gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / ELEKTRİK ENERJİSİNƏ TƏLƏBATIN PROQNOZLAŞDIRILMASI ÜSULLARININ TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR

20.11.2011

i.e.d.. prof. E.M.Hacızadə

 

 

ELEKTRİK ENERJİSİNƏ TƏLƏBATIN PROQNOZLAŞDIRILMASI ÜSULLARININ TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR

 

Açar sözlər: proqnoz ÜDM-i; riyazi model; tələbat; istehlak; Ekstrapolyasiya; adekvatlıq  əmsalı.

 

Ölkənin sosial-iqtisadi tərəqqisi elektroenergetika sektorunun inkişafı ilə üzvü surətdə bağlıdır. Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə davamlı və etibarlı şəkildə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Azərbaycan enerjisistemi hal-hazırda qoyuluş gücünün həcminə, yeni istifadəyə verilmiş və yenilənmiş generasiya güclərinin  xüsusi çəkisinin yüksəkliyinə görə MDB ölkələri və bir sıra Avropa dövlətləri arasında öncül yerlərdən birindədir.

Əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatı  tam şəkildə ödənildikdən sonra yaranmış əlavə istehsal potensialının region ölkələrə ixrac edilməsi ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan məsələnin həlli elektrik enerjisinə ölkə daxilindəki tələbatın doğru proqnozlaşdırılmasından asılıdır. Doğru proqnozlaşdırılma dedikdə məsələnin mahiyyətinə metodiki baxımdan adekvat yanaşmanı təmin etməklə, proqnoz hesabatlarının əsaslandırılmış şəkildə yerinə yetirilməsi nəzərdə tutulur.  Daxili tələbatın həcminin uzun müddətə  doğru proqnozlaşdırılması öz növbəsində elektrik enerjisi ixracının uzunmüddətli stabil həcmlərinin müəyyənləşməsinə imkan yaratmaqla bərabər, qonşu ölkələrin enerjisitemləri ilə uzunmüddətli və sərfəli sazişlərin bağlanmasına imkan yaratmış olur.

Göründüyü kimi ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan  tələbatının  əsaslandırılmış şəkildə proqnozlaşdırılması mühüm iqtisadi əhəmiyyət kəsb edir. Bu məsələnin həlli məqsədilə  elektrik enerjisinə  tələbatın və həmin tələbatı formalaşdıran amillərin inkişaf dinamikalarının hərtərəfli  təhlili, tələbatla onu formalaşdıran amillərin arasındakı funksional və staxostik asılılıqların müəyyənləşməsi və onların əsasında tərtib edilmiş iqtisadi-riyazi modellər vasitəsilə hesabatların aparılması tələb olunur.

Elektrik enerjisinə olan tələbatın proqnozlaşdırılması zamanı istifadəyə yararlı iqtisadi-riyazi modellərin tərtibi müvafiq məlumat bazasının mövcudluğunu tələb edir. Bu zaman nəzərə alınmalıdır ki, istifadə olunan məlumat bazası ən azından aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

 

q    nisbətən uzunmüddətli zaman periodu əhatə edilməlidir;

q    əhatə etdiyi zaman periodunda nisbətən stabil dinamikaya malik olmalıdır;

q    məlumatın dürüstlüyü və istinad mənbəyinin rəsmiliyi müzakirə predmeti sayılmamalıdır;

q    məlumat bazasının tərkibinə aid edilən faktorlar arasında “səbəb-nəticə” kateqoriyalarının seçimi məntiqli olmalıdır; təbii olaraq elektrik enerjisinə olan tələbat “nəticə” kateqoriyasına aid edilirsə, həmin tələbatı formalaşdıran amillər “səbəb” kateqoriyasına aid edilməlidir;

q    “səbəb” kateqoriyalarına aid olunmuş faktorların hər biri kifayət dərəcədə retrospeksiya perioduna malik olmaqla yanaşı, həmin faktorun perspektiv inkişaf dinamikası da müəyyən dərəcədə bəlli olmalıdır;

q    Elektrik enerjisinə tələbatın proqnozlaşdırılması məqsədilə tərtib olunmuş iqtisadi-riyazi modellərin növü və həmin modellərdəki  əmsalların aydın fiziki və iqtisadi interpretasiyaları olmalıdır.

q    Elektrik enerjisinə olan tələbatın proqnozlaşdırılması zamanı retrospeksiya  periodunun hər hansı bir hissəsinə aid dinamikanın gələcəkdə də bu və ya digər şəkildə təkrarlanacağı barədə mülahizələr ciddi arqumentlərə əsaslanmalıdır;

q    Proqnozlaşdırma zamanı  beynəlxalq təcrübənin və ya beynəlxalq müqayisənin nəticələrindən istifadə olunması məqsədəmüvafiqdir. Bu zaman beynəlxalq təcrübənin və beynəlxalq müqayisənin nəticələrindən istifadə bir qayda olaraq köməkçi, əlavə  istinad mənbəyi qismində qəbul olunmalıdır və s.;

Proqnozlaşdırma məqsədilə istifadə olunan məlumat bazasına olan tələblərin siyahısını prinsip etibarı ilə genişləndirmək olar, lakin yazılanlarla da kifayətlənmək mümkündür.

Eyni zamanda nəzərə alınmalıdır ki, proqnozlaşdırma zamanı məsələnin mahiyyətindən asılı olaraq istifadə olunan anlayışlar fərqli anlamda da ola bilər. Belə ki, elektrik enerjisinə “tələbat”  və ya “istehlak” anlayışı kifayət dərəcədə  geniş şərh oluna bilən mövhumlardır. Bir sıra hallarda “istehlak”  və “tələbat” dedikdə xeyli dərəcədə fərqli yanaşmaların olduğu nəzərə çarpır. Bu baxımdan elektrik enerjisinə olan “tələbat” və ya “istehlak” dedikdə, həmin anlayışların məsələnin mahiyyətinə uyğun şərhi verilməlidir. Məsələn, ölkə üzrə elektrik enerjisinə tələbat və ya istehlak barədə məlumatlar bəzi hallarda Naxçıvan MR-nın enerji tələbatı və ya istehlakı daxil olmaqla,  bəzən isə Naxçıvan MR-nın göstəriciləri daxil olmadan istifadə olunur. Bunu nəzərə alaraq hər bir halda tələbatın və ya istehlakın  əhatə dairəsi dəqiq qeyd olunmalıdır.

Digər tərəfdən baxılan məsələlərin mahiyyətinə adekvat olaraq istifadə olunan  anlayışlar (tələbat, sərfiyyat, istehlak, son istehlak və s.) arasındakı fərqlər göstərilməli və istifadə olunan anlayışın hansı subyektə və hansı şərtlər çərçivəsində aid olduğu dəqiq göstərilməlidir. Məsələn “tələbat”, baxılan halda tələb olunan enerjinin həcmi anlamındadırsa o zaman “tələbat” faktiki sərfiyyatdan və ya istehlakdan çox və ya az ola bilər. Tələbatın istehlakdan çox olduğu halda enerji təchizatında defisit, az olduğu halda isə izafi sərfiyyat yaranmış olur.

Baxılan məqalədə “tələbat” anlayışı Naxçıvan MR-da daxil olmaqla gələcəkdə ölkənin sosial-iqtisadi inkişafını təmin etmək üçün yetərli həcmdə olan elektrik enerjisinın həcmi anlamındadır.

Elektrik enerjisi “istehlakı” anlayışı isə Naxçıvan MR-da daxil olmaqla ölkənin rəsmi məcmuələrində dərc olunmuş  və yaxud aidiyyəti qurumların rəsmi qaydada istinad etdikləri məlumat bazası anlamındadır. “Sərfiyyat” və ya “son istehlak” istehlakçıların sayğacları vasitəsilə ölçülmüş elektrik enerjisinin həcmi anlamındadır.

Azərbaycan Respublikasında elektrik enerjisi istehlakı (Naxçıvan MR daxil olmaqla) 1990-2010-cu illər ərzində, yəni son 20 ildə, Şəkil 1-də əks edilmiş dinamikaya malik olmuşdur .

Şəkil 1-dən göründüyü kimi son 20 il ərzində elektrik enerjisi istehlakının dinamikası dəyişkən xarakterli olmuşdur. 1990-1998-ci illərdə istehlakın həcmi nisbətən azalmaya meyilli olmuş, 1998-2006-cı illərdə kəskin artım dinamikasına malik olmuş və nəhayət, 2006-2010-cu illərdə isə yenidən azalan dinamika ilə xarakterizə olunur.

İstehlak dinamikasının qeyd olunan şəkildə, ələlxüsus 2006-2010-cu illər ərzində dəyişməsinin obyektiv səbəbləri -da göstərilmişdir.

Qeyd olunmalıdır ki, elektrik enerjisi istehlakının (tələbatının) bir və ya bir neçə il öncəyə proqnozlaşdırılması müvafiq dövlət qurumları tərəfindən hər il “Azərbaycan Respublikasının Dövlət Büdcəsinin” tərtibi zamanı permanent olaraq həyata keçirilir. Dövlət büdcəsinin tərtibi, həmçinin elektroenergetika sahəsinin inkişafı üzrə dövlət və ya sahə proqramlarının işlənməsi zamanı da müvafiq proqnozlar tərtib olunur. Başqa sözlə hər daim, o cümlədən son 20 il ərzində də praktiki olaraq hər il,  Şəkil 1-də əks olunmuş istehlak dinamikasının müxtəlif periodları məlumat bazası qismində qəbul olunmaqla, fərqli metodlardan istifadə edərək proqnozlar tərtib olunmuşdur. Zaman ötdükcə tərtib olunmuş proqnozlar  faktiki göstəricilərlə müqayisə olunmuşdur, yaranmış fərqlərin təhlili  aparılmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Elektrik enerjisi istehlakının (Elektrik stansiyaların daxili sərfiyyatı da daxil olmaqla) dəyişmə dinamikası

 

Proqnozlaşdırma istiqamətində aparılan təhlillər göstərir ki, bir çox hallarda  sadə ekstropolyasiyaya əsaslanan riyazi modellər əsasında aparılmış hesabatların nəticələri ilə istehlakın faktiki həcmləri arasında kifayət dərəcədə böyük fərqlər yarana bilər. Məsələn, 1990-1998-ci illərin məlumat bazası əsasında tərtib olunmuş sadə ekstrapolyasiya modelləri vasitəsilə 1999-2005-ci illərə proqnozlaşdırılan  tələbatın həcmi ilə həmin illərdəki faktiki istehlakın həcmi arasında fərqlər sistematik xəta ilə (azalmaya meyilli) müşaiyət olunur və kifayət dərəcədə yüksəkdir. 1990-2006-cı illərin məlumat bazası əsasında tərtib olunmuş riyazi modellər əsasında aparılan proqnozlarla 2007-2010-cu illər ərzində istehlakın faktiki həcmləri də sistematik (artmaya meyilli) xəta ilə maşaiyət olunur. Eyni qaydada, 1990-2009-cu illərin məlumat bazası əsasında tərtib olunmuş sadə ekstropolyasiya modelləri əsasında 2010-cu ilə verilmiş proqnozla 2010-cu ilin faktiki sərfiyyatı və 2011-ci ilə gözlənilən sərfiyyat arasında azalmaya meylli fərqlərin yarandığı nəzərə çarpır (Cədvəl 1).

Yeri gəlmişkən, 2004-cü ildə xarici ekspertlər və yerli aidiyyəti təşkilatlar tərəfindən istehlakın 1998-2004-cü illərə xas olan artım dinamikasının 2005-2015-ci illərə ekstropolyasiyası zamanı proqnozlara görə tələbatın səviyyəsi 2010-cu ildə 27,9÷31,2 mlrd.kVts, 2015-ci ildə 37,9÷43,1 mlrd.kVts səviyyəsində çatacağı proqnozlaşdırılırdı Halbuki, 2010-cu ildə elektrik enerjisinin istehlakı 18.6mlrd.kVs səviyyəsində qərarlaşmışdır.

Göründüyü kimi inkişaf dinamikası dəyişkən xarakterli məlumat bazasının hər hansı bir periodu əsasında tərtib olunmuş sadə ekstropolyasiya modelləri əsasında aparılan proqnozlar bir çox hallarda böyük xətalarla mühşahidə olunur. Bəzi hallarda hətta dəqiqlik dərəcəsinin yüksəkliyinə görə seçilmiş modelin və seçilmiş proqnoz hesabatının nəticəsi, dəqiqlik dərəcəsi aşağı olan modellə aparılan proqnozun nəticəsinə nisbətən daha böyük xətaya malik olduğu nəzərə çarpır.

 

 

Cədvəl 1

 

Elektrik enerjisinə olan tələbatın proqnozlaşdırılması məqsədilə

tərtib olunmuş riyazi modellər və həmin modellərlə hesablanmış proqnozların faktiki tələbatla müqayisəsi

 

Retrospeksiya periodu (illər)

 Tərtib olunmuş riyazi modellərin tipi

istifadə olunmuş riyazi model

Modelin adekvatlıq əmsalı, (R2)

R2= 0÷1

R2= 1 ideal halda

Nəticələrin müqayisəsi

Proqnoz illəri

Proqnoz mlrd.kvts

Fakt mlrd.kvts

Fərq,%

1990÷1998

Y1=21.662e-0,029t

0,834

 

1999

17,56

18,8

-6,6

Y2=21,589-0,5733t

0,817

 

2000

18,01

19,1

-5,7

  *Y3=23,295-1,5t+0,0931t2

0,928*

2001

18,65

19,5

-4,3

2002

 

19,47

20,0

-2,6

1990÷2006

Y1=17,883e0,0116t

R2=0,251

 

2007

27,21

21,2

28,0

Y2=17,78+0,244t

R2=0,267

 

2008

29,13

20,6

41,0

*Y3=22,819-1,347t+0,088t2

R2=0,934*

2009

 

31,23

19,3

62,0

1990÷2009

Y1=18,33e0,0079t

1

R2=0,186

 

2010

17,76

18,6

-4,5

Y2=18,33+0,162t

2

R2=0,187

 

2011

15,17

19,0

-17,36

Y3=20,09-0,317t+0,023t2

3

R2=0,285

 

2012

11,89

-

absurd

*Y4=25,774-3,216t+0,359t2 -0,0107t3

4

R2=0,826*

2013

7,85

-

absurd

                 

 

*-  retrospeksiya perioduna adekvatlıq dərəcəsi yüksək olduğu üçün qəbul olunmuş hesabat modeli.

  Y – elektrik enerjisinə olan tələbatın həcmi; t- proqnoz ilinin sıra nömrəsi

 

Məsələn, 1990-2009-cu illərin məlumat bazası əsasında tərtib olunmuş 4-cü modelin (Cədvəl 1) adekvatlıq əmsalı R2=0,826 səviyyəsində olmasına baxmayaraq həmin modellə aparılan proqnozlara görə 2011-ci ildən etibarən enerjiyə tələbat kəskin şəkildə azalmaqda davam etməli idi. Adekvatlıq əmsalı daha az olan 2 model vasitəsilə aparılan proqnozlarda isə 2011-ci ildən etibarən enerjiyə tələbatın artacağı gözlənilir (bax şəkil 2).

Göründüyü kimi, istifadə olunan məlumat bazasının hər hansı bir periodu ərzində istehlakın artım və ya azalma templərindən istifadə etməklə, o cümlədən həmin artımın və ya azalmanın faizlə və ya digər nisbi vahidlə dəyişməsi əsasında müəyyənləşən proqnozlar yüksək ehtimalla nəzərəçarpacaq səviyyədə xətalara malik ola və absurd nəticələrə gətirə bilər.

Aparılan təhlillər göstərir ki, MDB məkanında mərkəzləşdirilmiş planlaşdırılma sistemindən imtina olunaraq bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranan səbəblər üzündən proqnozlaşdırma məqsədilə istifadə olunan mərkəzləşdirilmiş məlumat bazası artıq tam həcmdə tərtib olunmur. Bazar iqtisadiyyatı prinsiplərini əks etdirən məlumat bazası isə hal-hazırda kifayət dərəcədə inkişaf etməmişdir. Bu səbəbdən statistik  modellərdən istifadə etməklə proqnozlaşdırma bir sıra çətinliklərlə müşahidə olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2

 

Beləliklə, dəyişkən xarakterli məlumat bazası əsasında tərtib olunan proqnoz modellərindən istifadə problemli olduğu üçün digər, daha münasib üsulların işlənməsi və ya mövcud modellərin təkmilləşdirilməsi məqsədəmüvafiqdir. Aydın məsələdir ki, bu halda da müvafiq məlumat bazasının toplanması və işlənməsinə ehtiyac yaranır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq elektrik enerjisinə olan ümumi tələbatın bir neçə-nisbətən az dəyişkən xarakterli komponentə - istehlak növlərinə ayırmaqla həmin komponentlər üzrə proqnozlar aparmaq daha səmərəli ola bilər. Hal hazırda ölkə statistikasında bir sıra istehlak komponentləri üzrə rəsmi məlumat bazası mövcuddur  və həmin məlumat bazasından istifadə etməklə, əsaslandırılmış proqnoz modellərini tərtib etmək mümkündür. Təbii ki, elektrik enerjisinə olan yekun tələbatın həcmi qəbul olunmuş komponentlər üzrə proqnozların cəminə bərabər olacaqdır.

Prinsip etibarı ilə elektrik enerjisinə olan tələbatı şərti olaraq üç komponentə ayırmaq olar. Əhali qrupuna aid istehlakçıların  tələbatı, qeyri-əhali qrupuna aid istehlakçıların tələbatı və nəhayət elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasına sərf olunan texnoloji sərfiyyatlar komponenti:

 

                                               (1)

                                                                    (2)

                                                     (3)

                                                               

                                                 (4)

 

                                                                              (5)

          

                                                                       (6)    

 

Burada :

 

-                     əhali abonentinin “t” ilində  bırbasa sayğaclarla ölçülmüş elektrik enerjisi faktiki sərfinin həcmi (kvts);

 

-         qeyri-əhali abonentlərin “t” ilində  birbaşa sayğaclarla ölçülmüş elektrik enerjisi sərfinin həcmi (kvts). -nin tərkibinə bütün istehsal və xidmət sahələri, enerji ixracı, büdcədən maliyyələşən təşkilatların enerji sərfi və s. daxildir;

 

- elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasına sərt olunan  texnoloji  sərfiyyat  komponenti;

 

-         paylayıcı elektrik şəbəkədə “t” ilində sayğacı olan abonentlərin  enerji təchizatına  uyğun  enerji itkisinin həcmi (kvts);

 

-                     sayğacı olmayan abonentlərin elektrik enerjisi sərfiyyatının həcmidir.-in tələblərinə  uyğun olaraq paylayıcı şəbəkənin itkisinə aid olunur. Son illərin hesabatları göstəriri ki,  azalmaya meyilli olsa da hal-hazırda kifayət dərəcədə yüksək xüsusi çəkiyə malikdir.

 

-                     paylayıcı elektrik şəbəkənin “t” ilindəki texniki itki norması (%-lə);

 

-                     yüksək gərginlikli elektrik veriliş xəttlərinin “t” ilindəki texniki itkisinin həcmi;

 

-                     yüksək gərginlikli elektrik veriliş xəttlərinin “t” ilindəki texniki itki norması;

 

-                     ölkə daxilindəki elektrik enerjisi istehlakının ölkənin generasiya mənbələri hesabına ödənilən hissənə müvafiq həcmdə enerji istehsalı zamanı elektrik stansiyaların daxili enerji sərfiyyatının həcmi (kvts)

 

-                     elektrik stansiyalarım daxili enerji sərfiyyatı normaları (%)-lə.

-                      

Qeyd: (1)-(8) ifadələrində enerjisistemin “t” ilində fəaliyyəti zamanı idxalının və ixracının həcmi əks olunmamışdır. Enerjisistemdə “t” ilində istehsal və ya istehlak olunmuş elektrik enerjisinin həcminin müəyyənləşdirildiyi zaman idxal və ixracın həcmi də (1)÷(8) də əks etdirilə bilər.

(2)- ifadəsindən göründüyü  kimi əhali qrupuna aid istehlakçıların (qaçqın və məcburi köçkünlər də daxil olmaqla) elektrik enerjisinə olan tələbatının yaxın bir neçə ilə proqnozlaşdırılması zamanı əhalinin sayı və əhali qrupuna aid istehlakçıların hər birinin il ərzində elektrik enerjisinə tələbatının proqnozu bəlli olmalıdır.

Ölkə əhalisinin sayının proqnozlaşdırılması məqsədilə 2001-2010-cu ilin məlumat bazası əsasında tərtib olunmuş riyazi model aşağıdakı kimidir.

 

Nt=7,876+1,009t : R2=0,986                    (7)

 

(7)-ci modelə uygun olaraq Naxçıvan MR daxil olmaqla ölkə əhalisinin sayının 2011-2015-ci illər üzrə proqnozu aparıla bilər (bax şəkil 3).

 

 

N=0.1009x+7.8764

R2 =0.9857

 

 

Şəkil 3. Ölkə əhalisinin sayının 2001-2015-ci illər ərzində dəyişmə dinamikası.

2001- 2010-cu  illər üzrə əhalinin faktiki sayı, 2011-2015-ci illər əhali sayının proqnozu

 

Əhalinin hər bir nəfərinin orta hesabla bir il ərzində məişət məqsədləri üçün sərf etdiyi enerjinin həcmi barədə statistik məlumatın təhlili göstərir ki, həmin göstərici 2000-2010-cu illər ərzində müxtəlif səbəblərdən dəyişkən dinamikaya malik olmuşdur. Bununla belə əhali istehlakçıların enerji təchizatının etibarlılığının yüksəldilməsi, abonentlərin sayğacla təchiz olunması, yeni enerji tariflərinin tətbiqi və sərf olunan enerjinin dəyərinin ödənişinə olan tələblərin sərtləşməsi və s. nəticəsində istehlakın həcmində son illərdə müəyyən qərarlaşmanın yarandığı nəzərə çarpır. Belə ki, əhalinin hər nəfərinə il ərzində düşən elektrik enerjisinin həcmi 2007-ci ildən etibarən orta hesabla 977 kVts olmaqla 2007-2010-cu illər ərzində 1190÷847kVts intervalında dəyişir [5, 6]. Əhalinin (7)-ci modellə müəyyənləşdirilən sayına və illik enerji sərfinin normasının innovativ proqnozla orta hesabla 977 kVts/nəfər və yüksək proqnozla 1190 kVts/nəfər minimum  proqnozla 850 kVts/nəfər qəbul etməklə düstur (2)-yə uyğun olaraq 2015-ci ilədək əhalinin məişət məqsədləri üçün istifadə etdiyi enerjinin həcmini proqnozlaşdırmaq mümkündür (Cədvəl 2).

 

Cədvəl 2

 

Göstəricilər

İllər

2011

2012

2013

2014

2015

Elektrik enerjisinə olan son istehlak (mlrd.kvts)

Yüksək

 

10,80

10,92

11,05

11,23

11,36

İnnovativ

 

8,87

8,97

9,08

9,16

9,27

Minimum

 

7,69

7,77

7,87

7,94

8,04

 

 

Qeyri-əhali qrupuna aid edilən və prinsipcə qeyri-neft sektorunda ÜDM-in formalaşmasında istifadə olunan enerjinin həcminin proqnozlaşdırılması zamanı həmin ÜDM və  onun enerji tutumundan istifadə etmək məqsədəmüvafiqdir. Belə ki, ÜDM-in enerji tutumu kifayət dərəcədə informativ makroiqtisadi göstəricidir. Yuxarıda deyildiyi kimi ÜDM-in enerji tutumundan istifadə etməklə enerji tələbatının həcmini proqnozlaşdırmaq məqsədilə qeyri-neft sektorunda ÜDM-in özünün həcminin 2015-ci ilədək müddətdə proqnozunun hesablanmasına ehtiyac yaranır.

Qeyri-neft sektorunda ÜDM-in enerji tutumunun dəyişmə dinamikası 2000-2010-cu illər ərzində  Şəkil 4-dəki kimi olmuşdur.

 

 

 

Şəkil 4. Qeyri-neft sektorunda ÜDM-in dəyişmə dinamikası

 

ÜDM t=1990*t – 2581     R2=0,963                                                             (8)

 

Qeyri-neft sektorunda ÜDM-in (8) düsturu ilə aparılan proqnoz hesabatlarına görə 2011-2015-ci illər ərzində ÜDM-in həcmi böyük ehtimalla aşağıdakı səviyyədə ola bilər. 2011-ci il 21307.4 mln. manat; 2012-ci il -23298.1 mln.manat, 2013-cü il - 25288.8 mln.manat; 2014-cü il - 27279.5 mln.manat; 2015-ci il - 29270.2 mln.manat.

Qeyri-neft sektorunda ÜDM-in (8) düsturu ilə hesablanmış proqnoz göstəriciləri İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2011-ci ildə işlənmiş proqnoz göstəricilərinin səviyyəsinə kifayətli dərəcədə (1.5÷3% fərqlə) yaxındır.

Qeyri-neft sektorunda ÜDM-in elektrik enerjisi tutumunun hesabatı həmin ÜDM-in formalaşmasında iştirak edən elektrik enerjisinin həcminə əsasən aparılmışdır. Belə ki, qeyri-neft sektorunda ÜDM-in formalaşması əsas etibarı ilə ölkədə fəaliyyət göstərən hər bir istehsal, xidmət və idarəetmə sahələrinin fəaliyyəti əsasında yaranır. Əhali qrupuna aid olan istehlakçıların enerji sərfi, o cümlədən bütün növ texniki və kommersiya itkilərnin həcmi, elektrik stansiyaların daxili sərfiyyatı və s. ÜDM-in yaranmasında birbaşa iştirak etmədiyi üçün həmin sərfiyyat ÜDM-in hesabatlarında nəzərə alınmamışdır. Qeyri-neft ÜDM-in enerji tutumunun dinamikası 2000-2010-cu illər ərzində Şəkil 4-dəki kimi olmuşdur.

Qeyri-neft sektorunun Şəkil 4-də əks olunmuş enerji tutumunun dinamikasını aşağıdakı riyazi funksiya ilə approksimasiya etmək mümkündür.

 

Tt =0.944 *e-0.126 t                (9)

 

 

 

Şəkil 5.

 

(9)-a əsasən 2011-2015-ci illər üzrə enerji tutumunun həcmi aşağıdakı səviyyədə qərarlaşa bilər: 2011-ci il -0.236kVts/man; 2012-ci il - 0.208kVts/man; 2013-cü il-0.162kVts/man; 2014-cü il -0.143kVts/man; 2015-ci il 0.126kvVs/man. Bu zaman nəzərə alınmalıdır ki, ÜDM-in enerji tutumunun Şəkil 4-də göstərilən şəkildə azalması son illər ərzində sənaye sahələrinin bəzilərinin (alüminium, neftayırma, kimya, boru-prokat istehsalı və s.) ölkənin bir regionundan digər regionuna köçürülməsi fonunda baş vermişdir. Bakı və Sumqayıt şəhərlərinin içərisində yerləşən iri enerji tutumlu müəssisələrin bir çoxu nisbətən ətraf ərazilərə köçürülmüşdür. Bu səbəbdən həmin müəssisələrin fəaliyyətini müəyyən müddətdə dayandırılmışdır. Qeyd olunan sənaye sahələri öz fəaliyyətini bərpa etdikləri andan ÜDM-in enerji tutumunun yüksəlməsinin baş verəcəyi labüddür. Deyilənləri nəzərə alaraq yaxın illərə proqnoz hesabatları aparılarkən  ÜDM-in enerji tutumunun 2012-ci ildən etibarən (9)-cu düsturla alınan  qiymətlərindən 10÷15% çox olacağı gözləniləndir. Başqa sözlə enerji (9)-cu düstura nisbətən böyük ehtimalla daha ətalətli şəkildə azalacağı gözləniləndir. MDB ölkələrində, o cümlədən Azərbaycanda qeyri-neft sektoru ÜDM-nin enerji tutumunun hesabatını aparmış Rusiya mütəxəssislərinin gəldikləri nəticə ilə  baxılan məqalədə aparılan hesabatların nəticələri bir-birinə kifayət dərəcədə yaxındır. İki müxtəlif müəllif qrupunun bir-birindən asılı olmayaraq fərqli vaxtlarda apardığı hesabatların nəticələrinin yaxınlığı verilmiş proqnozların əsaslılıq dərəcəsinin yüksək olmasını göstərir.

Deyilənlər nəzərə alınmaqla enerji tələbatının hər üç komponenti üzrə aparılmış hesabatların nəticəsi Cədvəl 3-də öz əksini tapmışdır.

Qeyd olunmalıdır ki, Cədvəl 3-də əks olunmuş nəticələr əhali və qeyri-əhali qrupu üzrə sayğacla müəyyənləşən son istehlakın həcmi  anlamındadır. Son illər ərzində 3-cü komponenti üzrə-yeni elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasında qərarlaşmış itki normaları və elektrik stansiyaların daxili sərfiyyatı normaları əsasında aparılan proqnozların nəticələri də Cədvəl 3-də əks olunmuşdur.

Sayğacı olmayan istehlakçıların enerji sərfi, həmçinin enerjinin istehsalı ötürülməsi və paylanması zamanı yaranan və qəbul olunmuş normalardan artıq olan hər cür texniki və kommersiya itkilərinin həcminin, proqnozu yuxarıda göstərildiyi kimi normativ üsullarla aparılaraq əhali və qeyri-əhalinin enerji tələbatına yəni 1-ci və 2-ci komponentin üzərinə  əlavə olunmalıdır.

Cədvəl 3

 

İllər

Əhali və qeyri-əhali qrupu birlikdə

Enerjinin istehsalı, ötürülməsi və paylanmasına sərf olunan texnoloji sərfiyyat

Elektrik enerjisinə olan cəmi tələbat

Yüksək

İnnovativ

İnnovativ

İnnovativ

Konservativ

2011

15,76

13,83

3,83

19,59

17,66

2012

16,16

14,21

3,66

19,82

17,87

2013

16,51

14,79

3,30

19,81

18,19

2014

16,91

14,87

3,20

20,01

18,97

2015

17,33

15,24

2,90

20,23

18,14

 

Hesabatlarda yuxarıda deyildiyi kimi elektrik enerjisin ixracının səviyyəsi və [8] müəyyənləşən istehlak nəzərə alınmamışdır. Hal-hazırda ixracın səviyyəsi il ərzində təxminən 250-300 mln.kvts səviyyəsindədir.

Qonşu ölkələrin enerjisistemləri ilə aparılan danışıqların nəticəsi olaraq ixracın səviyyəsi artmağa meyllidir. Hər bir halda elektrik enerjisinə tələbatın səviyyəsi müəyyənləşərkən Cədvəl 3-də əks olunmuş proqnoz göstəricilərinə  ixracın proqnozunun səviyyəsi əlavə olunmalıdır. Eyni zamanda, Cədvəl 3-ün nəticələri (8) müəyyənləşən kommersiya itkilərinin səviyyəsi qədər də (əgər hesablanması mümkünsə) artırılmalıdır.

Elektrik enerjisi istehlakının 1990-2010-cu illər üzrə məlumat bazası və 2011-2015-ci illər ərzində elektrik enerjisinə olan tələbatının proqnoz göstəriciləri şəkil 5-də öz əksini tapmışdır. Elektrik enerjisinə tələbatın həcmi innovativ və konservativ olmaqla interval şəklində göstərilmişdir.

Elektrik enerjisi ixracının həcmi, həmçinin [8] müəyyənləşən enerji itkilərinin həcmi nəzərə alınmaqla innovativ proqnozun həcmi  5÷7% artıq ola bilər. Dəyişkən məlumat bazası əsasında tərtib olunmuş sadə ekstrapolyasiya modelinin nəticələri ilə təklif olunan proqnozlaşdırma modelinin nəticələri əsasında kifayət dərəcədə fərqlərin olduğu nəzərə çarpır. Belə ki, şəkil 2-də əks olunmuş  sadə ekstrapolyasiya modelləri ilə aparılan proqnozlar yüksək xəta və ya absurd nəticələrlə müşahidə olunur. Təklif olunan üsuldan istifadə etməklə alınan nəticələr isə enerjiyə olan tələbatın  illik artımının ixrac və [8] nəzərə alınmadan 2009-cu ilə nisbətən  hər il 1,2÷3,01 % artacağı göstərir. Elektrik enerjisinin ixracı və [8]-in tələbləri nəzərə alınmaqla elektrik enerjisinə tələbatın həcmi daha yüksək ola bilər.

 

Nəticə

1990-2010-cu illər ərzində ölkə üzrə elektrik enerjisi istehlakının dinamikası dəyişkən xarakterli olmuşdur. Aparılan hesabatların nəticəsi göstərir ki, proqnozlaşdırma məqsədilə istifadə olunan sadə riyazi ekstrapolyasiya modelləri və yaxud istehlek dinamikasının hər hansı bir perioduna xas artım tempinin (faizinin) gələcəkdə də davam edəcəyinə əsaslanan proqnozlar adətən özünü doğrultmur.

Bir sıra hallarda məlumat bazasının dinamikasını ən yaxşı aproksimasiya edən riyazi modellərin nəticələri həmin məlumat bazasını daha böyük xətalarla aproksimasiya edən riyazi modellərlə müqayisədə daha absurd nəticələr verə bilər.

Elektrik enerjisinin ümumi istehlakının əhali, qeyri-əhali və texnoloji sərf komponentlərinə ayırmaqla proqnozlaşdırması sadə ektrapolyasiya modellərə nisbətən məsələnin mahiyyətinə daha uyğundur və nisbətən yüksək dəqiqliyi təmin edir.

Elektrik enerjisinə tələbatın proqnozlaşdırması zamanı qeyri-neft sektoruna aid UDM-dən istifadə olunması məqsədəmüvafiqdir. UDM-in enerji tutumunun hesabatı zamanı ümumi istehlakdan yox, qeyri-neft sektorunda UDM-in formalaşmasını təmin edən elektrik enerjisinin həcmindən istifadə etmək məsələnin mahiyyətinə daha uyğundur.

 

 

 

 

 

 

Ədəbiyyat

  1. Ramazanov K.N. Enerji təhlükəsizliyi-nailiyyətlər və perspektivlər. Energetikanın problemləri, 2010, № 4.
  2. Azərbaycan Respublikasının 2000-2010-cu illər üzrə Yanacaq-Enerji Balansları.
  3. Azərbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin İnkişafı (2005-2015-ci illər üzrə) Dövlət Proqramının “layihə” sənədlərinin tərtibi.
  4. Макаров А.А. Методы и результаты прогнозирования развития энергетики России. Изв. АН. Энергетика 2010 № 4.
  5. “Azərbaycanın  Enerji Balansı”. ADSK, 2010.
  6. Azərbaycanın satatistik göstəriciləri. ADSK, 2010.
  7. Прогноз производства и потребления энергоресурсов государств-участников СНГ на период до 2020 года. Одобрен решением глав правительств СНГ от 19 ноября 2010 года. Санкт-Петербург, 19.11.2010.
  8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2009-cu il tarixli 34 nömrəli sərəncamı.

 

К.Н.Рамазанов, Э.М.Гаджизаде

 

Аннотация

 

Вопросы совершенствования методов прогнозирования электропотребления

 

Динамика электропотребления республики за последние годы (1990-2010 г.г.) характеризуется значительной нестабильностью. В этой связи обычные экстраполяционные модели, используемые для прогнозирования электропотребления зачастую приводят к неточным, а иногда к абсурдным результатам. В некоторых случаях математические модели с низкой адекватностью по сравнению с математическими моделями с большей адекватности приводят к лучшим результатам.

Анализ результатов проведённых расчётов показывает, что разделение общей потребности на различные компоненты (бытовое потребление, не бытовое потребление, технологические нужды и т.д.) с последующим прогнозированием электропотребления по компонентам может привести к более приемлемым  результатам.

При использовании «энергоёмкости ВВП» в задачах прогнозирования электропотребления рекомендуется пользоваться энергоёмкостью ВВП не нефтяного сектора. При этом в расчётах целесообразно базироваться на объём электропотребления участвующий в формировании  не нефтяного ВВП.

 

 

 

 

 

 

 

K.N. Ramazanov, E.M. Hajizadeh

 

Abstract

 

Improvement of forecasting methods of electricity demand

 

Trend of power consumption of the republic in recent years (1990-2010) is characterized by significant instability. In the regard, common extrapolation models used as forecast electricity consumption often leads to inaccurate and sometimes to absurd results. In some cases, mathematical models with low adequacy in comparison with mathematical models with higher adequacy lead to better results.

Analysis of calculations shows that partitioning of the total demand into various components (such as house hold consumption, Non-household consumption, industrial needs, etc.) followed by forecast of electricity consumption based on these components can lead to acceptable results.

It is recommended to use “GDP” non-oil sector, instead of “entire GDP” in forecasting calculations of energy consumption. In this context it is rational to realize all calculations based on volume of electricity which takes a part in formulation of GDP of non-oil sector.

 

 

160.Elektrik enerjisinə tələbatin proqnozlaşdirilmasi üsullarının təkmilləşdirilməsinə dair (K.Ramazanovla müştərək) Energetika problemləri. AMEA-nın Fizika Institutu. Bakı: Elm, № 3, 2011. (s. 3-13) 1,1 ç.v.

Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin: