gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / YANACAQ-ENERJİ KOMPLEKSİNDƏ BİZNES FƏALİYYƏTİNİN DİVERSİFİKASIYASI PROBLEMLƏRİ

04.01.2012

UOT 338:622.276.                                       E.M.Hacızadə


Müasir Azərbaycan iqtisadiyyatında Yanacaq-Enerji Kompleksi (YEK) sistemyaradıcı funksionallığı ilə büdcə mədaxilinin özəyini, valyuta daxilolmalarının, istehsal və ixrac potensialını mühüm hissəsini özündə cəmləşdirərək, ölkə iqtisadiyyatını maye yanacaq və elektrik enerjisi ilə tam təmin edir. Belə funksionallıq artan karbohidrogen ehtiyatları, yüksələn idisadi potensial zəminində enerji qaynaqları ilə bağlı iqtisadi dövriyyənin bütün həlqələrində sistem unifikasiyasını, daha mükəmməl nəzarət mexanizmləri və menecment texnologiyalarının tətbiqini, gerçəkləşdirilən milli neft strategiyası, bütövlükdə enerji siyasəti bazasında geniş spektrdə institusional yenidəntəşkil və infrastruktur moderizasiyasını şətləndirir. Milli neft strategiyası və enerji siyasətinin mühüm vəzifələri ilə yanaşı, əsas prioritetləri sırasında biznes sferasında fəaliyyətlərin genişləndirilməsi, konkret olaraq səhmdar əməkdaşlığın inkişaf etdirilməsi, özəlləşdirmə prosesinin dərinləşdirilməsi, yerli sahibkarların servis işinə cəlb olunması kimi vəzifələr də durur [5, 7]. Köhnə yataqlarda, elektrik enerjisi və qaz təhcizatında, infrastruktur sahəsində fəaliyyət göstərən təşkilatlarının, yardımçı istehsal qurumlarının özəlləşdirməyə açıq elan edilməsi, mütərəqqi biznes subyektlərinin təsis olunması bu istiqamətdə səylərin gerçəkləşdiyini səciyyələndirən reallıq göstəricisidir. Lakin görülən işlərlə də kifayətlənmək olmaz. Müşahidə və araşdırmalar göstərir ki, YEK-də biznes işinin daha da aktivləşdirilməsi istiqamətində hələ də çeşidli imkanlar və fəaliyyətlər qalmaqdadır. Belə fəaliyyətləri isə daha çox bir sıra istehsal və xidmət obyektlərinin milli sahibkarların sərəncamına verilməsi kontekstində YEK-də biznesin diversifikasiyası ilə əlaqələndirmək olar. Buna görə də müasir mərhələdə YEK-də daha geniş özəl arealın formalaşdırılması strateji istiqamətli məsələlər sferasının prioritetləri sırasına qatılmalıdır.
*    *    *
Diversifikasiya (latınca - diversificatio - dəyişkənlik, müxtəliflik, fəaliyyət) iqtisadi anlamda kapitalın təmərküzləşməsi formalarından biri kimi dəyişkənlik, müxtəliflik təzahüründə obyektlərin bölünməsi, məhsul nomenklaturnun genişləndirilməsi, istehsalın bir-biri ilə əlaqəsi olmayan növlərinin eyni zamanda inkişafını səciyyələndirir. Diversifikasiya nəticəsində sahəvi komplekslər müxtəlif istehsal strukturlarına bölünür ki, onlar da texnoloji cəhətdən o qədər də bir-birinə yaxın olmurlar. Kompaniyanın əsas fəaliyyəti ilə bağlı olmayan layihələr də divesifikasiya kimi anlaşılır. Diversifikasiyanın gəlir götürməyə yönəldilmiş iqtisadi fəaliyyət olan bizneslə (ingiliscə - bisinesse - məşqul, qayğılı) sintezi isə eyni iqtisadi mahiyyətlə yanaşı, bir qədər də fərqli və geniş anlaşma yaradır [2, 6, 8].
Biznesin diversifikasiyası və ya kommersiya fəaliyətinin eyni zamanda bir neçə bazara yönəldilməsi sərəncamda olan aktivlərin qorunması və artırılması istiqamətində ən effektivli marketinq fəndlərindən sayılır. Başqa sözlə bu prosedur təşkilatı rəqabətqabiliyyətliliyin yüksəldilməsi fonunda yeni bazar seqmentlərinin fəthi, əlavə mənfəətlərin əldə edilməsi kimi iqtisadi nailiyyət keyfiyyətlərini səciyyələndirir.
YEK-də mövcud biznes sferasında da diversifikasiya problemi strateji mahiyyət daşıyır. Bu baxımdan kompaniyalar ehtiyat və resurs imkanlarının artımı müqabilində inkişafın başlıca istiqamətlərini ehtiva edən uzunmüddətli strategiya işləyib hazırlayırlar. Bu zaman «yanacaq-enerji portfeli»nə məhsuldar ehtiyatlar payının yüksəldilməsi, xərclər balansının optimallaşdırılması ilə yanaşı, hasilat intensivliyinin artırılmasında müasir mütərəqqi metodların, xammaldan daha səmərəli istifadə, gəlirlər dayanıqlığının təminatında injinirinq texnologiyalarının geniş tətbiqi, emal və nəql prosesinin, neft kimyası və qaz sənayesinin inkisafı, enerji təchizatının yaxşılaşdırılması, konsaltinq və audit xidməti kimi biznes sferaları da daxil edilir [3, 9].
*    *     *
Qloballaşan dünyanın müasir statistik mənzərəsi bazar sisteminə daxil olan ölkələrdə kiçik və orta sahibkarlığın getdikcə daha geniş yayılmasına üstünlük verməni canlandırır. Çağdaş zamanda iqtisadiyyatın ən çevik və mobil hissəsi olaraq kiçik biznes intibah dövrünü yaşayır. Burada məhsulun differensiasiyası və tez yeniləşməsi baş verir. Kiçik biznesin inkişafını şərtləndirən mühüm cəhətlərdən biri onunla bağlıdır ki, heç bir dövlətdə iri istehsalçılar kiçik biznesə rəqib kəsilmirlər. O, çox asanlıqla yeni şəraitə adaptasiya olunur, müasir texnologiyaları mənimsəyir və risk etməkdən çəkinməyərək yeni istehsal sahələri yaradaraq innovasiya işlənmələrinin fövqündə dayanır. Kiçik biznes müvafiq funksionallıqla neft-qaz industriyasında da eyni missiyanı yerinə yetirir [4, 8].
Bol neft ölkəsi olan Azərbaycanda da bu baxımdan təşəkkül tampış neft biznesinin diversifikasiyasında kiçik biznesə önəm verilməsi mühüm strateji əhəmiyyət daşıyır. Hesab olunur ki, yeni epoxial mərhələdə ölkə neft sektorunda biznes yükünün bir hissəsini kiçik və qismən də orta bizneslə paylaşacaq, milli sahibkar kapitalına əsaslanan biznes formaları inkişaf tapacaqdır. Marginal yataqlarda istehsal artımının təmin edilməsi və səmərəliliyin artırılması sahədə lisenziya sisteminin genişləndirilməsini, bazar seqmentli müasir kontrakt formalarının tətbiqini, qanunvericilik şəbəkəsinin təkmilləşməsini və vergi konsensuslarının tətbiqini tələb edir. Bununla belə, azdebitli quyuların və ehtiyatları tükənmə həddində olan yataqların istismarında da milli sahibkarlara müəyyən texnoloji-iqtisadi imkanlar yaradılmalıdır.
Ölkə neft sektorunda istehsal artımı, reanimasiya prosesinin gücləndirilməsi üçün geniş həcmli vəsaitlər tələb edilməyən sahələr yetərincədir. Biznes amplitudasına görə tükənən və daha çox əmək və kapital tutumu tələb edən yataqlarda qalıq neftinin çıxarılması əsasən iri şirkətlərin kommersiya maraqları xaricində olur. Biznes praktikasına görə, adətən, ehtiyatları tükənmə mərhələsinə yetişən yataqlar kiçik şirkətlər və yaxud da yerli kapital hesabına investisiyalaşdırılır [1, 6, 8].
Azərbaycan neft kompleksinin köhnə yataqlar şəbəkəsinə mənsub hissəsində lisenzion əsasda milli sahibkarlara, neftçi kollektivlərə müəyyən vergi, kredit və digər iqtisadi güzəştlər verməklə fəaliyyəti çətinləşmiş quyuların və müvafiq yataqların yeni işlənməsini və bərpasını gerçəkləşdirmək mümkündür. Belə praktika Sovetlər İttifaqının son illərində kooperativ hərəkatı zamanı neft sektorunu servis sınaqdan keçrilmişdi. Bu ərəfədə Azərbaycanın quruda yerləşən neft sahələrində kooperativ əsasda bir neçə quyu da qazılmışdı. Elə bu baxımdan da qazma və fəaliyyəti dayanmış quyularda innovasiya sahibkarlığı kontekstində biznes qurumları təşkil oluna bilər və onlar lizenziya əsasında həm qazma və həm də bərpa işlərinə cəlb edilə bilərlər [2, 6].
Milli neft sektorunda xarici sərmayədarların iştirakı ilə çoxsaylı müştərək müəssisə formatlı biznes fəaliyyətləri reallaşmışdır. Burada təzadlı bir cəhət, xarici sərmayadarların əldə etdiyi imtiyazların yerli sahibkarlara münasibətdə izafi üstün fərqlili olması ilə xarakterikdir. Fikrimizcə xarici kapitallı müştərək müəssisələrə verilən imtiyazlar çərçivəsində milli neftqazçıxarma müəssisələrini bütövlükdə və  yaxud da mədən və yataq çərçivəsində yenidən təşkil edərək səhmdar əməkdaşlıq formatlı kollektiv idarəçiliyinə verilməsinin nəzərdən keçirilməsi və reallaşdırılması kommersial baxımından daha sosial məqsədəuyğunluq daşıyardı.
Milli neft-qaz industriyasında lisensiya sistemi yalnız qazma-hasilat-istismar triadasını əhatə etməməlidir. Burada hasilat məhsulunun xarici bazarlara çıxışı, normativdən artıq neftin bir hisəssinin emal zavodlarına payçısı qismində iştirakını şərtləndirən tollinq sövdələşmələri əsasında verilməsi kimi, effektli təminatlar və biznes fəaliyyətnin stimullaşdırılmasında dövlətin əlində olan digər texnoloji-iqtisadi vasitələr gənclik çağını yaşayan milli sahibkar təbəqədən əsirgənməməlidir. Belə olan təqdirdə Azərbaycanın neft sektorunda mükəmməl rəqabət əsaslı, diversifikasiya olunmuş neft biznesi intişar tapacaq və YEK-də daha məhsuldar və səmərəli fəaliyyəti təmin ediləcəkdir.
Biznes diversifikasiyasının emal və nəql prosesində də uğur perspektivliyi səmərəli ola bilər. Beynəlxalq təcrubə karbohidrogen məhsulu ilə bağlı biznes hələqəsində neft kimyasının, qaz sənayesinin də inkişaf səmərəliliyini ön plana çıxarır. Cənubi-Şərqi Asiya, Qərbi Avropa, Şimali Amerika, Avstraliya makroregionlarında bu istiqamətdə transmilli kompaniyalarla yanaşı çoxsaylı irili-xırdalı milli şirkətlər də fəaliyyət göstərir, ayrı-ayrı region ölkələrində məşğulluğun təminatında, büdcə daxilolmalarında, yerli bazarın qorunmasında, ixrac potensialının genişlənməsində əhəmiyyətli rol oynayırlar. Azərbaycanda da eyni strateji xəttə önəm verilməsi infrastruktur neft biznesinin daha sürətli və texnoloji mütərəqqi inkisafı ilə nəticələnər [1, 8-9].
YEK-də qaz və enerji təchizatı, xüsusən də satış tsikli ilə bağlı sferada biznes diversifikasiyası inkişaf etdirilməlidir. Aparılan təhlil və araşdırmalar göstərir ki, respublikanın iri şəhərlərində enerjidaşiyıcıları ilə əlaqədar maksimum yığıma, daha səmərəli iş birliyinə nail olmaq, bu sahədə servisi yüksəltmək üçün istismar və satış strukturları ayrı-ayrılıqda fəaliyyət göstərməlidirlər.
Enerji təhlükəsizliyi nöqteyi-nəzərindən və o cümlədən, «Azərbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin inkişafı Dövlət proqramı»nın tələblərindən irəli gələrək magistral qaz kəmərləri, baş ötürücü, paylayıcı qurğular, əsas yarımstansiyalar dövlətin birbaşa nəzarətində qalmaqla bu enerji daşıyıcılarının əhaliyə, orta istehsal və kommersiya qurumlarına çatdırılması fəaliyyətləri özəl sektora keçirilə bilər. Belə olan təqdirdə, bu sahəyə yönələn dövlət subsidiyaları təcrid edilər, enerji bazarında liberal iqtisadiyyatın tələblərinə uyğun rəqabətqabiliyyətli diversifikasiya olunmuş, özünütəşkil və özünüinkişaf prinsipli biznes qurumlarının fəaliyyəti ilə, müqabil tarif strategiyalı və yüksək servis imkanlı mühit formalaşar.
YEK-də biznes diversifikasiyasında konsaltinq, injinirinq, texnoloji audit və digər xidmət və infrastruktur təyinatlı qurumların təsisatlandırılması istiqamətində də lisenziya sistemi genişləndirilməlidir. Bu tələb biznes diversifikasiyasının sürətləndirilməsi və onun institusional təminatının artırılmasından irəli gəlir.
*    *    *
Apardığımız araşdırmalar və təhlillər respublikanın Yanacaq-Enerji Kompleksini əhatə edən sektorlarda biznesin diversifikasiyasının genişləndirilməsinin aşağıdakı effektlərlə müşayiət olunacağına yəqinlik verir:
o    instutisional dərinləşmə, bazar modernizasiyasının genişləndirilməsi;
o    milli sahibkarlıq fəaliyyətinin və səhmdar əməkdaşlığın mobilləşməsi;
o    köhnə istismar sahələrində reabilitasiya prosesinin və marginal yataqlara investisiya qoyuluşlarının sürətləndirilməsi;
o    liberal tələbli struktur və menecment təsisatlarının mükəmməlləşməsi;
o    sahəvi infrastrukturun innovasiya təkmilliyinin artırılması;
o    qaz və enerji təchizatnda alternativ imkanlı, rəqabətqabiliyyətli servis mühitinin formalaşması;
o    karboridrogen məhsulu çeşidinin yüksəldilməsi və bundan irəli gələrək müvafiq yerli bazarın qorunması və ölkənin ixrac qabiliyyətliliyinin artırılması;
o    məşğulluğun mülayimləşdirilməsi və büdcə daxilolmalarının möhkəmləndirilməsi.
Biz YEK-də biznes diversifikasiyasının praktiki əhəmiyyət diapozonunu təşviq etməklə yanaşı bu istiqamətdə mövcud konseptual və metodoloji təyinatları, onların geniş və uğurlu aprobasiyasının hələ də kifayətedici mərhələyə yetişmədiyini də unutmamalıyıq. İqtisadi qanunların ölkədə tipindən asılı olaraq çox zaman əzəli konfiqurasiyasından yayınan təzahürlüyü də istisna deyil. Bilindiyi kimi, bazar iqtisadiyyatı milli model, infrastruktur təyinatlığı və intitusional mühüt aslılığında şərtlənərək şəxsi maraqların daha çox hakim kəsildiyi məkanda inkişaf tapır. Şübəsiz ki, bu baxımdan da burada hərəkət iki qollu olmalıdır. Dövlət və bazar qollarının birgə optimal və mobil fəaliyyəti müvəffəq iqtisadi dirçəlişi, sosial rifahı təmin etməyə qabildir.
Ölkə iqtisadiyyatında və eyni zamanda Yanacaq-Enerji Kompleksində də biznes fəaliyyətinin səmərəli təşkili daha çox iqtisadi modelin təkmilliyindən, dövlətin bazar yönümlü iqtisadi strategiyasının optimallığından və bununla bağlı əlverişli investisiya mühitinin təqdimatından asılıdır. Bu təzahür isə kompleksli və çoxaspektlidir. Buna görə də sahibkar istetadı və bacarığı, kapital resursu və texnoloji komponentliliklə yanaşı, o həm də, çox geniş çevrədə - institusional yenidınqurmanı, sahəvi-normativ hüquqi bazanın genişləndirilməsini və digər tənzimlənmə aspektlərində dövlət dəstəyini tələb edir.


ƏDƏBİYYAT

1.Гербер Майкл Э. Малый бизнес: от иллюзий к успеху. Возвращение к мифу предпринимательства. М.: ЗАО «Олимп-Бизнес», 2005. 240 с.

2.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı. Elm. 2002. 472 s.

3.Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı. Elm. 2003. 512 s.

4.Джонстон Д. Медждународной нефтяной бизнес: налоговые системы и соглашения о разделепродукции. М.: ЗАО «Олимп-Бизнес», 2003. 352 с.

5.http://www.Ilham-Aliev.com.

6.http://www.neftegaz.ru.

7.http://www.e-qanun.az.

8.http://www.iea.org.

9.http://www.ieacademy.org.


XÜLASƏ

Məqalədə Yanacaq-Enerji Kompleksində biznes fəaliyyətinin diversifikasiyası problemlərinin nəzəri əsasları və dünya təcrübəsindəki praktiki effektləri təhlil olunaraq qiymətləndirilir. Respublikanın Yanacaq-Enerji Komrleksində biznes diversifikasiyasının labüdlüyü şərtləndirilərək, bu işdə milli sahibkarlarin rolunun artırılması üçün dövlət tərəfindən göruləcək müvafiq tədbilər şəbəkəsi təqdim edilir. Göstərilir ki, Azərbaycanın Yanacaq-Enerji Kompleksində biznes fəaliyyətinin diversifikasiyasında kiçik biznesə önəm verilməsinin mühüm strateji əhəmiyyəti vardır. Aparılan elmi araşdırmalar əsaslandırır ki, yeni epoxial mərhələdə ölkənin Yanacaq-Enerji Kompleksində biznes yükünün bir hissəsini, kiçik və qismən də orta bizneslə paylaşılacaq və milli sahibkar kapitalına əsaslanan biznes formaları inkişaf tapacaqdır. Bununla belə, köhnə yataqların reablitasiyasında milli sahibkarlara müəyyən texnoloji-iqtisadi imkanlar yaradılmalı, emal və nəql prosesində, qaz və enerji təchizatında, xüsusən də satış tsikli ilə bağlı sferada biznes diversifikasiyası daha da genişlındirilməlidir. Respublikanın iri şəhərlərində enerjidaşiyıcıları ilə əlaqədar maksimum yığımı, daha səmərəli iş birliyini təmin etmək və bu sahədə servisi yüksəltmək üçün isə istismar və satış strukturlarının ayrı-ayrılıqda fəaliyyət göstərmələri gərəklidir.
Aparılan tədqiqatın yekunu olaraq, məqalədə Yanacaq-Enerji Kompleksində biznes diversifikasiyasının səmərəli təminatı üçün sahəvi institusional dərinləşməyə, bazar modernizasiyasının genişləndirilməsinə, marginal yataqlara investisiya qoyuluşlarının sürətləndirilməsinə, sahəvi infrastrukturun innovasiya təkmilliyinin artırılmasına, təchizat sferasında alternativ imkanlı, rəqabətqabiliyyətli servis mühitinin formalaşmasına, karboridrogen məhsulu çeşidinin yüksəlişinə nail olunmalıdır.

 

Азербайджанский Государственный Экономический Университет.
Эльшан Махмуд оглы Гаджизаде

Проблемы диверсификации бизнес деятельности в
Топливно-Энергетическом Комплексе

РЕЗЮМЕ

В статье исследованы теоретические основы и практические эффекты на международной арене, проблемы диверсификации бизнес деятельности в Топливно-Энергетическом Комплексе. Обуславливая неизбежность в республиканском Топливно-Энергетическом Комплексе диверсификации бизнеса, предложен комплекс государственных мер для усиления роли национальных предпринимателей в этом направлении. Указывается что, в диверсификации бизнеса в ТЭК большой мере стратегическое значение должно отведено малому бизнесу. Для участия в реабилитации старых площадей, в процессе переработке и транспортировке, в сфере газового и энергетического снабжения опираясь на капитал национальных предпринимателей создать для них конкурентноспособную бизнес среду. В соответствующих организациях больших городов республики расширение эффективности и улучшение сервисной деятельности структуры эксплуатации и сбыта должны функционировать по отдельности.
Проведенным анализом обосновано что, диверсификация бизнеса в ТЭК приведёт к содействую институциональных преобразований, расширению рыночной модернизации, усилению инвестиционного потока в эксплуатации маргинальных месторождений, повышению инновационного совершенствования отраслевой инфраструктуры, формированию в газо- и энергоснабжении альтернативных возможностей и конкурентноспособной сервисной среды, расширению ассортимента углеводородного продукта. В результате этих качественных проявлений усилится рост бюджетных поступлений, повышение оптимизации занятости, экспортной способности и эффективности местного рынка страны в целом.


Azerbaican State Economic University.
Hacizadeh Elshan Mahmud

Problems diversifik diversification business of activity in the
Fuel-Energy the Complex

SUMMARY

In article theoretical bases and practical effects on international scene, problems diversification business of activity in the Fuel-Energy the Complex are investigated. Causing inevitability in a republican Fuel-Energy the Complex diversification business, the complex of the state measures for strengthening of a role of national businessmen in this direction is offered. It is underlined that, in diversification business in thermal power station strategic value should the big measures is allocated to small business. For participation in rehabilitation of the old areas, in process to processing and transportation, sphere of gas and power supply basing on the capital of national businessmen to create for them competitive business wednesday. In the corresponding organizations of the big cities of republic expansion of efficiency and improvement of service activity of structure of operation and selling should function separately.
By the carried out analysis it is proved diversification business in the Fuel-Energy the Complex will lead to I promote institutionally transformations, to expansion of market modernization, strengthening of an investment stream in operation marqinal deposits, to increase of innovative perfection of a branch infrastructure, formation in gas and energy supply of alternative opportunities and the competitive service environment, to expansion of assortment of a hydrocarbonic product. As a result of these qualitative displays growth of budgetary receipts, increase of optimization of employment, export ability and efficiency of the local market of the country as a whole will amplify.


124.Yanacaq-Enerji Komrleksində biznes fəaliyyətinin diversifikasiyası problemləri. Azərbaycan neft təsərrüfatı. Bakı. №5. 2008. Bakı. 2008. 0.3 ç.v.