gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / BİZNES İNKUBATORLARI: NƏZƏRİ-PRAKTİKİ TƏFƏRRÜATLAR VƏ TƏTBİQ PERSPEKTİVLİYİ

25.01.2012

ADİU, i.e.n. E.M.Hacızadə

Elmi-texniki tərəqqinin artan surəti, genişlənən innovasion nailiyyətlər müasir zamanda kiçik biznes texnologiyalarının inkişafında da əks olunmaqdadır. Bu sırada mütərəqqi iqtisadi-texnoloji mexanizm kimi Biznes İnkubatorları adlanan təsisatlara əhəmiyyətli yer ayrılır. İnkubasiya /inkubator/ quşlar fəsiləsinə aid olan latın mənşəli anlam kimi “kürt düşmək” mənasını ifadələndirir. Lakin iqtisadi sferada kommersial fəaliyyət - biznes məfhumu sintezində inkubator əski interpretasiyasını dəyişərək sahibkarlığın davamlı inkişafına yardım edən xüsusi tədbir və xidmətlər kompleksi formatında yeni institusional keyfiyyət donu alır.
Biznes İnkubatorları ön təyinatda fəaliyyət başlanğıcında çətinliklər çəkən kiçik sahibkarlığa ilkin dəstək olaraq icarə əsasında kommunikasiya vasitələri, kompüter, ofis texnikası, inventarlar, iş və istehsal otaqlarını konturagentin sərəncamına vermək missiyasını yerinə yetirir. Sahibkarlar, alim və ixtiraçılar öz ideyaları əsasında kommersiya fəaliyyətini gerçəkləşdirmək istədikdə Biznes İnkubatorları onlara lazimi informasiya, injirinq və konsaltinq xidməti göstərirlər. Bir qayda olaraq Biznes İnkubatorları bazarda potensial tələbli, məlum texniki həllini tapmış, müasir texnoloji proseslər və «nou-xau»lar əsasında qurulan yeni, təkmil məmulatlar istehsalı və xidmətlər qoyuluşunu əhatə edir. Onların xidmətindən innovasion ideyalara əsaslanan kommersiya layihələrinin ilkin və riskli mərhələsində, təcrübi və seriyalı istehsal tsiklinin təşkilində istifadə olunur.
Beynəlxalq praktikada Biznes İnkubatorları ilk olaraq 1959-cu ildə ABŞ-da görünməyə başlanmışdır. Bu məkanda fəaliyyətini dayandırmış fabrikdə işsiz insanlar boş qalmış otaqlarda özlərinin Biznes İnkubator oxşarlı ilk kiçik müəssisələrini yaratmışlar. Müvafiq təcrübədən qaynalanaraq artıq dünya təsərrüfatında məhdud çevrədə olsa da, 1985-ci ildə 70, 1992-ci ildə isə 470 Biznes İnkubatorları fəaliyyət göstərmişdir. Statistik proqnozlara görə yaxın beş il ərzində qlobal kontekstdə Biznes İnkubatorlarının sayının 5-6 min civarını aşacağı gözlənilir. Müasir dövrdə Avropa qitəsində Biznes İnkubatorları şəbəkəsi genişlənərək əhəmiyyətli coğrafi bir dairəni əhatə etməkdədir. Avropa Birliyi ölkələrində Biznes İnkubatorlarını «İnnovasiya və sahibkarlıq mərkəzləri» /Centro de Emperesas and Innavacon - CEI və ya Business and Innavacon Centre - BIC/ adlandırırlar. Belə şəbəkəli mərkəzlərin yaranışı Avropa Birliyinin kiçik biznes formatında iqtisadi artımı və xüsusən də regional inkişafı sürətləndirməyin əsas prinsiplərindədir.
Biznes İnkubatorları konsepsiyası regional spektrdə başlıca olaraq elm-təhsil müəssisələri ilə industrial potensiallı şirkətlərin dərin inteqrasiyası və müvafiq mobil infrastrukturun formalaşdırılması məqsədi daşıyaraq bölgələrdə ənənəvi iqtisadiyyat sahələrinin bərpasını, elmi nəticələri kommersiyalaşdıran pilot qurumlarının yaradılmasını, staqnasiya keçən müəssisələrin sanasiyasının təşkil prinsiplərini nəzərdə tutur. İşgüzar fəaliyyətin mikro mühitini, erqonomikasını dolğunlaşdıraraq Biznes İnkubatorlarının yardımı ilə müəssisənin funksional sferası inkişaf edir, dinamikləşdirilərək genişlənir. İqtisadi keyfiyyət yükünün kütləsinə baxmayaraq, müasir zamandakı say məhdudiyyəti fərqliliyi Biznes İnkubatorlarının iqtisadiyyatın inkişafına əsaslı makro təsir göstərməsini imkansız edir. Lakin bu reallıq onun da keçici-dəbli yeni biznes aksessuarları sırasına qatıldığı düşüncəsinə gətirmir. Beynəlxalq təcrübə informasiyaları bəyan edir ki, Biznes İnkubatorlarının texnoloji stilistik keyfiyyəti geniş arealda, dəstəkli tətbiqini tapdıqda davamlı regional iqtisadi artımla müşayiət olunur.
Məxsusi xüsusiyyətlər kontekstində texnopark, sənaye şəhərciyi, azad iqtisadi zona kimi biznes formaları Biznes İnkubatorları sferasının variasiyalarını təşkil edirlər. Sahibkarlığın texnoloji növlərinin yaradılması, kiçik biznes sferasının genişləndirilməsi və gücləndirilməsi, rəqabətədavamlı istehsal və xidmətin qurulması, bununla da yeni iş yerlərinin yaradılması Biznes İnkubatorları strategiyasının leytmotivini təşkil edir. Hər bir strategiya olduğu kimi Biznes İnkubatorlarının da fəaliyyəti zaman parametrləri çərçivəsində məhdudlaşır. Burada müəssisələrin təşəkkülü üçün orta göstəricidə 2 ildən 4 ilədək vaxt resursu ayrılır. Biznes İnkubatorlarının spesifik işçi heyəti də azsaylıdır və adətən tipik konfiqurasiya ştat düzümü 3-4 əməkdaşla əhatə olunur. Struktur özəllikdə Biznes İnkubatorları təsnifatı aşağıdakıları əhatə edir:
    sosial funksiyanı yerinə yetirərək spesifik məntəqə probleminin həllində müvafiq kommersiya layihəsini reallaşdıran yerli təşəbbüs cəmiyyətləri;
    bazara müqavimətdə özlərinin zəifliyi ilə xarakterik olan xüsusi qruplara: gənclər, qadınlar, milli azlıqlara xidmət göstərənlər;
    kommersiya layihələri üzrə icarəni təmin edənlər;
    innovasion texnologiyalar yaranışına və yeni obrazlı məhsullar istehsalına dəstək olanlar;
    bütün adi xidmətlərlə yanaşı, xüsusi olaraq informasion təminat və konsaltinq xidməti göstərən virtual Bİ-lər.
Müəssisələrin formalaşması və inkişafını hədəf seçən Biznes İnkubatorlarının reytinq göstəricisi buraxılmış firmaların sayı və yeni iş yerlərinin açılışı ilə xarakterizə olunur. İlk dövriyyədə Biznes İnkubatorları yerli orqanların, sənaye korporasiyalarının, müxtəlif fondların vəsaitləri hesabına fəaliyyət göstərir və sonradan icarə haqları müqabilində öz müstəqilliyinə təminatçı olurlar.
İqtisadi kömək, informasion yardım funksiyalarını yerinə yetirən Biznes İnkubatorları özləri də kömək və yardımlarsız keçinə bilməzlər. Təcrübi reallıqlar belədir ki, Biznes İnkubatorları nizamnamə fondu, təsisat investisiyası qısamüddətli rentabelliyi formalaşdırmaq gücündə deyildir. Buna görə də ilk dövriyyədə Biznes İnkubatorları elm, təhsil müəssisələri, icmalar, korporasiyalar və müxtəlif fondların dəstəyi ilə fəaliyyət cığırı açaraq geniş prospektə çıxış edirlər. Güvənc rolunda isə məxsusi əhəmiyyətli funksiyanı dövlət və bələdiyyə orqanları həyata keçirirlər. Məhz onların yardımları əsasında imtiyazlı şərtlərlə rəğmən torpaq sahələri, maşın və avadanlıqlar, bina və tikililər və digər zəruri biznes sahibkar fəaliyyət atributlarının alınması reallığa çevrilir. Sahibkarlığın mətinləşən sonrakı mərhələsində xidmət və icarə haqları, pay köçürmələri, biznes inkubasiyasından çıxaraq uğur qazanmış müəssisələrin mənfəətləri Biznes İnkubatorlarının fəaliyyət davamlılığını təmin edir. Təcrübə göstərir fəaliyyət uğuru qazanmış Biznes İnkubatorları təsisat prezentasiyasından yalnız orta hesabla 5-6 illik müddət ötdükdən sonra müsbət saldolu balansı formalaşdıra bilirlər.
Biznes İnkubatorlarının fəaliyyəti müvafiq nomativ-hüquqi aktlara istinad edərək formalaşmış ənənəvi müqavilə şərtləri ilə uzlaşdırılır. Bu cəhət Biznes İnkubatorlarının yaradılmasının xüsusi texniki-iqtisadi əsaslandırma tələbli olması, bahalı və mürəkkəb layihə quruluşuna və digər bu kimi spesifik şərtlərə malikliyi ilə izah edilir. İnkubasiyaya giriş və çıxış müddəti bir qayda olaraq 1 ildən 3 ilədək müəyyənləşdirilir və bu dövr tərəflərin razılığı əsasında daha geniş diapazonda təyin oluna bilər.
Biznes inkubasiyası ehtiyaclı müəssisələrin də partnyorluq münasibətləri qurmasının müvafiq standart və normativləri mövcuddur. Buraya namizədin sahibkarlıq bacarığı və ciddiyyəti, əməkdaşlıq etmək əzmi, əsaslandırılmış biznes-plana malikliyi başlıca şərtlərdəndir. Bununla belə, novatorluq göstərərək bölgə təsərrüfatını möhkənləndirən potensialla çıxış etmək, innovasion ideyalar daşıyıcısı olmaq, mövcud fiskal tələbləri yerinə yetirmək, ekoloji normalara riayətdə bulunmaq və azı 5 nəfərlik iş yerinin açılışına təminat vermək də mühüm şərtlər sırasında hesaba alınır.
Müasir məqamda kiçik biznes əyani olaraq nəhəng bizneslə müqayisədə özünün üstünlüyünü nümayiş etdirir. Mütərəqqi və mükəmməl regional inteqrasiya əldə etmiş ölkələr sosiallaşan iqtisadiyyat quruculuğunun yetərli hissəsini məhz kiçik sahibkarlığın tərəqqisi ilə əlaqələndirirlər. Bu əlaqəliyin empirik kökləri vardır. Belə ki, son onilliklərdə Avroatlantik məkanda iqtisadi yüksəlişin mühüm hissəsini və başlıca olaraq 80% yeni iş yerlərinin açılışını mikrosektor təmin etmişdir. Böyük Britaniyada kiçik biznes firmaları krallığın bütün şirkətlərinin 95%-ni təşkil edərək məşğul əhalinin 1/3 hissəsini özündə cəmləşdirir. Analoji tutum Fransa, Almaniya, Belçikada və digər Avropa Birliyi ölkələrində də yüksək həcmə malikdir. Kiçik bizneslə bağlı bu dövlətlərdə aparılan siyasətin ana xəttinin sahibkarlıq mədəniyyətinin kütləviləşməsi ilə yeni iş yerlərinin yaradılması və məşğulluğun təminatına nailolma təşkil edir. Praqmatizmə köklənən iqtisadi gerçəkliklər spektri postsovet müstəvisində kiçik biznesin əhəmiyyət diapazonunun mühümlüyünü yenidən önə çıxartmışdır.
Bu çərçivədə kiçik biznesin inkişafında uğuru sübuta yetmiş yuxarıda nəzəri-praktiki təfərrüatları təhlil edilən Biznes İnkubatorları sferasının dünya təsərrüfatında tətbiq meydanının genişləndirilməsinə də diqqət artır. Tam və tutarlı inkişafda kiçik müəssisələr məhz Biznes İnkubatorlarından əməli dəstək alırlar. Bu meyil artıq aparıcı qlobal təsisatlar çərçivəsində üçüncü ölkələrə də “ixrac” olunmaqdadır. MDB məkanında isə Biznes İnkubatorlarının yerləşməsi və möhkəmlənməsi liderliyində Rusiya və Ukrayna çıxış edirlər. Daha çevik planda Biznes İnkubatorları strategiyası BMT-nin İnkişaf Proqramı çərçivəsində Özbəkistan Respublikasında genişlik əldə edir. Burada tətbiq edilən layihədə kiçik və orta sahibkarlığa yardım üzrə səmərəli işləyən regional institutlar şəbəkəsinin yaradılması başlıca yer tutur. Normativ-hüquqi məhdudiyyətlərə baxmayaraq, Biznes İnkubatorları konsepsiyası ilə bağlı fəaliyyət məhdud lokal həlqədə Azərbaycanda da reallığa çevrilməkdədir. Zamanın müasir reallıqları isə bu mühüm biznes institutunun respublikamızda tam miqyaslı formalaşmasını diktə edir. Aparılan təhlil göstərir ki, Azərbaycanın regional inkişafında Biznes İnkubatorları təsisatlarının formalaşması iqtisadi yüksəlişin mühüm faktoruna çevrilə bilər. İdeyanın gerçəkləşməsi isə müvafiq strateji planlara əsaslanan təkmil normativ-hüquqi baza çərçivəsində səmərəli həllini tapmalıdır.
Biznes İnkubatorlarının yaşayış iqlimi vurğulandığı kimi, özündə mühüm infrastruktur elementləri: universitetlərə, elmi-tədqiqat institutlarına, mobil nəqliyyat-kommunikasiya sistemlərinə yaxınlıq şərtli iqtisadi və coğrafi landşaft tələblərini ehtiva edir. Bu konfiqurial yetkinlik isə ənənəvi inkişaf səviyyəli məhsuldar qüvvələrin cəmləşdiyi Naxçivan, Gəncə, Şəki, Lənkəran coqrafi-iqtisadi zonalarında mövcud struktur və infrastruktur komponentlərinə tamlıqla cavab verir. Aparılan araşdırmalar göstərir ki, müvafiq təcrübə reallığına baxmayaraq, həmən regionlarda mərkəzi dövləti dəstəklə kiçik və orta sahibkarlıq fəaliyyəti sintezində Biznes İnkubatorları şəbəkəsinin tətbiqi istehsal və xidmət sahələrinin genişlənməsinə, mövcud infrastruktur təkmilliyinə və dayanıqlı səmərəliliyin əldə edilməsinə imkanlar açar və həmən regionlar mühüm dövləti sifarişlərin yerinə yetirilməsinə səfərbər olunan müvafiq servis zonalarına çevrilə bilər.


99.Biznes inkubatorları: nəzəri-praktiki təfərrüatlar və tətbiq perspektivliyi. Milli iqtisadiyyatın problemləri /məqalələr toplusu II Buraxılış/. АMEА İqtisadiyyat İnstitutu. Bakı. Elm. 2005. 0,5 ç.v.