gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / ELMİN MƏHSULDAR QÜVVƏYƏ ÇEVRİLMƏSİNİN STİMULLAŞDIRILMASI ASPEKTLƏRİ

23.01.2012

ADİU, E.M.Hacızadə

Dünya ölkələrinin təcrübəsi göstərir ki, elmtutumlu sahələrin tərəqqisinə yönələn dövlət səviyyəli struktur islahatları normal iqtisadi inkişafın qarantına çevrilir. Müasir dünyada dövlətin elmlə əlaqəsi təkcə büdcə subsidiyaları üzərində qurulmur. İndi praqmatizmin dominant meyli elmi, siyasəti, iqtisadiyyatı və hətta mədəniyyəti də əhatə etmiş, sosium qanunları daha sərt ümumbəşəri mahiyyət almışdır. Cəmiyyətdə elmin rolu güclənir, mühəndis əməyinin əhəmiyyəti artır, insanın tələbatı istehsalın inkişafına mühüm təsiredici amil kimi yeni yaranışlara zəmin olur. Bu baxımdan elmin məhsuldar qüvvəyə çevrilməsi prosesinin stimullaşdırılmasında elmi-texniki məhsul bazarının genişlənməsi mühüm əhəmiyyət kəsb edir.
Sivilizasiyanın inkişafının hər yeni mərhələsində olduğu kimi, müasir inkişaf prosesi də texniki-texnoloji nailiyyətlərdə, innovatikada geniş iştirakı ilə xarakterik olmuşdur. Ötən əsrin 80-ci illərində dünyanın iqtisadi mütəşəkkil ölkələrində istehsal demək olar ki, tamlıqla yenidən texniki təchizatlanmış və modernləşmişdir. Əmək məhsuldarlığının artan templəri istehsal sferasında məşğulluğun payının azalmasını sürətləndirmiş, xidmətlər sferası diapazonunun genişlənməsi və xarakteri postindustrial yüksəlişin mühüm göstəricisinə çevrilmişdir. İndi, müasir dünya iqtisadiyyatında daha çox sənayecə inkişaf etmiş dövlətlərə xas yeni bir meyil, qeyri-material resursların ÜDM-də pay yüksəlişinin artması müşahidə olunur. İqtisadiyyatlarında inqilabi dəyişikliklərə nail olaraq yüksək sosial-iqtisadi nəticələr əldə etmiş həmən dövlətlərdə qeyri-material resurslarının çəkisi istehsal xərclərinin yarıya qədərinə yaxınlaşmaqdadır. İndiki iqtisadi inkişafı dəyərləndirən mühüm göstəricilər sırasında bu və ya digər ölkənin iqtisadiyyatının softlaşması səviyyəsi mühüm hesab edilir. Softlaşmanı cəmiyyətin intellektual potensialı, işçi qüvvəsi, kadr hazırlığının, müxtəlif servis xidməti, konsaltinq, ekspert, menecment sənətkarlığının və digər qeyri-material resurslarının iqtisadi inkişafın amilinə çevrilməsi kimi xarakterizə etmək olar. Azərbaycanda bu proses daha çox ikinci və üçüncü sektorun inkişafında mənbəyini tapır. Bu quruculuqda qonşu məmləkətlərdən müəyyən qədər geri qalsaq da, müvafiq sahədə çağdaş vəziyyəti sağlam hesab etmək olar. Böyük İpək yolu, TRASEKA, İNOKEYT, Trans-Avropa-Asiya fiberoptik kabel, Bakı-Ceyhan, Bakı-Ərzurum və digər qlobal layihələrin Azərbaycan məkanında gerçəkləşdiyi bir məqamda yeni müvafiq soft təşkilatların, şirkətlərin yaradılması ehtiyacı daha da artır və təxirəsalınmaz səciyyə daşıyır. Belə yüksəliş dövlətin mənafelərinə tamamilə cavab verir. Bu mütərəqqi inkişaf istiqamətini stimullaşdırmaq üçün dövlət öz imkanlarından, xüsusən imtiyazlı kreditlər, əlverişli vergi proseduralarından istifadə etməlidir. Daha çox diqqət isə elm və təhsilin subsidiyalaşmasına yönəlməlidir.
Azərbaycanın mövcud elmi bazası böyük elmi inkişafa yeni təkan üçün yetərli hesab ediləndir. Problem isə biçimli strategiyada stimullaşdırılan resurs səfərbərliyi ilə bağlıdır. Bu baxımdan elmin stimullaşdırılması ayrıca bir qərarın məhsulu deyil, ümumi inkişafın konseptual proqramında, dövlətin iqtisadi doktrinasında əksini tapmalıdır. Dövlət sərəncamında olan elm mərkəzlərinin konsolidasiyası ilə yanaşı, həm də ictimai institutlara da qrantlar verməklə öz sifarişlərini diqtə etməli, bu istiqamətdə büdcə təxsisatlarını genişləndirməli, akademik institutlarda və universitetlərdə elmi işləmələr üzrə rəqabətin güclənməsinə dəstək verməlidir. Stimullaşma prosesi üstün olaraq elmtutumlu sahələrin təşəkkülü və inkişafına yönəlməli, elmin real məhsuldar qüvvəyə çevrilməsinə zəmin yaradan innovasiya sferasını əhatə etməlidir.


102.Elmin məhsuldar qüvvəyə çevrilməsinin stimullaşdırılması aspektləri. Respublikada aparılan elmi-tədqiqat işlərinin elmin sahələri üzrə inkişaf tendensiyası. Elmi-praktiki seminarın materialları. AMEA Rəyasət heyəti. Elmi-tədqiqat təcrübi konstruktor işlərinin və müdafiə olunmuş dissertasiyaların dövlət qeydiyyatı mərkəzi. (H.A.İsrafilovla müştərək) Bakı. 2006. 0,1 ç.v.