gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / “VERGİ ENSİKLOPEDİYASI” VERGİLƏR HAQQINDA ZƏRURİ MƏLUMAT MƏNBƏYİDİR

01.09.2009

i.e.d., prof. Elşən Hacızadə

 

 

“VERGI ENSIKLOPEDIYASI”

VERGILƏR HAQQINDA ZƏRURI MƏLUMAT MƏNBƏYIDIR

 

Azərbaycan iqtisadiyyatı dinamik, davamlı inkişaf yolundadır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezident İlham Əliyevin müasir dünyanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirdiyi uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadiyyatın bütün sahələrində mühüm nailiyyətlər əldə edir.

Elmi əsaslarla, dərin və hərtərəfli təhlillərə istinadən, praqmatik düşüncə və böyük uzaqgörənliklə işlənib hazırlanan və gerçəklşdirilən iqtisadi siyasətin diqqətəlayiq nəticələri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu yüksəldir, dünya iqtisadi sisteminə inteqrasiyasını genişləndirir. Bu siyasətin tərkib hissəsi olan səmərəli büdcə-vergi siyasəti də dövlətimizin iqtisadi qüdrətinin durmadan artırılmasına xidmət edir.

Azərbaycanın müstəqilliyi dövründə formalaşmış və hazırda beynəlxalq miqyasda da böyük maraq doğuran çevik vergi sistemində davamlı islahatlar həyata keçirilir. 2000-ci ildə Vergilər Nazirliyinin yaranması, 2001-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin quvvəyə minməsi ilə olkəmizdə müasir tələblərə cavab verən normal vergi sisteminin yaradılmasında müstəsna rol oynamışdır.

Ötən illər ərzində vergi qanunvericiliyi və inzibatçilığı təkmilləşdirilmiş, funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sistemi təşkil edilmişdir. Səmərəli nəzarət imkanları olan vergi inzibatçilığının formalaşdırılması, vergi orqanlan ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mukəmməl elektron əlaqələr sisteminin yaradılması, vergi ödəyicilərinə xidmət sahəsində kompleks tədbirlərin həyata keçirilməsi də aparılan islahatların diqqətəlayiq nəticəsidir.

Vergi sistemində aparılan islahatların əsas məqsədi, təbii ki, ölkəmizin vergi qanunverciliyinin beynəlxalq norma və standartlara uyğunlaşdırılması, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergilərin könüllü ödənilməsi prinsipinin bərqərar edilməsi və nəticədə dövlətin gəlirlərinin artırılmasıdır. Bu prosesdə vergi ödəyicilərinin təkcə məsuliyyətinin artırılması deyil, həm də onların məlumatlandırılması və maarifləndirilməsi, dövlətin və cəmiyyətin inkişafında vergilərin rolunun və əhəmiyyətinin vətəndaşlar tərəfindən dərindən dərk edilməsi çox vacib bir məsələdir.

Ölkəmizdə son on illikdə bu sahədə məqsədyönlü addımlar atılmış, təhsilin bütün pillələrində yeniyetmələrə və gənclərə vergilər haqqında zəruri biliklərin aşılanması üçün dəsliklər, dərs vəsaitləri, elmi, populyar ədəbiyyat hazırlanıb nəşr etdirilmişdir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi vergi qanunvericiliyində köklu dəyişikliklərin aparıldığını nəzərə alaraq, vergi sisteminin təkamül prosesi barədə ətraflı məlumatları ictimaiyyətin bütün təbəqələrinə çatdırmaq və vergi mədəniyyətini daha da yüksəltmək məqsədilə vergi sisteminin inkişaf yolunu, aparılmiş islahatlann nəticələrini, vergitutmanın bütün elementlərinin nəzəri və metodoloji əsaslarını, praktiki məsələlərini vahid toplu şəklində özündə əks etdirən “Vergi Ensiklopediyası”nın hazırlanmasını zəruri saymışdır.

Bu ilin əvvəllərində ensiklopediyanın hazırlanması üzərində iş başa çatdırılmış, vergilər haqqında məlumatlarla zəngin olan toplu vergi işçilərinin peşə bayramı ərəfəsində kütləvi tirajla çap edilmişdir.

Şübhəsiz ki, ölkəmizin özünəməxsus ənənələri olan ensiklopediya mədəniyyətinin inkişafı digər sahəvi ensiklopediyalar kimi bu sanballı nəşrin araya-ərsəyə gəlməsi üçün əsas nəzəri-praktiki zəmin rolunu oynamışdır. Məlum olduğu kimi, ölkəmizdə yeni iqtisadi-ictimai münasibətlərə keçid dövrünün başa çatması, iqtisadiyyatın modern əsaslarda davamlı inkişafının sürətləndirilməsi, Azərbaycanın dünya birliyi ölkələri sırasında öz yerinin daha da möhkəmləndirilməsi gerçəkliyinə cavab olaraq, akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə ilk dəfə irihəcmli fundamental “Böyük İqtisadi Ensiklopediya” hazırlanaraq bu yaxınlarda nəşr edilmiş və həm elmi ictimaiyyət, həm də çoxsaylı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. “Vergi Ensiklopediyası”nın hazırlanmasında da bu sanballı nəşrin böyük təsiri olmuşdur.

Ulu öndər Heydər Əliyevin “Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” sözlərinin epiqraf seçildiyi “Vergi ensiklopediyası” həm dünya, həm də milli ensiklopediya  yaradıcılığnın klassik və müasir ənənələri əsasında, yüksək peşəkarlıqla, diqqət və əzmkarlıqla tərtib edilmişdir.

Vergilər naziri, 2-ci dərəcəli dovlət vergi xidməti muşaviri cənab Fazil Məmmədovun baş redaktorluğu ilə nəşr edilmiş ensiklopediyanın hazırlanmasında Redaksiya Şurasının sədri, AMEA-nın müxbir üzvü Akif Musayevin rəhbərlik etdiyi yaradıcı heyərin gərgin zəhməti olmuşdur. Nəşrin məsləhətçiləri Azərbaycanın görkəmli iqtisadçıları - akademiklər Asəf Nadirov, Ziyad Səmədzadə, həmçinin vergilərə dair bir sıra elmi-populyar kitabların həmmüəlliflərindən olan tanınmış alim və yazıçı Aslan Qəhrəmanov ensiklopediyanın məzmun və formaca mükəmməl bir toplu kimi oxucuların diqqət və marağına layiq olması üçün dəyərli tövsiyələr vermişlər.

“Vergi ensiklopediyası”nda izahı verilmiş 1505 söz, termin və anlayışın hər biri müasir vergitutma nəzəriyyəsi və praktikasında geniş istifadə edilir, vergilərin və vergi siyasətinin düzgün qavranılmasında dil materialı kimi əvəzsiz rol oynayır. Buradakı mətnlər elmi-publisitik üslubun tələblərinə cavab verməklə yanaşı, yığcamlığı, səlisliyi, aydınlığı və məntiqi cəhətdən mükəmməlliyi ilə seçilir.

Çoxsaylı nəzəri və faktiki materialların əsas götürüldüyü, vergilərin tarixi təkamülünü və müasir inkişaf xüsusiyyətlərini özündə ehtiva edən ensiklopediyada ölkəmizdə və dünyada qədim dövrlərdən mövcud olan, ayrı-ayrı tarixi mərhələlərdə və müxtəlif dövlət quruluşlarında istifadə olunan, hazırda da geniş tətbiq dairəsinə malik vergi növləri və üsulları haqqında məlumat verilmişdir. Oxucular burada çeşidli vergi nəzəriyyələrinin mahiyyəti, elmi dövriyyəyə yeni daxil olan termin və anlayışlar, informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar vergitutmanın texniki imkanlarını genişləndirən metod və hadisələr barədə maraqlı və zəruri bigilər ala bilərlər.

Azərbaycanın və digər ölkələrin vergi sistemlərində tətbiq edilən qaydalardan ətraflı bəhs edilməsi, hər bir vergi növü və rüsumlar üzrə  hesablaşma və ödənişlərin mahiyyətinin konkret nümunələr əsasında şərhi, vergi münasibətlərinin hüquqi tənzimlənməsinə aid normativ termin və anlayışların dəqiq və ətraflı izahı ensiklopediyanın mühüm özəlliklərindəndir.

Bu gün ölkəmizin vergi sisteminin beynəxalq vergi münasibətləri sisteminə inteqrasiyası istiqamətində ciddi iş aparılır, Vergilər Nazirliyinin xarici ölkələrin müvafiq qurumları ilə, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri daim genşlənir. Bu baxımdan yaxın və uzaq ölkələrdə tətbiq edilən vergilərlə yanaşı, vergi inzibatçılığı sahəsində əməkdaşlığı əlaqələndirən beynəlxalq təşkilatlar barədə məlumatların ensiklopediyada öz əksini tapması çox yaxşı haldır.

Vergilərə dair nəzəri fikirləri ilə ümumiqtisad elminə dəyərli töhfələr vermiş dünya alimləri, eləcə də iqtisad elminin ölkəmzdəki görkəmli nümayəndələri haqqında qısa bioqrafik məlumatların oxucular tərəfindan maraqla qarşılanacağı da şəksizdir.

“Vergi Ensiklopediyası”nda bir sıra mətnlər illütrasiyalarla müşayiət edilir ki, bu da haqqında söz açılan faktlar və hadisələr haqqında oxucularda daha zəngin təəssürat yaratmağa xidmət edir. Ümumiyyətlə, nəşrin nəfis və rəngli poliqrafik icrası, müasir dizayn elementləri əsasında tərtib edilməsi onun hazırlanmasına  və çapına göstərilən diqqətin bariz ifadəsidir.

İnamla deyə bilərik ki, Azərbaycan Respublikası Vergilər Nazirlyinin təşəbbüsü ilə hazırlanmış bu ensiklopedik toplu cəmiyyətimizdə vergilərə dair biliklərin daha da dərinləşməsinə yardımçı olmaqla yanaşı, həm də bu sahədə elmi axtarışlar aparan alimlər və doktorantlar, ali məktəblərdə iqtisadi yönümlü ixtisaslsr üzrə təhsil alan tələbələr, vergi işçiləri, müsahiblər, iqtisadçılar, sahibkarlar üçün sanballı məxəz rolunu oynayacaqdır.

  175. “Vergi Ensiklopediyası” vergilər haqqında zəruri məlumat mənbəyidir (məqalə-resenziya) Azərbaycanın vergi jurnalı. Bakı: № 2, 2013 0,3 ç.v.