gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / DAVAMLI İNKİŞAF KONSEPSİYASININ SOSİAL-İQTİSADİ ASPEKTLƏRİ

09.02.2012

AzDİU-nun "Sosial-iqtisadi elmi-tədqiqat"
laboratoriyasının müdiri, i.e.n.E.M.Hacızadə

Planetin bütün ölkələri tərəqqi etmək, davamlı sosial rifaha müvəffəq olmaq əzmi və istəyindədirlər. Lakin sivilizasiyanın müasir tələbləri bu amalların dayanıqlı inkişaf vektorunda gerçəkləşməsini şərtləndirir. Bu isə o deməkdir ki, insanların həyat səviyyəsini tükənən rusurslar hesabına yaxşılaşdırmaq məqbul deyildir. Müasir həyati yetərlilər sabah əlçatmaz olacaqdır. Yol verilməməlidir ki, kasıb ölkələrin yoxsullaşması zəminində varlı məmləkətlər daha da zənginləşsinlər. Dünyəvi inkişafı təmin etmək üçün bu fərq hökmən gödəlməlidir.
Son yüz ildə cəmiyyətin əmtəə və xidmətlər istehsalı həcmcə hər on beş ildə iki, enerji resursları istehlakı isə min dəfə artmışdır. Resursların intensiv istismarının rasional istehlak tələblərinə qeyri-adekvatlığı təbii tarazlığın pozulması ilə müşayiət edilir. Çağdaş zamanda yerin təkindən ildə 80 milyard ton filiz və qeyri-filiz çıxarılır ki, bunun da yalnız 3-4%-dən səmərəli istifadə olunur. Qalan 96-97% isə təbiətə zəhərli maddələr qismində tullanılır. Dünya okeanına hər il 50 min ton pestisid, 10 milyon ton neft tökülür. Karbon tərkibli maddələrin atmosferə buraxılışı istixana effektində ozon ekranını deformasiyaya uğradaraq ültrabənövşəyi şualar təhlükəsi yaradır. Bunlar azmış kimi Yer planetinin ətraf orbitində çoxsaylı kosmik texiniki qırıntıların cəmlənməsi hadisəsi də növbəti təhlükədən xəbər verir. Hesab edirlir ki, 200 ildən sonra atmosfer hüdudları və ondan kənarda özüçoxalmanın zəncirvari reaksiyası baş verəcək və nəticədə fəzada xeyli tullantı buludları yaranaraq optik görünüşü pisləşdirəcək, kosmosdan istifadənin məhdudlaşmasına səbəb olacaqdır. Bununla belə qeyd olunmalıdır ki, təbii resursların intensiv istismarı ilə yanaşı, kosmomun fəhti də davam edir. Belə perspektiv isə ətraf mühitin yenə də çirklənəcəyi və bəşəriyyətin daha dərin iqtisadi çətinliklər və ekoloji fəlakətlərlə üzləşməsində əks olunacaqdır. Bütün bu görüntüləri ifadə edərək 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Braziliyanın Rio-de-Janyero şəhərində ətraf mühitə zərər vermədən iqtisadiyyatın irəliləyişinə, kasıb və varlı ölkələr arasında fərqin azaldılması ilə bütün sferalarda partnyorluq münasibətlərinin genişlənməsinə nailolmanı hədəf seçən «Yer problemləri üzrə yüksək səviyyəli görüş» adlı beynəlxalq konfrans keçrilmişdir. Konfransda 172 dövlət başçısı BMT-nin dayanıqlı inkişafa aid komissiyasını yaradaraq planetin mühüm iqtisadi və ekoloji problemləri sahəsində beş əhəmiyyətli saziş imzalamış, sosial tərəqqinin ən ümdə prinsiplərində əks olunan «XXI əsrin gündəliyi» adlı qərardat qəbul etmişlər.[1] Bunlar bəşəri firavanlığa köklənərək dayanıqlı inkişafın əsas qayğı fiqurantları olan insanların təbiətlə sağlam və harmonik təmaslar qurması, elmi qeyri-müəyyənliklərin ətraf mühitin deqradasiyasının qarşısınıalma tədbirlərinin təcrid etməməsi, hər bir dövlətin digərinin mənsub olduğu ətraf mühitinə zərər vurmadan faydalı qazıntıların istismarında suveren hüqüqlara malikliyi kimi əsas prinsiplərdən ibarətdir. Dayanıqlı inkişafa keçidi təşviq edən həmən konfrasdan düz 10 il ötdükdən sonra ötən ilin sentyabrında yerinə yetirilmiş işlərin yekunu və gənc nəslin qarşıdakı mərhələdə müvafiq məsələlərin həllində vəzifələrinin təyinatı məqsədli Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində «Rio+10» adlı eyni məzmunlu yeni ümumdünya sammiti keçirilmişdir. Tədbiri davamlılıq isə problemin aktuallığının bitməməsi, əksinə, onun qloballığının və təsir dairəsinin bir qədər də genişlənməsini ifadə edir.
İnsan təkamülü yeni inkişaf müstəvisinə qədəm qoymuşdur. Biz indi təbiətə fərqli yanaşma və onu əxzetmədə biosferin şüur sferası olan noosferaya keçid epoxasındayıq. XXI əsrin insanı «bizdən sonra tufan belə» düşüncəsi ilə yaşamamalıdır. O anlamalıdır ki, özünüün istehlak tələblərinin idraklı məhdudlaşdırılması sağlam irsi davamlılıqda əks olunacaqdır. Məhz buna görə də tərəqqi strategiyasının əsas meyarını bəşəri istehlak tələbatının miqdarı müqabilində proporsional, uyğun kəmiyyətli istehsalın yaradılmasına nailolma ifadə etməlidir. Mövcud müasir industrial sivilizasiya bərpa olunmayan mineral-xammal resurslarının intensiv istifadəsinə əsaslanır. Belə tendensiyanın fövqündə isə alternativ olaraq bütün nəsillər və hamı üçün bərabər imkanlar prinsipli dayanıqlı inkişaf konsepsiyası dayanır. Dayanıqlı inkişaf məqsədlərində ayrı-ayrı adamların, istehsal qurumlarının təbii resurslardan rasional, qənaətli və miniumal tullantılı istifadə davranışlı münasibətləri əks etdirir. [3,4]
Dayanıqlı inkişaf konsepsiyası yalnız qlobal hadisələri təcəssüm etdirmir. Onun məğzini daha çox normativ iqtisadiyyat aspektində lokal ekoloji mədəniyyətin inkişafı və tam bərqərar olması təşkil edir. Bu baxımdan bizim respublikamızda da sosial-iqtisadi tərəqqi dayanıqlı inkişaf prinsiplərini nəzərə almadan yetkinləşə bilməz. Məhz buna görə də, Azərbaycan Respublikasının prezidenti möhtərəm Heydər Əliyev cənabları təbii ehtiyatlardan səmərəli istifadəyə, ekosivil cəmiyyət quruculuğu problemlərinə xüsusi qayğı və diqqətlə yanaşır. Ölkə prezidentinin 18 fevral 2003-cü il tarixli «Azərbaycan Respublikasında ekologiyaya dair milli proqramın təsdiqi haqqında» müvafiq sərəncamı, bu sahədə mövcud digər fərman və qərarları milli sosial-iqtisadi tərəqqinin dayanıqlı inkişaf konsepsiyası əsasında hərəkətinin yeni paradiqmasını təşkil edir. Müvafiq strateji istiqamətdə irəliləyiş Azərbaycanın da dayanıqlı inkişaf prinsipləri əsasında sosiallaşan bazar iqtisadiyyatına keçidini reallaşdıracaqdır. Bunun üçün isə respublikanın təsərrüfat həyatında daha dərin sosial-iqtisadi institusional dəyişikliklərə müvəffəqolmada bütün səylər səfərbər edilməlidir. Hər bir təsərrüfat subyekti milli mənafeləri ruhunda innovasion nailiyyətlərdən dolğun istifadə edərək fəaliyyət motivasiyasını qənaətli, ekosivil, ətraf mühitə zərər vurmayan prioritetlər üzərində qurmalıdır.
İqtisadi quruculuq təbiət təmasları ilə qarşılıqlı münasibətdə əks olunur. Buna görə də, iqtisadiyyatın ətraf mühitə ciddi təsiri danılmaz fakta çevrilir. Ətraf mühitə planetar miqyasda ən çox karbohidrogen resurslarından istifadə təsir edir. Belə gerçəklik iqtisadiyyatın əsasını, onun xammal bazasını köklü təbəllüdatlara uğradır. İlk perspektiv mərhələdə bəşəriyyət təsərrüfat həyatında bərpaolunan enerji mənbələri, günəş və küləkdən istifadəyə keçidi təmin etməlidir. Artıq bu istiqamətdə inkişaf meyli açıq aydın sezilir. Statistikaya görə 1990-2000-ci illərdə neftin 1%, təbii qazın 2% istehlak artımı müqabilində külək enerjisindən istifadə 25%, günəş enerjisindən 20%, geotermal enerjidən isə 4% yüksəlmişdir. Klassik neft ölkəsi olmasına və zəngin karbohidrogen resurslar potesialına malikliyinə baxmayaraq, respuplikamızda da bərpaolunmayan enerji mənbələrindən istifadə geniş intişar tapmalıdır.
Azərbaycanın neft sənayesində uzun illər davam edən ekstensiv və intensiv hasilat prosesi respublikamızı kəskinləşən ekoloji proseslərlə üz-üzə qoymuşdur. Təkcə Abşeronda bu və ya digər səbəblərlə çirklənmiş torpaqların ümumi sahəsi 35 min hektardan çoxdur. Üzləşdiyimiz problemin həlli mürəkkəb, yüksək kapital tələb edən fazaya daxil olmuşdur. Aydın faktdır ki, bütün hasilatçı və industrial neft ölkələri kimi bizi də postneft epoxası gözləməkdədir. Ona görə də, milli sənaye siyasətində iqtisadiyyatın ekologizasiyası dərin kök salmalı, energetik strategiyada bol günəşli və küləkli təbiətimizdən real istifadə aspektləri dolğun əksini tapmalıdır. Ekoloji iqtisadiyyat həm də yoxsulluq problemlərini daha effektli həll etmək iqtidarındadır və o, ilk növbədə, yeni peşələrin yaranacağını, bununla da iş yerləri sırasının genişlənəcəyini labüd edəcəkdir.
İstənilən ölkənin milli sərvətləri ümumi toplumda təbii, əmlak və insan kapitalı göstəriciləri ilə ölçülür. BMT-nin və Dünya Bankının Yer planeti üzrə bu resursların bölgüsündə təbii sərvətlər 20%, əmlak 16%, insan kapitalı 64% təsnifatındadır. Rusiyada müvafiq göstəricilər 83-88%, 7-10%, 5-7% təşkil edir. Milli sərvətlərin müvafiq optimal konfiqurasiyada bölgüsü xususi həyati əhəmiyyət kəsb edir. Məlum reallıqdır ki, SSRİ dövlətinin dağılmasının iqtisadi aspektlərindən biri kimi də son vaxtlar milli sərvətlərin 1 rubl miqdarında artmasına rəğmən 2,2 rubl xərclənməsi faktı da dayanmışdır. Azərbaycan da bu göstəricilər konfiqurasiyası baxımından yetərli və ümidli dövlətlər sırasındadır. Bununla belə qeyd olunmalıdır ki, beynəlxalq sferada milli sərvətləri təyin edən dəqiq metodika hələ ki, yoxdur. [5]
Yeni reallıqlar sosial inkişafın idarəetmə sistemini də təbəllüdatlara uğradır və onun dayanıqlı inkişaf müstəvisində tərəqqisini stimullaşdırır. Bu sistemin əsasında BMT praktikasında geniş tətbiq olunan İnsan İnkişafı İndeksi /İİİ/ durur. Ukrayna MEA-nın Təbiətdənistifadə və Ekologiya Problemləri İnstitutunda isə reqionların dayanıqlı inkişaf müstəvisinə keçidini tədqiq edən İİİ-nin təkmil variantı Sosial İnkişaf İndeksi /Sİİ/ işlənib hazırlanmışdır. Sİİ normallaşdırılmış bərabəryüklü orta davamlı ömür müddətini, yaşlı əhalinin savad faizi və ÜDM-in adambaşına düşən çəkisi kimi üç indikator üzərində qurulmuşdur. İİİ-dən fərqli olaraq Sİİ aqreqat halında olan şaxələnmiş material inkişafı, intellektual resursların inkişafı, həyat fəaliyyətinin mühafizəsi və insan resurslarının inkişafı əsasında əlli sosiometrik göstəricini ehtiva edən dörd blokda formalaşır. Sİİ-nin geniş tətbiq sferasına çıxışı sosial-iqtisadi vəziyyətin təhlili prosesini, məqsədli təyinatlı işləmələrin, idarəetmə qərarlarının qəbulunu yeni keyfiyyətli səviyyəyə yüksəldəcəkdir. Bu sistem Sİİ-də inteqral təqdim olunmuş bütün sosial-iqtisadi inkişafı quruluş elementlərini vahid metodoloji şəbəkədən təhlil etməyə imkan verəcəkdir. [2]
Respublikamızda insan inkişafı və sosial inkişaf indekslərinin daha geniş sferada tətbiqi və hesabatlandırılması ehtiyacı gündəlikdə durur. Azərbaycanın zəngin təbii sərvətləri, insani resursları və intellektual potensialı sosial-iqtisadi tərəqqinin daha yüksək və davamlı templərlə irəliləyişində bənzərsiz güc toplumu təşkil edir. Bu potensialdan səmərəli istifadə etmək üçün bütün resursları daha aktiv dövriyyəyə gətirməkdə dayanıqlı inkişaf konsepsiyası zəminində, strateji planlar kontekstində əsaslandırılmış proqmatik səfərbərlik tələb olunur. Bunun üçün isə konkret olaraq aşağıdakı sistem tədbirlərin görülməsi şərtləndirilir:
    Dayanıqlı İnkişaf Konsepsiyasının əsas prinsiplərinin milli iqtisadiyyatın bütün sferalarında geniş tətbiqinə nail olmunması;
    iqtisadi sistemin sosiallaşan bazar iqtisadiyyatı relslərinə keçidinin təminat strategiyasının işlənməsi;
    iqtisadiyyatın ekologizasiyası tədbirlərinin gücləndirilməsi;
    energetik balansda bərpaolunan enerji mənbələrindən istifadə diapozonunun genişləndirilməsi;
Dayanıqlı inkişaf konsepsiyası ekoloji məzmunlü olduğu qədər də sosial-iqtisadi prioritetlidir. Azərbaycan iqtisadiyyatının bu konseptual əsaslar üzərində hərəkət planı demokratik təsisatların daha geniş çevrədə bərqərar olunmasına, ölkə imicinin dünya birliyi orbitində ucalmasını və ən əsası isə xalıqın sosial həyat və rifahının yüksəlişinə təkan verəcəkdir.


QAYNAQLAR

1.Повестка дня на XXI век. - М.: СоЭС, 1998.- 218 с
2.Методические подходы к выбору стратегии устойчивого развития территорий. /под общей ред. Шапаря А.Г./ Днепропетровск: ИППЭ НАН Украины. 1996.- 334 с
3.Вернадский В.И. Научная мысль как планетарное явление. М.: Наука, 1977. 45 с.

4.http://www.petroleum-economist.com.

5.http://www.ptpu.ru/issues.


57.Davamlı inkişaf konsepsiyasının sosial-iqtisadi aspektləri. DİRÇƏLİŞ-XXI ƏSR. АMEА-nın Аzərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. Bakı. №4. 2003. 0,4 ç.v.