz növbəsində yoxsulluq problemlərini daha effektli həll etmək iqtidarına malikdir. Ekoloji iqtisadiyyat sənayenin attraktoruna çevrilməsi ilə yanaşı həm də yeni peşələrin yaranacağını da əsaslı edir. Çox uzaq olmayan gələcəkdə neftqazçıxarma mədənlərinin kənd təsərrüfatı fermaları ilə əvəzlənməsi, hidrogen yanacaqlı nəqliyyat növlərinin yaranışı, perspektivdə meqapolislərin tədricən itəcəyi də ehtimal olunur. İnsanın fəaliyyəti nəticəsində təbii maddələr və enerji yaranışılarının idarə olunması məhz, təbii proseslər və mexanizmlər vasitəsi ilə reallaşmalı, yeni elmi və mühəndis-konstuksiyalı, resursqoruyucu texnika və texnologiya əsaslı təkrar istehsala üstünlük verilməlidir. Bu strategiyada əsas məsələlərdən biri də istehsalda təbiət proseslərindən istifadəni təmin edən prinsipcə yeni texnologiyalar yaradılmalı, mənimsənilməlidir ki, cəmiyyətlə təbiətin harmonikliyi daha kamil formatda təmin edilsin. Bütün bu gerçəkliklər isə kosmik və geoloji güc ahəngdə biosferin şüur sferası olan noosferə keçidin və bu kontekstdə ekoloji iqtisadiyyatın labüdlüyünü şərtləndirir.

64.Ekoloji iqtisadiyyat və onun təşəkkül prinsipləri. Lənkəran regionunun iqtisadi inkişaf problemləri. Respublika simpoziumu. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Lənkəran Dövlət Universiteti. Lənkəran. 2003. 0,2 ç.v.