gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / MİLLİ NEFT STRATEGİYASININ İDEOLOJİ ASPEKTLƏRİ

09.02.2012

ADİU, i.e.n. E.M.Hacızadə

Prezident Heydər Əliyevin rəhbəri və təminatçısı olduğu milli neft strategiyası ölkənin ictimai-siyasi və iqtisadi həyatına yeni bir dinamizm gətirərək rifahi yüksəlişin gerçək stimullaşdırılmasının fövqündə dayanmışdır. Reallaşan bu strategiya yalnız siyasi-iqtisadi, sosial-humanitar məzmun daşımayaraq, həm də ideoloji əhəmiyyət kəsb etməkdədir.
Fransız filosofu Destyut de Trasi tərəfindən dövriyyəyə çıxarılan ideologiya anlayışı müxtəlif elmi-nəzəri təlimlər sferasında aprobasiyadan keçərək siyasi, hüquqi, əxlaqi, estetik, fəlsəfi baxışlar və ideyalar sistemində qərar tutmuşdur. Fəlsəfi interpretasiyada isə ideologiya üstqurumun tərkib hissəsi kimi iqtisadi münasibətləri əks etdirir və onun vasitəsi ilə sosial problemlər dərk olunur. Çağdaş zamanda ideologiya anlayışı əhatə dairəsini genişləndirmiş, sovet epoxasındakı klassik paradiqmasını da dəyişərək daha mütərəqqi mahiyyətli keyfiyyət almışdır. Bir sıra ölkələrdə parametr və prinsiplər fərqliliyində ideoloji aspektlər neft sektorunda da intişar tapmışdır. İdeoloji motivasiya neft təsərrüfatında sosial-iqtisadi yüksəlişi davamlı etməyə köklənsə də, əslində bu vektorial xətt milli iqtisadi təhlükəsizliyin təminatlılığını hədəf seçmişdir. İqtisadi və siyasi güc və ayrı-ayrı qüdrətli dövlətlər kontekstində isə daha dərin milli maraqları əks etdirən neft ideologiyası proteksionizmi, iqtisadi intervensiyanın «konsperativ» nəzəri əsası kimi çıxış edir. Lakin bununla belə, bu konsepsiyada ümumi ali məqsəd zirvəsində milli mənafelərə uyğun olaraq mövcud resurslardan dolğun və səmərəli istifadədə vətəndaşlıq məsuliyyəti və missiyasını yüksəltmək, sosial dirçəlişə nail olmaq və həmçinin ölkənin reputasiyasını artırmaq məramı dayanır.

Respublikamızda da müvafiq ideoloji prinsiplər vurğulandığı kimi, milli neft strategiyanın əsas tərkib komponentlərini təşkil edir. Azərbaycanın tarixən ənənəvi neft ölkəsi olduğu rəğmən ideoloji genotip respublikanın ictimai-siyasi və təsərrüfat həyatında uzun illər möhkəm qərar tutmuşdur. Ötən əsrdə yeni yaranışlı milli iftixar obyektləri neft istilahlı və paronimli adlara sahib çıxmış, neft coğrafi, iqtisadi və vətən imicini yüksəldən əsas qaynaq elementlərindən olmuşdur. İdeoloji aspekti rəsmən kodeksləşdirilməsə də, neft sosial-iqtisadi həyatın aparıcı qüvvəsi kimi real və milli simvolik səciyyə daşımış, Azərbaycan neftçisini ən çətin məqamlarda istehsal artımına səfərbər edərək II Cahan savaşında ordunun yanacaqla bol təchizatında əsas təşviqat meyarına çevrilmişdir. Yeni geosiyasi gerçəklik və milli neft strategiyasının formalaşma təzahürundə isə neftin ideoloji yükü daha da artmış, iqtisadi effektivliyin yüksəlişində onun sosial gücü bir qədər də qüvvətlənmişdir. Lakin bununla belə, Azərbaycan neftinin fundamental imicə qovuşması ideoloji aspektin milli maraqları daha geniş və dolğun təcəssüm etdirən yeni meyar və dəyərlərlə daha da zənginləşdirilməsini şərtləndirir. Belə ki, neftin və təbii qazın iqtisadiyyatının aparıcı və mühüm enerji mənbəyi, qiymətli milli sərvəti kimi daha geniş simvolizə və təşviqi, bu resursların təbii görüntüsünün, mədən sənayesinin və dəniz akvatoriyasında hasilatın əzəli təşəkkülünün odlar ölkəsinə aidliyi, dünya arenasında elmi və ensiklopedik məntiqi yerini tutmasına nailolma ideoloji xəttin prinsipial məğzini ifadə etməlidir.
Bərpaolunmayan resurslar kateqoriyasına mənsub neft və qazın respublikamızda da tükənəcəyi və əsrin ikinci yarısında bizim də postneft erasına qovuşacağımız ssenarisinin labüdlüyü şübhə doğurmayan reallıqdır. Buna görə də, bu əvəzsiz təbii sərvətlərdən dolğun və səmərəli istifadə ideoloji faktor kimi milli şüurda dərin kök salmalıdır. Neft strategiyasınının ideoloji seqmenti milli sivilizasiyanı bütün qammada əhatə edərək dayanıqlı iqdisadi inkişafın mühüm təkanverici sosial indikatoruna çevrilməlidir.


60.Milli neft strategiyasının ideoloji aspektləri. Аzərbaycan Respublikası prezidenti H.Ə.Əliyev cənablarının 80 illiyinə həsr edilmiş elmi-praktiki konfrans. Аzərbaycan Dövlət İqtisad Universiteti. Bakı. 2003. 0,1 ç.v.