gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / İQTİSADİYYATIN İNNOVATİV İNKİŞAFI VƏ VERGİ STİMULLAŞDIRMASI

27.08.2014

i.e.d., prof. E.Hacızadə

 

 

İQTİSADİYYATIN İNNOVATİV İNKİŞAFI

VƏ VERGİ STİMULLAŞDIRMASI

 

     Hər bir sahədə insanın intellektual fəaliyyətinin, fantaziya və yaradıcılığının nəticəsi olan yeniliklərin - innovasiyaların meydana çıxması dövrümüzün ən mühüm xüsusiyyətlərindəndir. Bu yeniliklərin tətbiqini nəzərdə tutan innovasiya fəaliyyəti isə “toplanmış biliklərin, texnologiya və avadanlıqlardan maksimum fayda əldə edilməsinə yönəldilmiş elmi, texnoloji, təşkilati, maliyyə və kommersiya tədbirləri kompleksi” kimi səciyyələndirilir. Bu fəaliyyət həmçinin innovasiyaların yaradılması və istifadəyə verilməsini də özündə ehtiva edir.

Son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafın innovativ və kreativ vasitələrlə sürətləndirilməsi mühüm vəzifə kimi irəli sürülərək, bu sahədə konkret tədbirlər müəyyənləşdirilmişdir və onların icrası uğurla davam etdirilir. İnnovasiyaların geniş tətbiqi üçün lazımi şəraitin yaradılması kimi mürəkkəb və resurs həcmli prosesdə dövlət aparıcı mövqedə olmaqla həmin prosesin stimullaşdırılmasını təmin edir ki, bunlardan da biri əlverişli vergi mühitinin yaradılmasıdır.

Azərbaycan Respublikası vergilər nazirinin müşaviri, AMEA-nın müxbir üzvü, i.e.d. prof. Akif Musayevin yeni çapdan çıxmış “İnnovasiya iqtisadiyyatı və vergi stimullaşdırması” adlı kitabına məhz bu məsələlər nəzəri-praktiki baxımdan dərindən araşdırılmış tətqiq edilmişdir.

“Azərbaycan Universiteti” nəşriyyatınıın buraxdığı kitabın məsləhətçisi vergilər naziri Fazil Məmmədov, rəyçilər - Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik  Ziyad Səmədzadə və vergilər nazirinin müşaviri Ələkbər Məmmədovdur.

Prof. A.Musayev kitaba yazdığı ön sözdə son on il ərzində Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən dövlət kimi tanındığını vurğulayaraq bunun başlıca səbəbini elmi əsaslara söykənən iqtisadi islahatların siyasi islahatlarla tamamlanması, uzlaşdırılması ilə əlaqələndirir.

O, qeyd edir ki, innovasiya proseslərinin intensivliyinin artması hazırda qlobal iqtisadi sistemdə baş verən dəyişikliklərin mühüm istiqamətlərindəndir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 75-90%-i, MDB ölkələrində isə 10 faizi innovasiya sektoru hesabına təmin olunur. Mövcud qiymətləndirmələrə əsasən, MDB ölkələri innovasiya sahəsindəki gerilik nəticəsində ildə orta hesabla 1 214 milyard dollar vəsait itirir.

Milli müəssisələrin və iqtisadiyyatın rəqabətə davamlılığının artırılması məqsədi ilə istehsal və innovasiya texnologiyalarının tətbiqi sahəsində ölkəmizdə daha ciddi irəliləyişə nail olmağın əsas hədəflərdən biri kimi seçildiyini vurğulayan müəllif innovasiya fəaliyyətinin stimullaşdırılmasına yönəldilmiş müxtəlif tədbirlər sırasında əlverişli vergi mühitinin, o cümlədən əlavə vergi güzəştləri və imtiyazların verilməsi mexanizminin yaradılmasının aktuallığını göstərir.

Vergi güzəştlərinin mühüm elmi və praktiki mənasına toxunan prof. A.Musayev ölkəmizin vergi qanunvericiliyində vergi güzəştlərinin geniş siyahısının öz əksini tapdığını qeyd edir və bildirir ki, bu güzəştlər hər hansı üstünlüklərin verilməsi və ya vəzifələrin icrasından qismən azadolma və ya onların icrası şərtlərinin sadələşdirilməsilə iqtisadi subyektlərin konkret davranışını stimullaşdırıır. Müəllif Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlərin xüsusi çəkisinin kifayət qədər böyük olduğunu, ümumi vergi daxilolmalarının, təxminən, 30%-ni, yəni təxminən ÜDM-in 4,2%-ni təşkil etdiyini də nəzərə çatdırır.

Kitabda innovativ tədbirlərin və ümumilikdə iqtisadi proseslərinin stimullaşdırılması fonunda kiçik və orta sahibkarlığın hərtərəfli inkişafının təmin edilməsi məsələləri də önə çəkilir, dövlətin fiskal siyasətinin təmin edilməsində, əhalinin gəlirlərinin artırılmasında, digər tərəfdən isə dövlətin sosial yükünün azaldılmasında kiçik və orta sahibkarlığın rolundan bəhs olunur, bu sahədə aparılmış araşdırmaların nəticələri verilir.

Kitab üç fəsildən - “İnnovasiya potensialının vergi stimullaşdırması”, “Vergi sistemində güzəşt və imtiyazlar” və “Kiçik və orta biznesin inkişafında vergi tənzimləməsi” fəsillərindən ibarətdir. Fəsillər içərisində bir-biri ilə bağlı olan mövzular ayrı-ayrı başlıqlar altında, qısa və lakonik şəkildə şərh olunur ki, bu da kitabın oxunmasını, mətnlərin qavranılmasını asanlaşdırır.

Müəllif tətqiqata cəlb etdiyi mövzuların hər birini dərindən araşdırır, təhlil edir, elmi-praktiki qənaətlərini  bölüşür.

Birinci fəsildə “innovasiya” anlayışı, innovasiya iqtisadiyyanda beybəlxalq təcrübə, innovasiya iqtisadiyyatının formalaşmasına dair normativ tədbirlər, əsas statistik göstəricilər şərh olunur, Azərbaycanın innovasiya potensialı və onun stimullaşdırma tədbirləri barədə ətraflı məlumatlar verilir, ölkəmizin elmi kadr, elmi-texniki, iqtisadi, investisiya potensialı təhlil edilir, xarici ölkələrlə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları göstərilir, sənaye və texnologiya parkları, onların funksiyaları və vəzifələrindən, beynəlxalq təcrübədə innovasiya fəaliyyətinin vergi stimullaşdırması alətləridən, tədqiqat və araşdırma işlərinin vergi stimullaşdırması ilə bağlı xarici ölkələrin təcrübəsindən, Azərbaycan Respublikasında innovasiyaların stimullaşdırması ilə bağlı mövcud qanunvericilik bazasından ətraflı söhbət açılır.

İkinci fəsil vergi sistemində güzəşt və imtiyazlara, vergi ödəməkdən azadolmanın formalarına, mövcud qanunvericilikdə öz əksini tapmış vergi güzəştlərinin monitorinqinə həsr olunmuş, vergi güzəştlərinin effektivliyinin qiymətləndirilməsi, vergi güzəştlərinin vergi daxilolmalarının həcminə təsirinin müəyyən edilməsi medtodları verilmişdir.

Üçüncü fəsildə isə  müəllif kiçik və orta biznesin nəzəri-metodoloji əsaslarını şərh etmiş, iqtisadi inkişafda kiçik və orta biznesin rolunun təhlilini vermiş, kiçik və orta biznesin inkişafında beynəlxalq təcrübə, vergi sisteminin kiçik və orta biznesin inkişafına təsiri və s. məsələlər barədə rəy və mülahizələrini bildirmiş, kiçik və orta biznesin inkişafına dair təkliflər irəli sürmüşdür.

Elmi üslubun publisistik elementlərlə zənginləşdirilməsi, ən mürəkkəb elmi qənaətlərdə ana dilimzin geniş ifadə imkanlarıdan bacarıqla istifadə edilməsi kitabın mühüm xüsusiyyətlərindəndir.

Prof. A.Musayevin kitabda toplanmış nəzəri-prakti araşdırmaları təkcə iqtisadçı alimlər və tələbələr, iş adamları üçün deyil, həm də geniş oxucu auditoriyası üçün faydalı olacağına əminik.

 

191.İqtisadiyyatın innovativ inkişafi və vergi stimullaşdirması (məqalə-resenziya). Azərbaycanın vergi jurnalı. Bakı: № 3, 2014. 0,2 ç.v.