gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / MÜSTƏQİL VERGİ KONSULTANTLARININ HAZIRLANMASI VƏ TRENİNQİ PROBLEMLƏRİ

09.02.2012

ADİU, i.e.n. E.M.Hacızadə

Milli iqtisadiyyatda baş verən təbəllüdatlar vergi məcəlləsinin, mühasibat uçotunun və bütövlükdə maliyyə şəbəkəsinin beynəlxalq standartlara müvafiq modernizasiyasını əsaslı edir. Belə reallıq isə mühüm institusional dəyişikliklər fonunda maliyyə xidmətinin bazar təsisatlı sisteminə adaptasiyasında təhsil sferasında müvafiq korrektələrin aparılmasını şərtləndirir. Auditor, konsaltinq firmalarının, mühasiblik profilli qrupların və digər maliyyə xidmətli kommersiya təşkilatlarının məlumatlarına əsasən əmək bazarında müstəqil auditor yoxlamalarını aparacaq mütəxəssislər praktiki olaraq çox məhdud miqdardadır. Azərbaycan Auditorlar Palatasının auditorların təkmilləşdirilməsi və attestassiyası ilə bağlı son zamanlar atdığı addımlar da problemin real və aktual olduğuna yəqinlik gətirir. Analoji situasiya mühasibatlıq və maliyyə xidməti sferasında da eyni forma və məzmunda cərəyan edir. Dərinləşən bazar tələbləri ixtisaslaşma diapazonunu vektorial obrazda daha spesifik olan peşəkar kadrların hazırlanmasına istiqamətləndirir. Maliyyə-vergi sistemində mütəmadi təkmilləşən islahatlar maliyyə mühəndislərinə və digər yeni maliyyə xidmətinin professional kadrlarına ehtiyac yaradır. Hazırda respublikada maliyyə xidməti sferasını təcəssüm etdirən əmək bazarında daha yeni bir meyil - vergi konsultantlarına olan tələb formalaşır və artır. Belə ixtisas sahibləri real bazar ölkələrində çoxdan fəaliyyət göstərirlər. Rusiyada və eləcə də MDB məkanının digər ölkələrində də müvafiq istiqamətdə kadr hazırlığı prosesi təşəkkül tapır və gücləndirilir.
Vergi konsultantları və ekspertlərinin missiyasına vergi bazasının formalaşması konsaltinqi, mühasibat uçotunun aparılması və mühasibat hesabatlarının hazırlanmasına metodik yardım, vergi ödəyicilərinin hüquq və səlahiyyətlərini nizamlayan normativ-aktların interpretasiyası, fiziki və hüquqi şəxslərə aid qanunvericilikdə dəyişikliklərin monitorinqinə aid məsələlər dayanır. Hazırda respublikada müvafiq istiqamətli işləri auditorlar gerçəkləşdirir. Lakin göründüyü kimi, çağdaş maliyyə xidməti orbitində mövcud əmək bölgüsünə görə bu peşə növləri ayrı-ayrı ixtisaslarda təyinatını tapır.
Müasir məqamda istehsal və kommersiya strukturlarında maliyyə sferası mütəxəssislərinə olan tələbin fövqündə müvafiq profilli təhsillə təminat problemi durur. Vergi konsultantlarının, ekspertlərinin hazırlanması və treninqi iki blokda-iqtisadi və hüquqi çevrədə fənlərin tədrisini şərtli edir. Azərbaycan Respublikasında müvafiq kadrların hazırlanması yönümündə elmi-metodik və tədris bazası mükəmməliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti fərqli keyfiyyət və əhəmiyyət kəsb edir. Hazırda vergi konsultantlarının, ekspertlərinin hazırlanmasında ehtiyaclı və əsas maraqlı tərəf kimi istehsal və kommersiya strukturları dayandığından müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanması və treninqi də onların maliyyə dəstəyi və müəyyən qism də beynəlxalq donor təşkilatlarının qrantlarına əsaslanmalıdır. Bununla belə ADİU da öz növbəsində nəzərdə tutulan tədris layihələrinin həyata keçirilməsində hazırlığını nümayiş etdirməli və müvafiq təşviqat kampaniyasını gerçəkləşdirməlidir.
Vergi konsultantlarının hazırlanmasının treninq prosesi 300 akademik saatdan az olmayan tədris proqramında keçirilməli və mütəxəssis seçimində ali iqtisadi /hüquqi/ təhsilə malik mütəxəssislər korpusuna istinad edilməlidir. Qənaətimizcə, treninq buraxılış imtahanlı və yekun işin müdafiə edilməsi sistemi üzrə aşağıdakı tədris-tematik planda istiqamətləndirilməlidir:
    Vergi hüququ;
    Hühuqi və fiziki şəxslərdən vergitutma;
    Azərbaycan Respublikasının qanunvericiliyi;
    Mühasibat uçotu və vergiqoymanın hesabatlandırılması;
    Vergi konsultantlığı üçün məqsədli maliyyə analizi;
    Vergi konsultantlığı işinin təşkili və metodikası.
Vergi konsultantlığı funksionallığının təminatı konyunktur məqamlardan asılı olmayaraq daimi tələbli və dinamik xarakter daşıyır. Bu reallıqdan çıxış edərək növbəti mərhələlərdə üçüncü sektor çərçivəsində vergi konsultantlarının palatasını yaratmaqla kadr hazırlığının həyata keçirilməsinin də həmən orqanın koordinasiyası  ilə gerçəkləşdirilməsi daha məqsədə müvafiqdir.


46.Müstəqil vergi konsultantlarnın hazırlanması və treninqi problemləri. Аzərbayсanda maliyyə xidmətləri bazarının inkişafında ali məktəblərin rolu. Beynəlxalq elmi-praktiki konfrans. Bakı: İngiltərənin Nottinqem Trent Universiteti və Qərb Universiteti. 2002. 0,1 ç.v.