gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / İQTİSADİ İNKİŞAF VƏ MODERNLƏŞMƏNİN KONSEPTUAL ƏSASLARI

31.07.2009

i.e.d., prof. E.M.Hacızadə

 

 

Ümummilli lider Heydər Əliyevin siyasəti yaşayir,

davam etdirilir və modernləşdirilərək zənginləşdirilir

 

 

 

       Bu il böyük qürur hissilə 90 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi olduqca maraqlı və çoxcəhətlidir. Milli sərvətimiz olan bu irsin elmi təhlilinə çoxsaylı məqalələr, kitablar həsr edilmişdir və bundan sonra da həsr ediləcəkdir. AMEA-nın müxbir üzvü, i.e.d., prof. Əli Xudu oğlu Nuriyevin bu yaxınlarda çapdan çıxmış “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” (Bakı, “Avropa” nəşriyyatı, 2013, 417 səh.) kitabı da belə vacib və diqqətəlayiq missiya daşıyır.

Əsər haqqında ətraflı təhlili şərh verməzdən əvvəl oxucuların diqqətini belə bir məqama cəlb etmək istərdik ki, Əli Nuriyev çoxcəhətli yaradıcılıq xüsusiyyətlərinə malik olan geniş profilli görkəmli iqtisadçı alim kimi tanınmışdır. O, respublikada ilk dəfə olaraq məhsuldar qüvvələrin yerləşməsinin sosial-iqtisadi problemlərini kompleks halda tədqiq etmiş, iqtisadi rayonlaşdırma, inzibati-ərazi bölgüsü və yerli özünüidarə orqanlarının qarşılıqlı əlaqə və sistem halında təkmilləşməsi konsepsiyasını işləyib hazırlamışdır. Bu tədqiqatların nəticələri uğurla tətbiq olunmuşdur. Görkəmli alim vaxtilə Naxçıvanda iqtisadiyyatının ayrı-ayrı sahələrinin perspektiv istiqamətlərini tədqiq etmişdir və onun aldığı nəticələrdən muxtar pespublikanın 1970-1980-ci illərdə sosial-iqtisadi inkişaf planlarının hazırlanmasında istifadə olunmuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə Əli Nuriyevin elmi yaradıcılığı, başlıca olaraq, pespublikada aparlılan sosial-iqtisadi siyasətin və qazanılmış uğurların elmi təhlilinə həsr olunmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi hazırlanıb qəbul edilmiş regional inkişaf proqramları, onların yerinə yetirilməsi, ölkədə aprılan regional siyasətin ilk olaraq geniş və sistemli təhlili də məhz professor Əli Nuriyevin monoqrafik tədqiqatlarında (Regional siyasət və idarəetmə. Bakı: Elm, 2004, 348 s., Regional idarəetmənin əsasları. Bakı: Elm, 2007, 428 s., Regional siyasət və idarəetmənin əsasları-ikinci nəşr, Bakı: Elm, 2011, 516 s.) və çoxsaylı elmi məqalələrində öz əksini tapmışdır.

Görkəmli alim 40 ilə yaxındır ki, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə sıx əlaqələndirir. O, ictimai elm sahələrinin inkişafına, bu sahədə çoxsaylı elmi kadrların hazırlanmasına  sanballı töhfələr verir. Prof. Əli Nuriyev AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının, doktorluq və namizədlik dissertasiyaları müdafiə şuralarının üzvüdür. O, uzun illərdir ki, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası nəzdində Geostrateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir.

Ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf etdiyi yeni kitabı da professor Əli Nuriyevin son illərdə apardığı geniş və davamlı tədqiqatların nəticəsində araya-ərsəyə gəlmişdir. Burada demokratik cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərində yeridilən sosial-iqtisadi siyasətin nəzəri-metodoloji məsələləri ilə yanaşı, Azərbaycanda son 20 ildə həyata keçirilən Heydər Əliyev siyasəti və onu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı islahatlar və quruculuq prosesi vahid amala xidmət edən, bir-birini tamamlayan siyasət formaları kimi qarşılıqlı əlaqədə, sistem halında təhlil olunur, əldə olunan nailiyyətlər qiymətləndirilir, problemlər aşkara çıxarılır və gələcək inkişaf haqqında mülahizələr irəli sürülür.

Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasını ötən 10 il ərzində uğurla həyata keçirərək, bu strategiyanı özünün prqamatik və mükəmməl siyasəti ilə yaradıcı bir şəkildə daha da zənginləşdirmişdir. Bu illər ərzində respublikamızın sosial-iqtisadi inkişafı sürətlənmiş, xalqımızın rifahı yüksəlmiş, müstəqil dövlətimiz öz gücünü və qüdrətini artıraraq, regionun şəksiz liderinə, dünya siyasətində söz sahibinə çevrilmiş, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli bir mövqeyə çıxmışdır. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin, yeni iqtisadi münasibətlərə keçidin uğurla başa çatdırılması Azərbaycanın qarşısında daha möhtəşəm inkişaf perspektivləri açmışdır. Azərbaycanın müstəqilliyi dövründə qazanılmış bütün bu nailiyyətlər, daha geniş sosial-iqtisadi effektlərə hesablanmış strateji məqsədlər prof. Ə.Nuriyevin bu tədqiqatının leytmotivini təşkil edir.

Çox maraqlı və uğurlu kompozisiyada işlənərək hazırlanmış bu tədqiqat əsəri dörd mühüm hissədən ibarətdir. Çoxsaylı bölmələri olan hissələrin hər birində Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinə adekvat konseptual təyinat verilir.

Tədqiqatın məqsəd və vəzifələri, bütövlükdə səciyyəvi cəhətləri nəşrin giriş hissəsində (səh. 9-14) genişliklə verilmişdir. Burada hər bir hissədə təhlil edilmiş materialların xoronoloji ardıcıllıqla icmal şərhi verilmiş, təqdiqatın ana xəttini təşkil edən müasir Azərbaycanın dövlət siyasətinin mahiyyəti və strateji konsepsiyası elmi- təhlili aspektə təqdim olunmuşdur

Tədqiqatın I hissəsində (səh. 15-82), elmi ədəbiyyatda ilk dəfə olaraq, cəmiyyətin inkişafını mərhələlərə bölməyin zəruriliyi obyektiv əsaslardırılır, demokratik cəmiyyətin əsas inkişaf dövrləri, strategiyası və siyasi xətti, o cümlədən müasir qloballaşma dövründə inkişaf etmiş demokratik dövlətlərin sosial-iqtisadi inkişaf strategiyası və siyasətinin əsas istiqamətləri və xüsusiyyətləri açıqlanır, informasiya çəmiyyətinin inkişafında modernləşmə strategiyasının rolunun mühümlüyü önə çıxarılır. Cəmiyyətin inkişafını mərhələlərə, dövrlərə bölməyin obyektiv əsaslarını müəyyənləşdirərkən müəllif qeyd edir ki, bəzən çox qısamüddətli olmasını əsas tutaraq müəyyən edilən mərhələnin müddətinə şübhə ilə yanaşanlar, onunla razılaşmayanlar da olur. Amma bu mərhələlərin, bir sıra hallarda hadisələrin gedişindən asılı olaraq, qısamüddətli olması obyektiv xarakterli həqiqətdir. Yaddan çıxarmaq olmaz ki, cəmiyyətin inkişafında müəyyən dövrlər, mərhələlər, bizdən asılı olmayaraq, obyektiv proses kimi yaranır və mövcud olur. Bu dövrləri, mərhələləri biz müəyyən etmirik, onlar obyektiv olaraq cəmiyyətin inkişafı gedişində yaranır. Elmin vəzifəsi bu dövrləri, mərhələləri düzgün aşkara çıxarmaq, həmin dövrlərdə hadisələrin vəziyyətini, inkişaf meyillərini düzgün qiymtləndirmək və bununla da gələcək inkişafa, tərəqqiyə düzgün istiqamət verməkdir. Burada isə alimlərin, siyasət və təsərrüfat adamlarının baxışlarında, mövqelərində fərqlər olması labüddür.

Demokratik cəmiyyətin inkişafının üç böyük dövrə ayrıldığı (keçid dövrü, demokratik cəmiyyətin öz əsasları üzərində inkişafı və təkmilləşməsi dövrü - sənaye cəmiyyəti dövrü; qlobal informasiya cəmiyyəti, yaxud postsənaye cəmiyyəti dövrü), hər dövrün siyasətinin xüsusiyyətlərinin açıqlandığı bu hissədə müəllif, həmçinin qlobal informasiya cəmiyyətinin problemlərini tədqiq edərək onların həlli istiqamətində maraqli elmi mülahizələrlə çıxış edir. Azərbaycan şəraitində sənayeləşmə və modernləşmə dövrü vəzifələrinin sıx əlaqə şəraitində yerinə yetirilməsinin, səmərəli modernləşmə üçün onun müsbət cəhətlərilə yanaşı, yaratdığı problemlərin də nəzərə alınmasının və problemlərin həlli üçün dövlətin müvafiq siyasətinin işlənib hazırlanmasının vacibliyi əsaslandırır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafını və demokratik cəmiyyətin modernləşməsinin nəzəri məsəllərini təhlil edərkən müəllif, çox haqlı olaraq, bu istiqamətdə mühüm tədqiqatlar aparmış akademik Ramiz Mehdiyevin əsərlərinə istinad edir, problemə yaradıcı yanaşmaqla yeni orijinal elmi fikirlər irəli sürür.

Müəllif göstərir ki, tədqiqatın bu hissəninin yazılmasında onun əsas məqsədlərindən bir həm də Azərbaycanın daxil olduğu yeni dövrün xüsusiyyətlərini daha dərindən və düzgün açmaq üçün elmi-nəzəri baza yaratmaqdan ibarət olmuşdur. Qənaətmiczə, müəllif burada qarşıya qoyduğu məqsədə ümumən nail ola bilmişdir.

Əsərin II hissəsində (səh. 83-159) “XX əsrin 70-80-cı illərində və Azərbaycanın demokratik cəmiyyətə keçid dövründə Heydər Əliyevin sosial-iqtisadi inkişaf siyasəti” mərhələ-mərhələ (1970-85-ci illər, 1993-1996/97, 1997-98/-2002, 2003-2005-ci illər) təhlil olunur, hər mərhələdəki siyasətin özünəməxsus xüsusiyyətləri aşkara çıxarılır. Tədqiqatın bu hissəsin ilk paraqrafı, onun çox diqqətçəkici yerlərindən biri kimi nəzərdən keçirilməlidir. Müəllif burada Heydər Əliyev siyasətinə nüfuz qazandıran, həmişəyaşarlıq bəxş edən cəhətləri, ulu öndərin şəxsi keyfiyyətlərinin apardığı siyasətdə təzahür etməsi xüsusiyyətlərini şərh etmişdir. Burada təhlili şərh edilən məsələlərin Heydər Əliyev irsinin, onun zəngin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği üçün yeni bir istiqamət kimi mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmalıdır. Bunun davamı olaraq, sonrakı paraqrafda müəllif XX əsrin 70-80-ci illərində və müstəqil Azərbaycanın demokratik cəmiyyətə keçid dövrünün birinci 10 ili ərzində ümummilli lider Hedər Əliyevin iqtisadi siyasəti, bu siyasətin məqsəd və vəzifələri, Heydər Əliyevə və Azərbaycan xalqına uğurlar gətirməsinin səbəblərinin yeni məzmunda təhlilini verir. Bu hissədə həmçinin Heydər Əliyevin keçid dövrünün ilk illərində respubilkamızın düşdüyü dərin, hərtərəfli böhrandan çıxması, müstəqil, demokratik dövlət quruculuğu, neft strategiyası, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirdiyi tədbirləi ətraflı elmi-analitik izahda təqdim olunur.

Əsərin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətində Heydər Əliyev siyasətinin davam və inkişaf etdirilməsi xüsusiyyətləri” adlanan III hissəsi (səh. 160-305) üç fəsildən ibarətdir. Burada 2004-2012-ci illərdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam və inkişaf etdirilməsinin elmi əsasları, xüsusiyyətləri və nəticələri tədqiq olunaraq bu iqtisadi (sosial-iqtisadi) siyasətlər arasında varislik, ardıcıllıq aşkara çıxarılır, uğur və nailiyyətlərin səbəbləri göstərilir. Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının elmi əsaslarını ətraflı şərh edən müəllif haqlı olaraq qeyd edir ki, bu proqramlar dünyada analoqu olmayan, strateji plan və məqsədli proqram vəzifələrini özündə birləşdirən bir dövlət sənədləridir. O göstərir ki, bu istiqamətdə hazırlan ilk proqramın (“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər)) yerən yetiriləcəyinə şübhə ilə yanaşanlar da vardı. Lakin proqramda nəzərdə tutulan bütün tədbirlər uğurla yerinə yetrildi. Çünkü proqram düzgün biçimli stateji xətt üzərində qurulmuş, onun icrası üçün bütün zəruri işlər görülmüş, möhkəm təməl yaradılmışdır. Səmərəli təşkilatçılıq və möhtəşəm rəbhər qətiyyəti isə Dövlət Proqramının tam və qeyd-şərtsiz icrası üçün mühüm amil olmuşur.

Bu hissənin 2-ci və 3-cü fəsillərində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının (2004-2008 və 2009-2013-cü illər) vavtında və uğurla yerinə yetirilməsi nəticəsində cəmiyyətimizdə əmələ gəlmiş keyfiyyət dəişikliklərinin, əvvəlcə, iqtisadi sahədə, sonra isə bütövlükdə keçid dövrünün başa çatması ilə əlaqədar istehsalın strukturu və ərazi təşkilində baş vermiş keyfiyyət dəyişikliklərinin geniş təhlili verilmişdir.

Tədqiqatın IV hissəsində (səh. 306-373) Azərbaycanın demokratik cəmiyyətin möhkəm zəmin üzərində yüksək səviyyədə inkişafı və modernləşməsi dövrünə daxil olduğu əsaslandırılır, yeni dövrün strategiyası və onun reallaşması mərhələləri müəyyənləşdirilir. İqtisadiyyatın innovasiya yönümlü inkişafı cəmiyyətin modernləşməsinin tərkib hissəsi kimi əsaslandırılır, bu proseslərə maliyyə-vergi siyasətinin müsbət təsirinin artırılması üçün həata keçirilməsi vacib olan sahə və region əhəmiyyətli tədbirlərin əhəmiyyəti göstərilir.

Tədqiqatın bu son hissənin 5-ci fəsli özünün adekvat yekun müddəaları ilə fərqlənərək elmin inkişafı və onun nəticələrindən səmərəli istifadə, təhsilin, tərbiyənin inkişafı, milli mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və inkişafı məsələlərinə həsr olunmuşdur. Bu fəsildə həmçinin respublikamızda elmi tədqiqatların təşkilini təkmilləşdirmək və səmərəliliyini artırmaq üçün çox dəyərli təkliflər verilmişdir. Təhsilin təşkili haqqında danışarkən müəllif göstərir ki, biz ali məktəblərdə dünya miqyaslı, yüksək ixtisaslı mütəxəsis, geniş dünyagörüşünə malik qlobal düşüncəli insan, ölkəsinə dərindən bələd olan və onu sevən vətəndaş hazırlamalıyıq. Ali təhsil müəssisələrində tədris olunan fənlərin sayı, saatların miqdarı bu prinsipləri əldə rəhbər tutaraq müəyyənləşdirilməlidir. Əsərdə gənclərimizi milli mənəvi-əxlaqi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək üçün də qiymətli fikirlər söylənilmiş, maraqlı təkliflər irəli sürülmüşdür.

Tədqiqatın işlənməsində ümummilli liderimiz Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi hər iki dövrdə çıxışları, nitqləri, qəbul etdiyi proqramlar və digər rəsmi sənədlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanı, Bakı Dövlət Universitetindəki tarixi nitqi, AMEA-nın 2011-ci ildə elmi-təşkilati fəaliyyətinə aid hesabatı zamanı giriş və yekun nitqləri, Azərbaycanın dövlət müstəqilliyinin 20-ci il dönümü ilə əlaqədar çıxışı, «Azərbaycan 2020: gələcəyə baxış» sosial-iqtisadi inkişaf konsepsiyasının hazırlanması haqqında sərəncamı və digər çoxsaylı çıxışları, nitqləri, Azərbaycan Respublikası regonlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004-2008 və 2009-2013-cü illər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu proqramların yerinə yetirilməsinə aid illik hesabatları və digər rəsmi dövlət sənədləri əldə rəhbər tutulmuşdur.

Kitabın mətnindən göründüyü kimi, müəllif Azərbaycanın perspektiv inkişaf strategiyasını və Prezident İlham Əliyevin bu strategiyanı reallaşdırmaq üçün həyata keçirdiyi tədbirlərin mahiyyətini dünyada baş verən qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının geniş inkişafı, qlobal informasiya cəmiyyətinin formalaşması tələblərini nəzərə almaqla şərh etmişdir.

Kitabda əksini tapan bütün elmi mülahizələr, respublikamızın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı verilən təkliflər konseptual və tətbiqi xarakter daşıyır. Bu tədqiqat əsəri, ilk növbədə, ulu öndər Heydər Əliyevin siyasi irsini öyrənənlər, onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi idarəetmə və iqtisadi quruculuq təcrübəsini araşdıranlar üçün nüfuzlu bir mənbə, dəyərli məxəzdir. Kitabdan iqtisadi nəzəriyyə, fəlsəfə, regional iqtisadiyyat və idarəetmə sahəsində tədqiqat aparan alimlər, bu fənləri tədris edən müəllimlər, eləcə də həmin istiqamətlər üzrə təhsil alan tələbələr, magistrlər, idaretmə sistemində çalışan işçilər böyük fayda əldə bilərlər.

Azərbaycan iqtisad elminin inkişafında görkəmli xidmətləri olan prof. Əli Nuriyevi növbəti elmi yaradıcılıq uğuru münasibətilə təblik edir, ona möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətini - vahid amalı olan bir siyasətin iki dövrünü mükəmməl öyrənmək istəyən bütün gənclərimizə bu kitabı diqqətlə oxuyb faydalanmağı tövsiyə edirik.

 

 

178.İqtisadi inkişaf və modernləşmənin konseptual əsasları (məqalə-resenziya) (R.Əliyeva ilə müştərək). Azərbaycanın vergi jurnalı. Bakı: № 4, 2013. 0,5 ç.v.