gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / KİÇİK BİZNES İNFRASTRUKTURU VƏ ONUN FORMALAŞMA XÜSUSİYYƏTLƏRİ

09.02.2012

i.e.n. E.M.Hacızadə

Sahibkar fəaliyyəti tərənnüm edərək ingilis dilindən iş, məşğuliyyət, qayğı kimi interpretasiya olunan biznes /business/ məfhumu artıq milli leksikonumuzda möhkəm yer tutmuşdur. Miqyasına rəğmən nəzəri və praktiki təsnifata görə biznes kiçik, orta və böyük fəaliyyət qruplarına ayrılır. Hər bir biznes qrupu öz maraqlarından çıxış edərək müvafiq iqtisadi davranış münasibətləri və strategiya əsasında fəaliyyətini tənzimləyir. Böyük biznes dövlətin iqtisadi və texniki gücünü nümayiş etdirir. Orta biznes daxili iqtisadi konyunkturadan asılı olaraq qrupu daxilində rəqabətə istinad edən prinsiplər əsasında təşəkkül tapır. Kiçik biznes isə əsasən daxili bazara köklənən əmtəə və xidmətləri reallaşdırır. Bu təsnifatda istənilən inkişaf etmiş təsərrüfat sisteminin ayrılmaz hissəsini təşkil edərək sahibkarlıq üçün münasib çevikliyi ilə kiçik biznes daha üstün mövqe tutur. Əgər böyük biznes ümümtəsərrüfat səmərəliliyinin artırılmasına xidmət edirsə, kiçik biznes təsərrüfata elastiklik, mobillik və tezdəyişən struktura texniki imkanlar yaradır.
Kiçik biznesin inkişafını şərtləndirən mühüm cəhətlərdən biri də onunla bağlıdır ki, heç bir dövlətdə iri istehsalçılar kiçik biznesə rəqib kəsilmirlər. İnkişaf etmiş ölkələrdə iri və kiçik müəssisələrin kooperasiyalaşması prinsipi kiçik biznesin sıxışdırılması ilə müşayiət olunsa da aydın dərk edilir ki, kiçik biznessiz cəmiyyət normal fəaliyyət göstərə və inkişaf edə bilməz. Kiçik biznes iqtisadiyyatın ən çevik və mobil hissəsidir. O çox asanlıqla yeni şəraitə adaptasiya olunur, müasir texnologiyaları mənimsəyir və risk etməkdən çəkinməyərək yeni istehsal sahələri yaradaraq innovasiya işlənmələrinin fövqündə dayanır.  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına görə ABŞ-da hər üç iş yerindən ikisi kiçik biznesi təmsil edən müəssisələrin payına düşür. Ölkədə hər on yeni texnoloji ideyalardan doqquzu kiçik firmalarda yaranır.
Azərbaycan Respublikasında da kiçik biznesin inkişafı sahəsində mütərəqqi addımlar atılır və onun inkişaf strategiyası dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bununla belə, sahibkarlıq və biznes sahəsində innovasion biliklərin nisbi məhdudluğu və müvafiq biznes infrastrukturunun müasirlik baxımından yetərli olmayan təkmilliyi bu sferada irəliləyişləri bir qədər ləngidir. Bu baxımdan respublikamızda da kiçik biznesin normal inkişafı üçün müvafiq infrastrukturun və sahibkar biliyinin təkmilləşməsi zərurətləri artır.
İşgüzar münasibətləri ümumi məxrəcə gətirən təşkilati hüquqi formalar məcmusu kimi biznes infrastrukturu çıxış edir. Biznes infrastrukturu kredit, gömrük sistemi, kommersiya bankları, fond, valyuta, əmtəə, xammal, əmək birjalarında vasitəçilik təşkilatlandırılması, qeyri-birja vasitəçiliyi, auksionlar, vergi sistemi, sığorta, reklam, auditor, konsaltinq kompaniyaları, informasiya agentlikləri və kütləvi informasiya vasitələri, ticarət palataları, fondlar və digər müvafiq təsisatlarla əhatə olunur. [1,3]
Biznesin məqsəd və məramı onun xarakteri və inkişaf dərəcəsindən asılı olaraq müxtəlifdir. Lakin burada mənfəətin alınması, biznesin inkişafı üçün zəruri vəsaitin yığımı, cəmiyyətə lazımi əmtəə və xidmətlərin təqdimatı, sahədə və bazarda qabaqcıl mövqelərə nail olmaq, istehlakçıların tələblərini optimal təmin etmək, öz işçilərinə fəallıq və səriştə yaratmaq imkanlarını vermək kimi ümumi prinsipial istiqamətlər mövcuddur. Biznes məqsədli  ifadəsini həm də konkret fəaliyyət istiqamətini müəyyən edən məsələlərdə, təyin olunmuş zaman çərçivəsində keyfiyyət və kəmiyyətlə bağlı tapşırıqlarda tapır.
Sahibkarlıq fəaliyyətinin əsas növlərini əhatə edən kiçik biznes də istehsal, kommersiya və maliyyə növlərinə ayrılır.


Biznes növlərinin əsas əlamətləri

Biznesin növləri

Əsas funksiyalar

Fəaliyyətin mühüm meydanlari

İstehsal

Məhsul, əmtəə, iş, xidmət, informasiya istehsalı,

İstehsal müəssisə və təşkilatları

Kommersiya

Əmtəə və xidmətlərin alqı satqısı

Ticarət təşkilatları, əmtəə birjaları

Maliyyə

Pul, valyuta, qiymətli kağızlar

Banklar, fond birjaları, sığorta və trast kompaniyaları

Siyasi və iqtisadi stabillik şəraitində, real bazar iqtisadiyyatı sferasında istehsal biznesi layiqli mövqe tutur və müasir keçid şəraitində çətin fəaliyyət növü olaraq qalır. Missiyasını əmtəə, pul, ticarət mübadilə əməliyyatlarını təşkil edən kommersiya biznesi ölkə iqtisadiyyatının inkişafının mühüm təminatçısı rolunda çıxış edir. İstehsal biznesindən fərqli olaraq kommersiya biznesində məhsul buraxılışı ilə əlaqədar istehsal resurslarının təminatı ilə təchizetmə lüzumu yoxdur. Daha dəqiq isə burada mühüm aspekt kimi nəyi almaq, harada yenidən satmaq önəmlidir. Maliyyə biznesi isə kommersiya fəaliyyətinin xüsusi növü olaraq mənfəət əldə etmək üçün alqı-satqı obyekti kimi spesifik əmtəələr, pul, valyuta, qiymətli kağızlar ticarətini əhatə edir. Mürəkkəb və zərif olduğu kimi maliyyə biznesi mühüm informasiya nağdlılığı, hesablayıcı texnika və səmərəli təşkilatçılıq tələb edərək valyuta və qiymətli kağızlar bazarında marketinq tədqiqatlarını şərtləndirir.
Biznes və ya işgüzar münasibətlər bütün biznesmenləri və onların fəaliyyətini ümumi cəm edən bir sistem təşkil edir. Biznes sistemi işgüzar  münasibətlərin subyekti, biznes infrastrukturu idərəetmə sistemi /menecment/, kontragentlərin öyrənilməsi /marketinq/, fəaliyyətin qiymətləndirilməsi /pullar/ və inkişafın daxili şəxsi impulslarına malikliyini /rəqabət/ əhatə edir. Sahibkarlar, istehlakçılar, muzdla işləyənlər və dövlət strukturları biznesin subyektlərini təşkil edir və aşağıdakı təsnifatla xarakterizə olunur.

Biznes subyektlərinin əsas xarakteristikası

Biznesin subyektləri

İşgüzar maraqlar

Biznesin əsaslari

Sahibkarlar

Gəlirlərin əldə edilməsi

İstehsal vasitələri üzərində şəxsi mülkiyyət

İstehlakçilar

İstehlak tələblərinin ödənilməsi

İstehlak predmetləri üzərində şəxsi mülkiyyət

Muzdla işləyənlər

Şəxsi gəlirlər

İşçi qüvvəsi üzərində şəxsi mülkiyyət

Dövlət strukturları

Ümumi dövlət proqramlarının reallaşması

İstehsal vasitələri üzərində dövlət mülkiyyəti

Kiçik biznesdə də vacib strateji xətt kimi partnyorluq əhəmiyyət daşıyır. Partnyorluq istehsal sferasında əmtəə mübadiləsində, ticarətdə, maliyyə münasibətlərində əksini tapır. Fövqəladə bir məsələ olaraq partnyorluq seçiminin köməyi ilə biznes də uğur əldə edilir.
Biznes işində daim artmaqda davam edən işgüzar reputasiyanın əldə edilməsi olduqca vacib məsələdir. Bu tələb kiçik biznesdə də mühüm  əhəmiyyət daşıyır. İstehsalçının kompleks hərəkətlər və ya işgüzar reputasiya mexanizminin yaratmağı repyutinq adlanır. Repyutinq stil, imic, işgüzar reputasiya və qudvil /reputasiyanın qiyməti/ kimi komponentləri əks etdirir. Məqsədini müştərini anlamaq, onun arzu və tələblərini öyrənmək məramları təşkil edən repyutinqə, həm də «menecment-marketinq-repyutinq» formalı bazar mexanizminin zəncirini yaradan tərkib hissə kimi də təyin vermək olar. Təşkilatın reputasiyasının qiyməti çox yüksək ola bilər. Belə ki, «Koka-Kola» kompaniyasının ticarət nişanı 3 milyard, «Kemel» firmasının 2,5 milyard, Kristal zavodunun «Stoliçnaya» arağı isə 100 milyon dollar qiymətləndirilir. Elə sahibkarlar vardır ki, onların faksimilinin qiyməti milyon dollarlar məbləğində dəyərləndirilir və bəzən bu məbləğ məxsusi material aktivlərini belə bir neçə dəfə üstələyir. [3]
İnsan, ailə, firma, dövlət yalnız bu günlə yaşaya blməzlər. Onlar gələcəyi, sabahkı həyatı və konkret olaraq növbəti günü düşünməyə məhkumdurlar. Yalnız düşünməklə iş aşmır. Gələcək üçün hərəkətlər və onların nəticələri planlaşdırılmalıdır. Planlaşdırmaya isə daha çox biznes ehtiyaclıdır. Hər hansı bir biznes planının həyata keçirilməsində biznesmen əvvəlcədən düşünülmüş hərəkət planı hazırlamalıdır. Biznesmenin hazırladığı əməliyyat proqramı biznes-planda ehtiva olunur. Yalnız real və ümidli, bütün mümkün xərcləri və nəticələri vaxt resursunda əhatə edərək yaradılan biznes-plan həmən işin başlanmasına zəmindir. Biznes-plansız heç bir kompanyon, sponsor tapmaq və həmçinin müvəffəqiyyət əldə etmək mümkün deyil. Kiçik biznes sferası da parametrlər konfiqurasiyasına baxmayaraq fəaliyyətini biznes-planlar əsasında qurmalıdır. Müasir zamanda kiçik müəssisələrdə biznesin təşkilində françayzinqin əhəmiyyəti yüksəlməkdədir. Burada iri kompaniyaların ticarət markası əsasında franşiz-lisensiya vektorunda kapital qoyuluşunu gerçəkləşdirməklə mənfəət əldə edilir. Franşiz ilkin fəaliyyətə başlanan biznesmenlər üçün mütərəqqi fəaliyyət sferası hesab edilir və onun müvəffəqiyyəti əsaslandırılmış biznes-planın uğurlu gerçəkləşməsi ilə təsdiqini tapır.[2]
Belə bir fikir düşüncələrə hakim kəsilmişdir ki, məhz sahibkar təşəbbüsü cəmiyyət sərvətlərini yaradır. Bu gerçəklikdən çıxış edərək respublikamızda da kiçik biznes infrastrukturunun təkmilləşməsinə, sahibkar fəaliyyətin geniş diapazonda təmsil olunmasına yeni metodoloji yanaşmada dövləti səylər yüksəldilərək, biznes təşəbbüskarlarının elmi-empirik biliklərinin artırılmasının informasion təminatı daha gücləndirilməlidir.


ƏDƏBİYYAT

1.Козырев В.М. Основы современной экономики. М: «Финансы и статистика». 2000. с. 367.
2.Девид Г. Бэнгз. Руководствo по составлению бизнес-плана. М.: «Финпресс». 1998. с. 256.

3.http://www.petroleum-economist.com.


54.Kiçik biznes infrastrukturu və onun formalaşma xüsusiyyətləri. Аzərbayсan iqtisadiyyatı yüksəliş yolunda. АMEА-nın İqtisadiyyat İnstitutu. /məqalələr toplusu/ V (XIV) Bakı. 2003. 0,3 ç.v.