gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / ÜÇÜNCÜ SEKTORUN UNKİŞAF PROBLEMLƏRİ

10.02.2012

 "Təfəkkür" Universiteti, i.e.n. E.M.Hacızadə

Böyük siyasi-iqtisadi yüksəliş və stabil inkişafı təmin edən ölkələrdə müasir mərhələdə cəmiyyətin inkişafını üçüncü sektorsuz təsəvvür etmək çətindir. Liberal iqtisadiyyatın intişar tapdığı bu ölkələrdə qeyri-hökumət və qeyri-kommersiya profilli təşkilatlar və ya onların birliyini ehtiva edən üçüncü sektor şərtsiz olaraq makroiqtisadi səciyyə daşımaqdadır. Qlobal meyillər indi bu məzmunlu təşkilatları, ittifaqları formalaşdıran yeni stimullar gətirir. Neoproteksinist tendensiyalar öz mənbəyini digər aspektdə maraqların qovuşduğu üçüncü sektordan alır. Mənfəət əldə etməməyi məqsəd və məramlarında ifadə edən müvafiq təşkilatların sayı ABŞ-da 1,5 milyondan çoxdur. Ölkədə məşğul əhalinin 11%-i bu sektorda çalışır və burada hər il 35 min artım müşahidə edilir. Milli mənafelərə xidmət etməklə yanaşı, üçüncü sektor həm də ictimaiyyətin dövlət quruculuğu prosesində fəal iştirakının təminatçısı, inteqrasion prosesdə ölkələrlə münasibətlərin inkişafında mühüm alət və vəsaitəyə çevrilmişdir. ABŞ-ın ictimai-siyasi həyatında üçüncü sektoru təmsil edən peşəkar assosiasiyaların rolu və yeri hələ çox-çox illər öncə müəyyən olunmuşdur. Burada yaşı bir əsri ötmüş assosiasiyalarla yanaşı, yeni təşkil olunmuş müxtəlif gənc ittifaqlar da fəaliyyət göstərir. Maraqlar müxtəlif olsa da, son məqsəddə bu qurumlar ölkənin iqtisadi qüdrətinin artmasına xidmətini nümayiş etdirir. Bu təşkilatlar içərisində şəhər təsərrüfatının, metronun, aeroportların, kommunikasiya xətlərinin və habelə infrastrukturun inkişafında xidməti olanlar da say etbarı ilə xeyli çoxdur. Eyni zamanda, peşəkar assosiasiyalar təhsil və informasiya sahəsində biliklərin artırılmasına, aqrar sektorun, regional təşkilatların inkişafına, yeni innovasiyaların yaranmasına və müdafiəsinə müxtəlif layihələrin inkişafına da yardımçı olurlar. Onlar içərisində istifadə olan yüksək hökumət və dövlət məmurlarının birləşdiyi assosiasiyalara da rast gəlmək olar. Belə ittifaqların fəaliyyəti vaxtilə dövlət qurumlarında yüksək postlar tutmuş, böyük təcrübəyə malik olan şəxslərin biliyindən dövlətin sonrakı inkişafında səmərəli istifadəsini təmin etməyə yönəlmişdir. Ölkədə üçüncü sektorun mesenatlıq fəaliyyəti əvəzsizdir. Müvafiq təşkilatlar hər il 175-180 milyard dollarlıq xeyriyyə məqsədlərinə pul məsrəf edirlər. ABŞ-da üçüncü sektorda ənənəyə çevrilmiş lobbiləşmə prosesi özünəməxsusluğu ilə fərqlənir. Mənfəətin 5%-dən çox olmayan hissəsini bu təşkilatlar xərcləyə bilərlər. Bu 5%-lər isə total yığımda milyardlarla dollar təşkil edərək lobbizmin bütün dövriyyəsini təmin edən amilə çevrilir. Əsas məqsədləri qanunvericilik prosesinə təsir etmədə səciyyələnən lobbizmin vizual cəhətləri ilə yanaşı, onun konsperativ tərəfləri də mövcuddur. Burada məskunlaşan qonşu xalqın nümayəndələrinin «Qarabağ» problemindəki destruktiv səyləri də xeyli dərəcədə özəyini bu prinsipdən qaynaqlandırır. Cəmiyyət üzvlərinin maraqlarının daha dərin təminatı məqsədi ilə hüquqi dəstək verən qurumlar yaratmaq, aparıcı vəkil kontorlarını bu işə cəlb etmək onların məramlarında əks olunur.
Respublikamızda da bu mühüm sektorun formalaşması prosesi inkişaf tapmaqdadır. İndiki məqamda sayı və imkanları zəif olan müvafiq təşkilatların respublikanın ictimai-siyasi həyatına təsir gücü də yetərli deyildir. Müəyyən solçu qüvvələrin yeni yaranmışlara adekvat olmayan münasibətləri, bürokratik maneələr onun inkişafını ləngidən səbəblər sırasındadır. Digər səbəbləri isə əlverişli mühitin, ənənəvi təmayüllərin, ilkin kapitalın olmaması və sair oxşar cəhətlərdə aramaq olar. Bu strategiyada bizimlə bir zamanda müstəqillik əldə etmiş dövlətlərdəki tərəqqiyə diqqət etdikdə mütəəssir olmamaq mümkün deyildir. Regiondakı qonşularımız Gürcüstan və Ermenistanda bu quruculuqda yetərli yüksəliş mövcuddur. Bunu gerçək olaraq «Avrasiya», «Soros» fondlarının, o cümlədən digər qrant təşkilatlarının MDB məkanında, Zaqafqaziya respublikalarında «hərraca» çıxardığı qrantların əksər hissəsinin bu ölkələrdə reallaşmasında müşahidə etmək mümkündür. Respublikamızın bu inkişafından geri qalması üçün milli dövlət mənafelərinə cavab verən xüsusi proqramlar prosesində müvafiq təşkilatların yeri və rolu daha aydın müəyyənləşməlidir. Hökumət və kommersiya təşkilatları ilə müəyyən alternativlik təşkil edən yeni sektorun cəmiyyətin inkişafında çevik bir alətə çevrilməsi dövləti maraqlarda ifadəsini tapmalıdır. Qeydiyyat prosesində bürokratik maneələrin təcrid edilməsi, prioritet istiqamətlərdə belə təşkilatların yaradılmasını stimullaşdırmaq, qrantlar ayırmaq üçüncü sektorun inkişafında digər səyləri reallaşdırmaq milli mənafeləri daha dolğun əks etdirərdi. Bununla belə, müvafiq təşkilatların çoxluğu onların maddi-texniki, elmi-professional bazasının möhkəmləndirilməsi ABŞ-ın, Qərbin regiona təqdim etdiyi qrant kapitalında daha çox faydalanmağı təmin edərdi. Qrantlar özünün investision əhəmiyyəti ilə yanaşı, həm də maliyyə axınına sürət verən, sosial rifahı yaxşılaşdıran xüsusiyyətə də malikdir. Bu kontekstdə üçüncü sektor yeni iş yerləri, ekspert yardımı, mütəxəssis hazırlığı, informasiya mənbəyi və digər intellektual səciyyə daşıyan bir sferadır. Müstəqilliyimizin dönməzliyinə, dövlətçiliyin möhkəmlənməsinə xidmətdə qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki mövqeyinin yüksəlişi şəksizdir. Yeni reallıqlar, indiki ictimai-siyasi proseslər, mövcud geopolitik vəziyyət bu sektorun rolunun artırılmasını daha da qaçılmaz edir.

19.Üçüncü sektorun inkişaf problemləri. "Azərbaycanda bazar iqtisadiyyatının formalaşması və sahibkarlığın inkişafı problemləri". Elmi-praktiki konfransın tezisləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Biznes Universiteti. Bakı. 2000. 0,1 ç.v.