gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / ENERJİ TƏHLÜKƏSİZLİYİ ANLAYIŞININ ELMİ İNTERPRETASİYASI

20.12.2011

i.e.d., prof. E.M.Hacızadə

Enerji yalnız mexaniki güc mənbəyi deyil, o həm də insanın təsəsərrüfat fəaliyyəti və məişətində ona zəruri xidmətlər göstərən vasitədir. Bu gün hamıya aydındır ki, enerji qlobal bir əmtəəyə çevrilmişdır. Onun formalaşdırdığı müvafiq bazar sistemi isə bir çox parametrlərdə maliyyə bazarını belə üstələmişdir. Sivilizasiyanın indiki çağında enerjiyə bu gün bəşəriyyətin ən ümdə bir varlıq məsələsi olaraq baxılır. Gələcək həyatımız da məhz əhəmiyyətli dərəcədə onun mövcudluğundan asılı olacaqdır.
Enerjiyə tələb təminatlığı hər bir ölkənin, regionun enerji təhlükəsizliyinə əsaslanaraq apadığı enerji strategiyasında təcəssüm olunur. Bəs «enerji təhlükəsizliyi» özü hansı mətləbləri çağırışlı edir, nəyi ölçüləndirir, nələri əsaslandırır və nəhayət, onun strateji biçimi nədən ibarət olur?
Müasir iqtisadi və siyasi həyat bizə energetikanın dünyanın geniş spektrli palitrasına təsiri ilə bağlı kifayət qədər faktiki material verir. «Enerji siyasəti», «enerji diplomatiyası», «enerji millətçiliyi», «enerji effektivliyi», «energetika iqtisadiyyatı» kimi söz birləşmələri və ifadələr bu gün dünya mətbuatının, müasir elmi ədəbiyyatların səhifələrindən düşməyən mövzular sırasında geniş yer alır. Bütün bunlar isə «enerji təhlükəsizliyi» adlanan fenomendən qaynaqlanır.
Araşdırmalar göstərir ki, dünyada enerji təhlükəsizliyi probleminin dərki ilk dəfə ərəb-israil konflikti ilə əlaqədar dünya neft qiymətlərinin kəskin artması fonunda baş vermişdir. Neftin təchizatının tam olaraq dayandırılması Qərb ölkələrində enerji təhlükəsizliyinin təminatı üzrə tədbirləırin görülməsinə səbəb olmuşdur. Lakin dərin kataklizmli bu hadisədən artıq yarım əsrə qədər bir vaxt keçmişdir. Həmin dövr ərzində iqtisadi inkişaf elə bir səviyyəyə çatmışdır ki, energetika oz təsiri ilə iqtisadiyyatın digər tərkib elementlərinə nisbətdə dominantlığı ələ almış və özü-özlüyündə onun ayrılmaz hissəsinə çevrilmişdir. Bu baxımdan da enerji təhlükəsizliyinin təminatı iqtisadiyyatın bütün sferalarının normal fəaliyyəti üçün yaradılan şəraitin əsasını təşkil edərək, ön sırada qərar tutmuşdur. Son yarım əsrin həm də elmi tədqiqat məhsulu olan enerji təhlükəsizliyi yaranışın bütün tarixi dövrü ərzində ayrı-ayrı aspektlərdən qiymətləndirilərək hələ də vahid konseptual mənada izahlı ifadəsini tapmamıışdır. Elmi və iqtisadi ədəbiyyatlarda enerji təhlükəsizliyi anlayışına təriflər gətirən müxtəlif yanaşmalar mövcüddür. Bu baxımdan bizim tədqiqat araşdırmamızın əsasını da enerji təhlükəsizliyi anlayışının nəzəri təriflərinə daha müqabil elmi ümümiləşdirmələrin verilməsi təşkil edir.
Enerji təhlükəsizliyi (yunanca - energiya - iş, fəaliyyət, ingiliscə - security - təhlükəsizlik) anlayıışı müxtəlif aspektlərdə müxtəlif fərqliliklərlə də şərh oluna bilər. Enerji özü ayrılıqda təbiətdəki müxtəlif proseslərin və qarşılıqlı təsirlərin ümumi ölçüsü olaraq qiymətini alır. Lakin o enerji təhlükəsizliyi söz birləşməsi və ondan çıxış edən yeni mövcudluq ifadəsində fiziki xassəsini kənara qoyaraq daha geniş mahiyyət daşıyır.
Energetikanın texniki təyinatlı olduğu reallığından irəli gələrək enerji təhlükəsizliyi həmin sistemin texniki təhlükəsizlik xassəsi kimi də dəyərləndirilir. Bu yanaşma da kənara qoyulmadan vurğulanmalıdır ki, enerji təhlükəsizliyi önəm daşıdığı dərin əhəmiyyəti ilə fərqli olan mühüm təməllərə əsaslanır. O, etibarlılıq anlamından da yüksəkdə dayanaraq son məqsəddə vətəndaşı, cəmiyyəti və dövləti yanacaq-enerji resursları çatışmamazlığından qoruyan təyinatı ilə iqtisadi, siyası və həmçinin də fəlsəfi kateqoriya statusu alır. Beləliklə, enerji təhlükəsizliyi texnoloji, iqtisadi, siyasi və fəlsəfi mahiyyət daşıyır. Lakin bütün bunlarla yanaşı o, müasir sivilizasiyada üstün olaraq iqtisadi kateqoriya kimi dəyərini artırır. Elə bu baxımdan da enerji təhlükəsizliyi anlayışının interpretasiyası iqtisadi təməl üzərində qurulmalıdır.
İqtisadi ədəbiyyatlarda enerji təhlükəsizliyi anlayışı bir-birini tamalayan 3 əsas istiqamətə təyinat tapır:
1. Enerji təhlükəsizliyi - mövcud iqtisadi şərait tələbində sərəncamda zəruri kəmiyyət və keyfiyyətdə enerji olması vəziyyətli inamdır.
2. Enerji təhlükəsizliyi - vətəndaşın, cəmiyyətin və dövlətin mühüm «enerji maraqlarının» daxili və xarici təhlükələrdən müdafiəsi vəziyyətidir.
3. Enerji təhlükəsizliyi - normal şəraitdə və həmçinin fövqəladə hallarda ölkə və region əhalisinin, vətəndaşlarının, dövlət və iqtisadiyyatın müqabil keyfiyyətli, iqtisadi girişli yanacaq-enerji resursları təminatı defisitindən qorunması, eyni zamanda enerji və yanacaq təchizatının stabilliyinin pozulması təhlükələrindən mühafizəsi vəziyyətidir.
Bununla belə, enerji təhlükəsizliyinin müxtəlif aspektli yanaşmaları və həmçinin iqtisadi ədəbiyyatların bu üç önəmli elmi şərhi əsasında daha lakonik olan tərifini formalaşdırmaq mümkündür. Beləliklə, təhlili elmi ümumiləşdirmənin daha qısa interpretasiyada - «Enerji təhlükəsizliyi enerji sisteminin funksional xassəsi olaraq, enerji maraqlarının daxili və xarici təhlükələrdən qorunması vəziyyətidir».


141.Enerji təhlükəsizliyi anlayışının elmi interpretasiyası. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində yerinə yetirilmiş büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfransın tezisləri. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı. 2010. 0,1 ç.v.