gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / MİLLİ ENERJİ STRATEGİYASI: KONSEPTUAL ƏSASLANDIRMALAR VƏ PERSPEKTİVLƏR

03.01.2012

ADİU i.e.d. E.M.Hacızadə

 

Qlobal iqtisadi artım hər il yüksələn enerji resurslarının mənimsənilməsi ilə təmin olunur. Genişlənən iqtisadi miqyaslar yeni enerji potensiallı əraziləri istehlak obyektinə çevirir. Təbii enerji sərvətlərinin geoloji nağdlılığı çağdaş zamanda strateji əhəmiyyətini artıraraq əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Enerji resurslarının məhdud və ya istisna olmasına baxmayaraq hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Elə buna görə də, müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur. Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya regionları sırasındadır. Təkcə respublikaya mənsub Xəzər şelfində karbohidrogen ehtiyatlarının kommulyativ həcmi hesablamalara görə 3-4 və hətta proqnoztik baxımdan 5-7 milyard ton təşkil edir. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 milyard ton şərti yanacağa ekvivalent miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla adambaşına 1000 ton həcmində karbohidrogen resursları düşür. Müqayisədə bu göstərici Azərbaycana planetin 10-15 ən qüdrətli mühüm neft-qaz potensiallı ölkələri sırasında yer verir. Bununla belə, neft-qaz resurslarından başqa respublikamızda digər təbii enerji mənbələri də yetərli və perspektivlik baxımından ümüdvericidir. Günəşli və küləkli ərazi ayrıca energetik mənbə kimi ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır. Çayların, termal suların ehtiyatlarından daha rasional istifadə etməklə bu potensial bir qədər də artır. Təbii resursların miqyaslılığı respublikanın daxili ehtiyaclarını tam XXI əsr boyunca dolğun təchizatına əsas yaradaraq davamlı iqtisadi inkişafın təmin olunmasında, ölkənin ixrac potensialının genişlənməsində əvəzsiz kapital, möhtəşəm investisiya qoyuluşları və həm də onların repatriasiyasının bazası rolunda çıxış edir. Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri, Nabukko layihəsində əsas fiqurantlarından biri kimi iştirak isə ölkəmizin geosiyasi gücünü artıraraq onun dünya enerji bazarının əhəmiyyətli iştirakçısına çevirir. Bütün bu keyfiyyətlər diapazonunda prezident İlham Əliyevin əzmkar fəaliyyəti nəticəsində güclənən iqtisadi yüksəliş, sürətlənən inkişaf templəri, artan əlverişli ictimai-siyasi şərait, sosial ovqat aparılan islahatların dərinləşməsi və təkmilləşməsində, xüsüsən də Yanacaq Enerji Kompleksinin problemlərinin həllində yeni yanaşma və daha rasional imkanlar axtarışı tələbləri qoyur. İqtisadi inkişafın dayanıqlı, multiplikativ effektli irəliləyişi isə enerji resurslarında qənaətcil, ekosivil və daha səmərəliliklə istifadədə dolğun informasiya təminatlı, aydın metodologiyalı, dəqiq cəbri hesablanmış konseptual nizamlı Milli Enerji Strategiyasının hazırlanmasını şərtləndirir.

*     *     *

Enerji strategiyasının mahiyyəti və qlobal enerji təhlükəsizliyi problemi

 

Enerji strategiyası milli enerji təhlükəsizliyinin əsas tərkib hissəsi olaraq əksər iqtisasdi inkişaf etmiş müasir modern ölkələrdə dövlətin uzunmüddətli strateji proqramlarından biri kimi təyinat alır. Enerji strategiyası milli enerji siyasətinin konkretləşməsi, dəqiq təyinatlı fəaliyyət məqsədlərinə və hərəkətin təşkili metodlarına zəruri resurslar və mümkün potensial imkanlar müqabilində seçilmiş yolla nailolma çərçivəısində onun işçi sənədinə çevrilməsini şərtləndirir. Struktur komazisiyada strategiya plan, idarəetmə sənədləri, qrafiklər, büdcə və digər bu kimi zəruri elementləri özündə birləşdirən modernizasiya və köklü yenidənqurmanın fəaliyyət proqramı kimi çıxış edir.

Enerji strategiyasi yeni institusional yaranış deyildir. Planetin iqtisadiyyatı enerji təməlində sistemləşdiyi zamanlardan anoloji strategiyalar silsiləvi olaraq müxtəlif ölkələrdə intişar tapmış, təbəddülatlara uğrayaraq yeni keyfiyyət və məzmun almışlar. Bir qədər fərqli adlanışda Sovetlər İttifaqında da müvafiq enerji strategiyası daim işlənmiş, hazırlanaraq realaşdırılmışdır. Qlobal axının gücləndiyi müasir zamanda isə hər bir ölkə enerji resurslarının mövcudluq diapazonunun fərqinə varmadan özünün enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə məxsusi enerji strategiyası formalaşdırmağa məhkumdur.

Enerji strategiyasının optimal forması bizimlə müəyyən təzahür paralelləri olan Rusiyada 1992-ci ildən başlayaraq geniş tətbiq olunur. Lakin yeni reallıqlar növbəti mərhələlərdə bu strategiyanın korrektə olunmasını diktə etmişdir. Artıq burada məzmun və mahiyyətcə daha kamil formatda - 2020-ci ilə qədərki dövrü əhatə edən, taktikası biçimli və nikbin, hədəflərində neftin və qazın qiymətini nəzərə almaqla ÜDM-in artımınına nailolma dayanan yeni enerji strategiyası işlənmiş və Dövlət Dumasının müzakirəsindən keçərək Nazirlər Kabinetində təsdiqini tapmışdır. Enerji strategiyasının reallaşdırılmasına ölkənin akademik, sahəvi institutları, o cümlədən Yanacaq Enerji Kompleksi ilə bağlı mütəxəssislər cəlb olunmuş, Yanacaq Energetika Nazirliyinin yanında əlahiddə «Energetik Strategiya» adlanan elmi-tədqiqat institutu təsis edilmişdir. Bununla yanaşı, daim dəyişən iqtisadi və enerji situasiyasının təhlilini aparmaq və bu əsnada səmərəli tənzimləmə mexanizmlərini tətbiq etmək məqsədi ilə enerji strategiyasını reallaşdıran monitorinq sistemi də yaradılmışdır. Analoji enerji strategiyaları ölkənin modernizasiyası və inkişafı proqramının ayrılmaz hissəsini təşkil edərək qardaş Türkiyədə, Çin Xalq Respublikasında, əlahiddə, 2030-cu ilədək dövrə hesablanmış Ukraynada və digər ölkələrdə yeni quruluşda həyata keçirilməkdədir. ÜmumAvropa məkanında isə enerji strategiyası 50 ölkənin təmsil olunduğu «Enerji Xartiyasında» birləşir. Bununla belə, hazırda Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin daha dolğun təminatı «Avropa üçün təhlükəsiz, rəqabətqabiliyyətli və enerji girişli Yaşıl Kitab», «Enerji siyasətinin Brüssel konsepsiyası» «Enerji NATO-su» və sair bu kimi enerji strategiyalı proqram layihə və sənədlərdə inkişafını tapır. Enerji strategiyası regional kontekstdə «Şanxay Əməkdaşlıq Təşkilatı» ölkələrinin də assosiativ maraqlarının özəyində yer almışdır. Hələlik layihə mərhələsində olan bu reqlament sənədi «Asiya Enerji Strategiyası» adlanır. Məramına görə bu strategiya təşkilat ölkələrinin qarşılıqlı faydalı, balanslaşdırılmış, enerji bazarı ilə uzlaşan məqsədlərini ifadə edən enerji siyasətinin koordinasiyasını hədəf götürür.

Milli enerji strategiyasının formalaşması daxili potensialın təhlili ilə yanaşı qlobal aləmdə gedən proseslərin, dünya enerji balansının inkişaf meylinin və bəşəri enerji istehlakının yüksəliş templərinin nəzərə alınmasını da şərtləndirir. Dünya iqtisadiyyatında mineral-xammal sektoru sənaye istehsalı və energetikasının əsas bazasını təşkil edir. Xammal istehsalı və istehlakının dəyişkənliyi beynəlxalq ticarətdə sosial-iqtisadi duruma sirayət etməklə yanaşı, həm də qlobal kontekstdə dünya resurslar arsenalına təsir göstərir. Dünya iqtisadi artımı hər il daha çox enerji resurslarının mənimsənilməsi ilə təmin olunur və yeni-yeni enerji potensiallı ərazilər istehlak mənbəyinə çevrilir və onların istehlakı mütəmadi artır.

Neft və qazın resursları müasir sivilizasiyada təbiətlə cəmiyyət arasındakı tarazlığın saxlanılmasında həyati əhəmiyyətinin misilsiz olduğu danılmaz faktdır. Onların səmərəli istifadəsi qədər də yerləşməsi və əzəli ənənəvi ərazilərdə tükənməsi faktoru da narahatedicidir. Son dövrlərin statistikasına görə, planetar miqyasda hər il 14-15 milyard ton təbii ehtiyat üzvi yanacağa çevrilir. Enerji istehlakında neft-qaz resursları əhəmiyyətli yer tutsa da, neftin qlobal ehtiyatlarının 41 il, təbii qazın isə 67 ilə bəs edəcəyi proqnoz edilir. Bu resursların dünya yanacaq balansındakı aparıcı rolundan irəli gələrək onların axtarış-kəşfiyyat, hasilat-istismar dinamikası, texniki-texnoloji təchizatı prosesi də genişlənir. Hazırda innovasiya nailiyyətləri neftvermə əmsalının dünya üzrə orta çəkisini 40%-ə yaxınlaşdırmışdır. Əvvəllər texniki əlçatmaz, rentabelsiz hesab edilən ərazilərdə, okeanın daha dərin qatlarında neft-qaz ehtiyatlarının mənimsənilməsi reallığa çevrilir. Müasir dünyada hazırda orta hesabla 16 min TBts elektrik enerjisi istehsal edilməkdədir. Elektroenergetika balansında karbohidrogen təyinatlı resurslar yarıdan çox paya malikdirlər. Bununla belə, dünya əhalisinin 1/3-nin elektrik enerjisinə çıxışı tamam yox, digər 1/3-nin isə məhduddur. Əlbəttə, məhdudiyyətlər hər il azalmağa, tələblər isə artmağa meyillidir. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə 2050-ci ildə elektrik enerjisinə olan tələb 3 dəfə artacaq və buna müqabil istehlak da 2 dəfə yüksələcəkdir. Dunya neft hasilatının da 2030-cu ildə aşağı düşəcəyi, hasilat pikinin isə çox yaxında - 2010-cu ildə baş verəcəyi proqnoz edilir. Bütün bunlar bir daha onu göstərir ki, yaxın 30-50 il ərzində karbohidrogen erası sonunclanacaq və yerini digər enerji resurslu yeni dövrə təhvil verəcəkdir. Başlıca olaraq isə onu atom energetikası, gələcəkdə isə qlobal istilik-nüvə sisteminin yaranışı əvəzləyəcəkdir. Bütün bu reallıqlardan irəli gələrək artan qloballaşma meyilləri ilə bağlı yaxın 15-20 il ərzində dünya yanacaq və enerji sistemində yaşanacaq inkişaf ssenarisinın görüntülərinın yəqinləşdirilməsi zəruridir.

 

Nüfuzlu enerji institutlarının araşdırmalarına görə çoxtərəfli olmasına baxmayaraq bu ssenarinin əsas amilləri sırasında aşagıdakılar daha mühüm yer tutacaqdır:

  • Ø karbohidrogen xammalına və yanacaq-enerji resurslarına iqtisadi inkişafda ölkə daxilində tələb dinamikasının yüksəlişi;
  • Ø iqtisadiyyatın bütün sektorlarında resurs və enerjiqoruyucu texnologiyalarda istifadənin miqyasının genişlənməsi;
  • Ø dünya iqtisadi və energetik konyunkturun dəyişkənlik dinamikası;
  • Ø nüvə energetikasında ekstensivlik, enerji inteqrasiya səviyyəsi artımı;
  • Ø Avropa və Asiyada yeni regional enerji ittifaqlarının təşəkkülü;
  • Ø Elmi-Texniki Tərəqqinin sürətlənməsi.

Qlobal yanacaq və enerji sistemində vəziyyətin yeni keyfiyyətdə inkişafına nail olmaq üçün bu işdə bütün iştirakçıların məsuliyyəti, prosesin davamlı və dövlətlər tərəfindən sərt tənzimlənməsi tələb edilir. Məhz buna görə də enerji təhlükəsizliyi problemi lokal olduğu qədər də qlobal və regional mahiyyət daşıyır və bu baxımdan da milli enerji strategiyalarının hazırlanmasını zəruru və şərtli edir. Bu zərurət həm də qlobal yanacaq və enerji sistemində artan investisiya tələblərindən qaynaqlanır. Hazırda dünya iqtisadiyyatında yanacaq və enerji sistemində investisiya tələbləri $1 trilyon civarında tədavül edir. Buna müqabil olaraq isə beynəlxalq maliyyə bazarında yanacaq və enerji sisteminə istiqamətlənən resursların həcmi əhəmiyyətli dərəcədə məhduddur. Hesablamalar göstərir ki, yanacaq və enerji sisteminə yönələn hər dollar multiplikativ vektorda ÜDM-in 1,5-1,6% artımına gətirir. Lakin, bununla belə əksər transformasiya mərhələsini yaşayan dövlətlərdə yüksək kapitaltutumlu kompleksin başlıca problemi yenə də invenstisiya çatışmamazlığı olaraq qalır. Digər tərəfdən nəzərə alınmalıdır ki, burada, xüsusən də neft-qaz sənayesində investisiya aktivliyi dünya neft qiymətlərinin səviyyəsindən də asılıdır.

Təkzib olunmaz faktdır ki, enerji təhlükəsizliyi məsələsi istənilən ölkənin iqtisadi təhlükəsizliyinin əsas prioritetləri sırasındadır. İqtisadi mahiyyət kəsb etdiyindən o ölçülə bilinəndir. Enerji təhlükəsizliyinin əsas göstəricisini kimi ölkənin enerji resursları ilə təminatlılıq çıxış edir. Bu təminatlılıq aşağıdakı düstur vasitəsi ilə hesablanır.

 

Ert  =  Eis : Eik

 

Burada:             Ert         enerji resursları ilə təminatlılıq əmsalı;

                              Eis         ölkədə enerji istehsalı;

                              Eik        ölkədə enerji istehlakı.

 

Enerji resursları ilə təminatlılıq əmsalı vahiddən yüksəkdirsə ölkənin enerji təhlükəsizliyi bərqərar olunmuş hesab edilir. Vahiddən kiçik konfiqurasiyalar böhranlı vəziyyətlərdən xəbər verir. Lakin bu təyinat da ideal hesab edilməməlidir. Çünkü ölkənin enerji təhlükəsizliyini yalnız bir mənbəyə, ümumi olan elektrik və istilik enerjisinin istehsal və istehlakı ilə bağlamaq da düzgün olmaz. Güclü, davamlı, təminatlı iqtisadiyyatın enerji istehsalı ilə yanaşı dölğun və çeşidli digər yanacaq-enerji resurslarına da daha geniş tələbi vardır. Bu tələblər isə hər yerdə yüksək olsa da, çox az ölkələrdə daxili təbii resurslar təklifi ilə üzlaşır. Reallıq belədir ki, yanacaq-enerji resurslarının mövcudluğu və istisnasına baxmayaraq, hər bir ölkə özünün enerji təhlükəsizliyinin təminatında, iqtisadiyyatının yaşanmasında müvafiq enerji strategiyası işləməli və ardıcıl reallaşdırmalıdır.

 

 

Milli enerji strategiyası: məqsəd və vəzifələr

 

Müasir dövrdə Azərbaycanda enerji resursları ilə təminatlılıq əmsalı ümumən vahiddən yüksək həcmə malikdir. Lakin bununla belə, istehlak dolğunluğunu daha optimal təmin etmək üçün hazırda respublikaya əlavə 500 mVt güc lazımdır. Digər tərəfdən isə, zəif enerji effektivliyi - az enerjitutumlu qurğulardan istifadə məhdudluğu, mənzillərin, ofis binalarının enerji markirovkasının aparılmaması və bu sahədə digər qeyri-standartlıqlar enerji təlkükəsizliyi əmsalının daha dolğun keyfiyyət və ölçüdə təyinatına təsir göstərir. Lakın, ətrafa nəzər saldıqda ekstensivlik baxımından respublikamızın enerji təminatı etibarlılığının yüksək olduğu bir daha yəqinləşir. Belə ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından keçmiş SSRİ məkanı ölkələri arasında lider mövqelərdən birini tutur. Bunu əyani olaraq aşağıdakı diaqramdan da görmək olar:

 

Diaqram

 

Keçid ölkələrində 2007-ci ilə hesablanan enerji resursları ilə təminatlılıq əmsalı

 

Milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da enerji strategiyanın hazırlanması və tətbiqi olduqca zəruri və mühümdür. Bu zərurətlilik Yanacaq Enerji Kompleksinin ölkə iqtisadiyyatındakı əhəmiyyəti, enerji resurslarının xalq təsərrüfatının həyatqabililiyyətli bütün sahələrində aparıcı və həlledici rolu, neft-qaz infrastukturun moderinləşməsi, ekoloji fonun yaxşılaşdırılması və sosial rifahın daha da yüksəlişi və həmçinin əsaslı dərəcədə də Azərbaycanın artan geostrateji potensialı və dünya enerji bazarlarının qloballaşması tələblərində ifadəsini tapır. Milli enerji strategiyasının hazırlanmasının fövqündə Azərbaycan dövlət müstəqilliyi bərpa edildikdən sonra tarixdə ilk dəfə olaraq onun neft-qaz sərvətlərinin xalqa tam məxsusluğu təmin edilməsi və ölkədə «Əsrin müqaviləsi» ilə başlanan milli lider Heydər Əliyev və prezident İlham Əliyevin uğurlu neft strategiyasının prinsipial tələbləri dayanır.

Geoloji əsaslandırmalar göstərir ki, Azərbaycanın ərazisinin 70%-i neft-qaz resursları ilə perspektivlidir. «Əsrin müqaviləsi» də daxil olmaqla respublikaya mənsub dəniz və quru əraziləri əhatə edən çoxsaylı beynəlxalq neft kontraktları bağlanmışdır ki, burada hasilat yaxın 5-6 il ərzində apogeyə yüksələcəkdir. Onilliyin sonunda təkcə «Azəri-Günəşli» və «Çıraq» platformasından gündə 1 milyon barrel və ya ildə 60 milyard tondan çox neft hasil ediləcəkdir. Ölkənin kəşf olunmuş və perspektiv təbii qaz potensialı da 1-2 trilyon m3 civarında hesablanır. Bunun yarıdan bir qədər çöxu «Şahdəniz» qazkondensat yatağında cəmləşmişdir. Normallaşdırılan hasilat toplumunda bu potensial hər il 40-50 milyard ABŞ dollarına ekvivalent olacağı proqnoz edilir ki, burada da ölkəmiz yetərli paya malikdir. Lakin, bu qədər bol təbii enerji resurslarına baxmayaraq respublikanın iqtisadiyyatının və əhalinin yanacaq-enerji resursları ilə fasiləsiz və keyfiyyətli təminatında müəyyən problemlər yaşanmaqdadır. İqtisadiyyatın inkişafı və genişlənən sosial təminatlılıq isə qarşıya artan enerji isatehlakı tələbini qoyur. Hesablamalar göstərir ki, yaxın perspektiv üçün respublikanın təbii qaza olan tələbatı artaraq 12-14 milyard m3 təşkil edəcəkdir. Elektrik enerjisinə görə isə bu tələb 8-10 min mVt-a bərabər olacaqdır. Bütün bunlar isə iqtisadiyyatın aparıcı sahəsi enerji sektorunda «2005-2015-ci illər üzrə Azərbaycan Respublikasının Yanacaq Enerji Kompleksinin inkişafı üzrə Dövlət Proqramı»ı üzrə aparılan islahatların daha da dərinləşməsinə və təkmilləşdirilməsinə əsaslı zəmin yaradır. Araşdırmalar göstərir ki, respublikada iqtisadi artımın davamlı təminatı enerji sektorunda yeni istehsal güclərinin buraxılışı və istehsal aparatının kardinal yeniləşməsını həyata keçirmədən mümkün deyildir. Buna görə də bütün ümüm iqtisadi islahat tədbirləri paralel olaraq Yanacaq Enerji Kompleksinin problemlərinə və artan tələblərə uyğun mütəmadi modernizasiyası proseslərinin reallaşması ilə müşayiət edilməlidir. Təhlili əsaslandırmalar göstərir ki, respublikanın Yanacaq Enerji Kompleksində əsas problemlər çevrəsi üstün olaraq aşagıdakılarla bağlıdır:

  1. Əsas fondların yüksək aşınma faizi, mənəvi köhnəlməsi, köhnə yataqlarda istismarın mürəkkəbləşməsi;
  2. Təchizatın geniş olaraq idxal potensialına köklənməsi, ixracatda karbohidrogen resurslarından əsaslı dərəcədə xammal kimi istifadə;
  3. Neft emalı və neft məhsulları istehsalında çeşid, keyfiyyət, standartlaşma zəifliyi, neft-qaz maşınqayırması və avadanlıqları, enerji və qaz aparatları istehsalı müəssisələrində müəyyən texnoloji gerilik;
  4. Artan qaz istehsalının mövcud qaz emalı zavodları və qazsaxlama anbarlarının gücləri ilə uzlaşmaması, daxili qaz şəbəkəsinin reabilitasiya gözləməsi;
  5. Enerjiqoruyucu texnologiyalardan və bərpaolunan enerji mənbələrindən miqyaslı istifadə edilməmə;
  6. Çətin ekoloji durum və artan ekoloji xərclər;
  7. Müasir daxili avtonom enerji bazarlarının və infrastrukturlarının yetərli əsaslı formalaşmaması və sahəvi rəqabət mühitinin zəifliyi;
  8. İntellektual menecment sistemlərindən geniş və səmərəli istifadə edilməmə;
  9. Sahəvi normativ-hüquqi baza və institusional mühitin təkmilləşdirilməsi ehtiyacı.

Respublikanın Yanacaq Enerji Kompleksində təqdim olunan bu əsas problemlərlə yanaşı digər az əhəmiyyət daşımayanları da mövcuddur ki, onların da bir araya gətirilərək, yeni hazırlanacaq enerji strategiyasında nəzərə alınması vacibdir.

Mühüm sosial-iqtisadi multiplikator rolunu ifadə edən Yanacaq Enerji Kompleksinin ölkənin makroiqtisadi göstəricilərinin formalaşmasında, sosial-rifahın və həyat səviyyəsinin yüksəlişində əhəmiyyəti daim genişlənir. Müasir zamanda respublikanın büdcə konsolidasiyasının başlıca donorı funksiyasını yerinə yetirən kompleksin qloballaşma və iqtisadi sferada güclənən rəqabət meyilləri, Avropa enerji bazarının diversifikasiyası və digər dəyişən və inkişaf edən planetar hadisələrlə bağlı əhəmiyyət diapazonu daha da artır. Buna görə də respublikada yanacaq-enerji resurslarından maksimum səmərəliliklə istifadə olunmasında strateji planlı, biçimli və optimal tənzimlənmə mexanizlərinin yaradılması vacibliyi bir qədər də aktual əhəmiyyət kəsb edir. Nəzərdən keçirilən bu məsələlərin sistemləşdirilməsi və idarə edilməsi isə ümumi bir analitik sintezdə yaxın 15 il üçün Milli Enerji Strategiyasının məqsəd və vəzifələrinin təyinatına əsas yaradır. Bu baxımdan konkret təzahürdə Azərbaycan Respublikasının Enerji Strategiyasının məqsədini təbii yanacaq-enerji resursları və enerji sektorunun potensialından maksimum səmərəli istifadədə iqtisadiyyatın davamlı inkişafına nailolma, ölkənin həyat səviyyəsinin yüksəlişi və enerji təhlükəsizliyinin təmin edilməsi tezisində formalaşdırmaq olar. Bu məqsəddən irəli gələrək Enerji Strategiyası Yanacaq Enerji Kompleksinin məhsul və xidmətlərin rəqabətqabiliyyətinin artırılmasında, onun potensialının dünya bazarında səmərəli və tutumlu reallaşmasında dövlətin enerji siyasətinin ölçü və mexanizmlərinin yaradılmasını ifadə edən aşağıdakı vəzifələri özündə əks etdirməlidir:

m əhalini, iqtisadiyyatı imkanlı və qənaətcilliyi stimullaşdıran fasiləsiz yanacaq-enerji resursları ilə təminatı;

m enerjiqoruyucu texnologiyalar və avadanlıqlar tətbiq etməklə yanacaq-enerji resurslarının istehlakında qənaətcilliyin artırılması;

m maliyyə dayanıqlıgı və effektivliyinin artırılması;

m istehsal və transaksion xərclərin və bu sferada olan itkilərin azaldılması;

m iqtisadi stimulların tətbiqi ilə ətraf mühitə texnogen təsirin azaldılması, çirklənmiş ərazilərdə rekultivasiya proseslərinin genişləndirilməsi;

m istehsal və idarəetmə strukturunun təkmilləşdirilməsi, innovasiya prosesinin genişləndirilməsi;

m konsensuslu tarif, vergi və gömrük strategiyası, antiinhisar siyasətinin gücləndirilməsi;

m institusional təkmilləşdirmə aparmaqla daha əlverişlı bazar mühitinin yaradılması;

m dövlət mülkiyyətinin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi;

m cəmiyyət tələblərinin yerinə yetrilməsində mütləq öhdəliklərin texniki reqlamentlər sisteminin təşkili, milli standart və normaların tətbiqi.

Milli Enerji Strategiyası təbii enerji resurslarının və yanacaq-enerji potensialının ölkənin iqisadi məkan bütövlüyündə rolunu, onun siyasi, makroiqtisadi, elmi-texniki inkişafına zəmin yaradan əhəmiyyətliliyini nəzərə alaraq konkret dövr üçün məqsəd və vəzifələri olan dövlətin enerji siyasəti sənədi rolunda çıxış edir. Ona görə də onun hazırlanması istiqamətində dövlət tərəfindən çox mühüm olan kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Dövlət qərarı verildikdən sonra Enerji Strategiyasının əsaslarının hazırlanmasında koordinəedici işlərin başlanması üçün İcraçı direktorluq, İşçi qrupu və Ekspert şurasının yaradılması zəruridir. Bununla belə, Enerji Strategiyasının əsasları milli iqtisadi və enerji təhlükəsizlikləri prinsiplərindən irəli gələrək, təbii enerji resursları və yanacaq-enerji potensialından səmərəli istifadə, onların ekologizasiyası, ölkənin geosiyasi rolu, dövlətin və enerji resurslarının istehsalçı və istehlakçısı olan təsərrüfat subyektlərinin maraqları, Yanacaq Enerji Kompleksinin perspektivini, respublikanın və regionların iqtisadi inkişafını nəzərə alan normativ-hüquqi və maliyyə-iqtisadi mexanizmlər yaradılmaqla işlənilməlidir. Bu strategiyanın tərkib hissəsi kimi, ölkənin etibarlı enerji təminatını, Yanacaq Enerji Kompleksinin struktur yenidənqurması, onun xammal bazasının inkişafı, enerjiqoruyucu siyasətin və yanacaq-enerji resurslu ixrac potensialının reallaşmasını rəhbər tutan 2009-2014-cü illər üçün «Yanacaq və Enerji» adlı məqsədli proqramın hazırlanması və prosesi koordinasiya edən ayrıca funksional «Enerji Strateji Tədqiqatlar Mərkəzi»in təsis edilməsi də məqsədəuyğun sayılır. Bununla belə, Yanacaq Enerji Kompleksinin struktur təşkilarları - ARDNŞ, «Azərenerji» ASC, «Azəriqaz» QSC və digər qurumları həmin sahələrin inkişaf proqramlarının hazırlanması istiqamətində əlahiddə iş aparmalı, elmi dəstəyin təminatı üçün müvafiq elmi-təqiqat institutları prosesə cəlb edilməli, fəaliyyətlərin konkret maliyyələşdirmə mənbəyi və realaşdırma mexanizmləri müəyyənləşdirilməlidir.

*     *     *

Ölkənin enerji gücünün dəyərləndirilməsi və qlobal proseslər reallığından çıxış edərək iqtisadiyyatın Enerji Strategiyası kontekstində proqnozlaşdırılan inkişaf səviyyəsinin təminatı, enerji resurslarının mümkün artımına nail olmaq və onlardan istifadənin səmərəliliyini və ererji effektivliyini yüksəltmək kimi mühüm məsələnin həlli vacib sayılmalıdır. Enerji effektivliyinin artırılması isə fikrimizcə, Enerji Strategiyası aspektində aşağıdakı prioritetləri nəzərdə tutmalıdır:

 

Energetik təhlükəsizliyi təmin edən tədbirlər bloku

 

m uzunmüddətli dövr üçün optimal yanacaq-enerji balansının hazırlanması;

m enerji qənaətciliyinin təşkilati, texnoloji tədbirlərinin və iqtisadiyyatın bütün sahələrində enerji resurslarından rasional istifadənin reallaşdırılması;

m etibarlı və perspektivli mineral-xammal bazasının və milli ehtiyat enerji resurslar terminalının yaradılması;

m Neft Fondunun resurslarının əhəmiyyətli hissəsini bərpaolunan və nüvə təyinatlı enerji istehsalı sahələrinə yönəltəməklə təbii enerji ehtiyatları varisliyinin təmin edilməsi;

m postneft konsepsiyasının işlənməsi;

 

Struktur və istehsal modernizasiyası kontekstində

 

m Yanacaq Enerji Kompleksinin funksionallığının artırılması istiqamətində struktur yenidənqurmasının aparılması;

m azdebitli və ehtiyatları tükənmiş sahələrə sahibkarların cəlb olunması, innovasiya fəaliyyəti və elmi-texniki işlənmələrin genişləndirilməsi;

m neft məhsulları assortimentinin genişləndirilməsi və keyfiyyətinin universal standartlara qaldırılması;

m qazsaxlama anbarlarının modernləşdirilməsi, yenilərinin istismara verilməsi və təbii qaz xammallı kimya sənayesinin yaradılması;

m daxili neft-qaz nəql sistemini və elektrik enerji şəbəkəsi infrastrukturunun reablitasiyasına və modifikasiyasına nail olunması;

m YEK-in ətraf mühitə neqativ təsirinin məhdudlaşdırılması, alternativ enerji mənbələrindən istifadə payının artırılması;

 

İnstitusional aspektdə

 

m Enerji sektorunda bazar münasibətlərinin inkişafını və əlverişli bazar şəraitini təmin edən təkmil normativ-hüquqi bazanın formalaşdırılması;

m müasir bazar iqtisadiyyatının tələblərinə uyğun oqopolik inhisarı təmin edən yeni Şaquli İnteqrasiya olunan yeni neft sirkətinin təsis olunması;

m köhnə yataqlarda konsessiya və lisenziyalaşdırmanın genişləndirilməsi;

m Neft və müvafiq enerji profilli elmi-tədqiqat institutlarının elmi məhsuldarlığını artırmaq və elmi effektivli konsolidasiyasına nail olmaq, məqsədli vahid «Neft İnstitutu»nun yaradılması;

m Neft Bankı, Neft Birjası və enerji kompleksinin digər mühüm infrastruktur seqmentlərini əhatə edən müvafiq mobil təsisatların yaradılması.

İqtisadi, təşkilati və idarəetmə sferasında tədbirlər bloku

 

m enerji sektorunda aparılan iqtisadi islahatların dərinləşməsi və təkmilləşməsi sahəsində elmi-tədqiqatların genişləndirilməsi;

m dünya enerji kompleksinin və neft-qaz industriyasının müasir qlobal problemlərinin öyrənilməsində monitorinq sisteminin və informasiya bankının yaradılması;

m dünya neft, fond, maliyyə bazarlarında qiymət meyillərinin və bundan doğan kataklizmlərin milli iqtisadiyyata təsir effektini mülayimləşdirən alternativ təyinatlı profilaktik tədbirlər sistemi formalaşdırılması;

m investisiya mühitinin əlverişliyini artırmaq, sahəvi vergi və tarif siyasətini təkmilləşdirmək, milli sahibkarların enerji sektoruna aktiv cəlb edilməsi;

m iqtisadi inkişafı hərtərəfli stimullaşdıran enerjidaşıyıcılarının daxili qiymətlərinin optimallaşmasına nail olunması, xərclər balansında enerji elementlərinin xususi çəkisinin minimumlaşdırılması;

 

YEK-də beynəlxalq fəaliyyət və enerji diplomatiyası

 

m inteqrasiya əlaqələrinin genişləndirməsi, dünya ölkələri ilə milli mənafelərə, faydalı qarşılıqlı əməkdaşlığa söykənən münasibətlərin yaradılması /prioritet olaraq Türkiyə ilə əməkdaşlığa üstünlük vermək/;

m ARDNŞ-in ölkə xaricində perspektivli yataqların istismarında payçı kimi geniş iştirakının təmin edilməsi;

m enerji resurslarının və yanacaq-enerji məhsullarının rəqabətədavamlı ixracına nail olunması;

m Ümumdünya Ticarət Təşkilatı, NATO və Avropa Birliyinə inteqrasiyasının dərinləşdirilməsi.

Aparılan təhlil əsasında Milli Enerji Strategiyasının nəzəri konturlarının təqdim olunan aspektlər bloku heç də tamlıqla bütün müvafiq strateji tədbirlər qammasını əhatə etmir. Praktiki tətbiq sferasında bu prioritetlərin daha fundamental iqtisadi əsaslandırmaya məruz qalacaq və dəyişən siyasi-iqtisadi situasiyaya uyğun fərqli və alternativ düzumdə formalaşdırılması daha elmi məntiqi həllini tapacaqdır.

 

ƏDƏBİYYAT SİYAHISI

 

1. Алиев И.Г. Каспийская нефть Азербайджана. М.: Известия, 2003.

2. Каплан Роберт, Нортон Дейвид, Сбалансированная система показателей. От стратегии к действию. М.: ЗАО «Олимп-Бизнес», 2005.

3. Конопляник А.А. Реформы в нефтяной отрасли России (налоги, СРП, концессии) и их последствия для инвесторов. М.: Олита, 2002.

4 Коллон М. Нефть, PR, война: Глобальный контроль над ресурсами планеты. М.: Крымский мост-9Д, 2002.

5. Меллер Б. Стратегические альянсы в нефтяной отрасли: мировая практика. М.: Перспектива, 1998.

6 .Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана. Баку: 1994.

7. Сомов В.Е. Стратегическое управление нефтегазодобывающеми предприятиям, Санкт-Петербург: Химиздат, 1999.

8. Тимми Боб, А есть ли дефицит? Азбука нефтяной экономики. М.: ЗАО «Олим-Бизнес», 2005.

9. Хайн Норман. Геология, разведка, бурение и добыча нефти. М.: ЗАО «Олимп-Бизнес», 2004.

11. Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı: Elm, 2000.

12. Hacızadə E.M. Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər. Bakı: Elm, 2001.

13. Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı: Elm, 2002.

14. http://www. Ilham-Aliev.com.

15. http://www. energystrategy.ru.

16. http://www.intertek.ru.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ADİU, i.e.d. E.M.Hacızadə

 

MILLI ENERJI STRATEGIYASI:

KONSEPTUAL ƏSASLANDIRMALAR VƏ PERSPEKTIVLƏR

 

XÜLASƏ

 

Müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək, dövlətin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur. Bu baxımdan da, hər bir ölkə yanacaq-enerji resursları bazasının genişləndirilməsi və onlardan daha səmərəli istifadəni təmin etmək üçün milli enerji strategiyaları işləyib hazırlayır. Məqalədə bol enerji resurslarına malik Azərbaycanda da belə bir strategiyanın hazırlanmasının zəruriliyi konseptual əsaslandırılır, onun milli neft strategiyasının tərkib hissəsi kimi iqtisadi inkişafın davamlı, multiplikativ effektli irəliləyişində əhəmiyyəti, Yanacaq Enerji Kompleksinin problemlərinin həllindəki rolu dəyərləndirilir. Milli enerji strategiyasının işlənməsi taktikasında dolğun informasiya təminatlılığı, metodoloji aydın və dəqiq cəbri hesablanmış sistemin qurulması da məqalədə elmi-empirik əsaslandırılaraq mühüm şərt kimi irəli sürülür. Aparılan təhlilin nəticələri göstərir ki, milli enerji strategiyasının hazırlanması enerji resurslarından qənaətcil, ekosivil və daha səmərəliliklə istifadəyə zəmin olaraq bütövlükdə enerji sektorunda struktur və institusional yenuidənqurmanı təmin edəcək və ölkənin postneft erasına keçidi üçün zəruri potensialı formalaşdıracaqdır.

 

Азербайджанский Государственный Экономический Университет.

Доктор экономических наук Эльшан Махмуд оглы Гаджизаде

 

НАЦИОНАЛЬНАЯ ЭНЕРГЕТИЧЕСКАЯ СТРАТЕГИЯ:

КОНЦЕПТУАЛЬНОЕ ОБОСНОВАНИЕ И ПЕРСПЕКТИВЫ

 

РЕЗЮМЕ

 

В современном мире устойчивое обеспечение экономики и населения топливо-энергетическими ресурсами, атакже проблема энергоэффективности, представляющая собой основу энергетической безопасности страны, считается одним из важнейших показателей уровня развития государства. С этой точки зрения любая страна для обеспечения расширения топливно-энергетической ресурсной базы и более эффективного ее использования разрабатывает национальную энергетическую стратегию.

В данной статье концептуально обосновывается необходимость разработки для богатой энергоресурсами Азербайджанской Республики аналогичной стратегии, представляющей важную составную часть нефтяной стратегии страны, указывается на значимость устойчивого и мультипликативного эффективного разития ее экономики, оценивается роль в решении проблем топливно-энергетического комплекса.

На отдельных этапах разработки национальной энергетической стратегии в качестве важного условия в статье также выдвигается обоснованное научно-эмпирическим путем создание системы с полным информационным обеспечением и ясной методологии основанной на точных математических расчетах.

Результаты проведённого анализа показывают, что разработка национальной энергетической стратегии приведёт к более экоцивильному, экономному и эффективному использованию энергетических ресурсов, обеспечит, в целом, в энергетическом секторе структурные и институциональные преобразования и сформирует необходимый потенциал для перехода в постнефтяную эпоху.

Azerbaican State Economic University.

The doctor of economic sciences, Hacizadeh Elshan Mahmud

 

 

NATIONAL POWER STRATEGY:

A CONCEPTUAL SUBSTANTIATION AND PROSPECTS

 

SUMMARY

 

In the modern world steady maintenance of economy and the population fuels-power resources, and also the problem of energy efficiency representing a basis of power safety of the country, is considered one of the major parameters of a level of development of the state. From this point of view any country for maintenance of expansion of fuels-power resource base and its more effective use develops national power strategy.

In given article necessity of development for rich by power resources of the Azerbaijan Republic of the similar strategy representing the important component of oil strategy of the country conceptually is proved, it is underlined the importance of steady and multiplicate effective development of its economy, the role in the decision of problems of a fuel and energy complex is estimated.

At separate development cycles of national power strategy as the important condition in article the creation of system proved by scientific-empirical way with a full supply with information and clear methodology based on exact mathematical calculations also is put forward.

Results of the carried out analysis show, that development of national power strategy will lead to more ecology-civil, economical and to an effective utilization of power resources, will provide, as a whole, in power sector structural and institutionally transformations and will be generated with necessary potential for transition during a postoil epoch.

 

 

 

125.Milli enerji strategiyası: konseptual əsaslandırmalar və perspektivlər. DİRÇƏLİŞ-XXI ƏSR. АMEА-nın Azərbaycan Dövlət Quruсuluğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. Bakı. №124-125. 2008. 1.0 ç.v.