gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / İNFORMASİYA RESURSLARI İQTİSADİYYATI: FƏRQLİ VƏ SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏR

01.01.2011

ADİU, i.e.d., prof. E.M.Hacızadə

 

 

İNFORMASİYA RESURSLARI İQTİSADİYYATI:

FƏRQLİ VƏ SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏR

 

Müasir məqamda unikal istehsal amilinə çevrilmiş informasiya istehsal sahələrinə, sənaye, nəqliyyat, rabitə, ticarət, maliyyə-kredit sisteminə inqilabi dəyişikliklər gətirən təsirlə nüfuz edir. Belə vəziyyət yeni reallıqlar və qloballaşma çağırışları baxımından informasiya resursları iqtisadiyyatının fərqli və səciyyəvi xüsusiyyətlərinin tədqiqini obyekiv zərurətə çevirir.

İqtisadiyyatda informasiya aspektlər çoxluğunda təzahür edir və bu cür təzahür üsullarından bəzilərini aşağıdakılar qismində ayırmaq olur:

q  informasiya istehsalı - istehsal sahəsidir, başqa cür iqtisadi fəaliyyət növüdür;

q  informasiya istehsal amilidir - istənilən iqtisadi sistemin fundamental resurslarından biridir;

q  informasiya alqı-satqı obyektidir, yəni o özü əmtəə olaraq çıxış edir;

q  informasiyanın müəyyən hissəsi cəmiyyətin bütün üzvləri tərəfindən istehlak olunan ictimai rifahdır;

q  informasiya - iqtisadi sistemin qiymət və faydalılıqla yanaşı, optimal və tarazlıq hallarının müəyyənləşdirilməsinə təsir edən bazar mexanizmi elementidir;

q  müasir şəraitdə informasiya rəqabət mübarizəsində daha mühüm amillərdən birinə çevrilir;

q  informasiya işgüzar və hakimiyyət dairələrinin tərəfindən qərarlar qəbul olunması və ictimai rəy formalaşdırarkən istifadə edilən ehtiyata çevrilir.

Göründüyü kimi, müasir iqtisadiyyat əmək, kapital, torpaqla yanaşı həmçinin dördüncü, daim yenilənən nəzəri biliklər və müxtəlif növ məlumatlar, o cümlədən insanların praktiki vərdişlərində ehtiva olunan relevant informasiyadan istifadə etməyə başlayır.

İnformasiya resurslarının iqtisadiyyatının başlıca vəzifələri həm makro və həm də mikro səviyyədə təyinat alır. Makrosəviyyədə informasiya resursları iqtisadiyyatının başlıca vəzifələri baş verən qlobal proseslər çərçivəsində təsərrüfat inkişafının istiqamətinin seçilməsinə əsaslanır ki, bu da cəmiyyətin təsərrüfat enerjisinin yeni xarici resurslara və strukturunun keyfiyyət transformasiyalarına doğru hərəkəti qabiliyyəti ilə müəyyən olunur. Mikrosəviyyədə isə informasiya resursları iqtisadiyyatının başlıca vəzifələri sahibkarlıq subyektləri tərəfindən xarici mühitin təsərrüfat enerjisini almaq və onun iş və iş yerləri şəklində transformasiyasına yönəldilmiş təsərrüfatçılıq alqoritmlərinin yaradılması kimi təyin edilir.

İnformasiya resursları iqtisadiyyatı məxsusi inkişaf mərhələlərinə malikdir ki, bunlar da aşağıdakıları birləşdirir.

  1. İnformasiya texnologiyalarının istehsala daxil olması.
  2. İnformasiya texnologiyalarının kütləvi tətbiqi və standartlaşdırılmış sistemlərin üstünlüyü.
  3. İnformasiya istehsalı və informasiya texnologiyaları sahəsində məhsuldarlığın digər sahələrdən artıq yüksəldilməsi.
  4. Üstünlüyü ələ almış informasiya və biliklər istehsalına keçid.

Bütün bunlar onu göstərir ki, informasiya və informasiya texnologiyalarının standartlaşma keçərək istehsala daxil olmuş və buradakı məhsuldarlıq iqtisadiyyatın digər sektorlarında da davamlı inkişafı təmin etmişlər. Hazırda informasiya resursları iqtisadiyyatının mühüm elementi informasiya amili texnologiyalar qismində dünya bazarında yerini möhkəmləndirir.

Aparılan təhlilin nəticəsi olaraq belə bir qənaət hasil olunur ki, informasiya cəmiyyətinin üstünlüyü ələ aldığı hazırkı məqamda informasiya resursları iqtisadiyyatı sürətli atrım templəri ilə irəliləyir, dünya bazarının seqmental sistemini təbəddülatlara uğradaraq qlobal xarakter alır. Bu iqtasadiyyatı ənənəvi iqtisadiyyatdan fərqləndirən mühüm özəllik isə onun məhsulun maya dəyərindəki ayrıca informasiya adlı xərc komponenti ilə təmisil olunmasındadır. İstehsal amili, mühüm bazar mexanizmi elementi olmaqla, həm də, iqtisadi fəaliyyətin ayrıca növüdür. Əmtəə kimi istehlak olunan ictimai rifahdır. İnformasiya işgüzar və hakimiyyət dairələrinin tərəfindən qərarlar qəbul olunması və ictimai rəy formalaşdırarkən istifadə edilən resurs və ehtiyatdır.

 

 

177.İnformasiya resurslari iqtisadiyyati: fərqli və səciyyəvi xüsusiyyətlər. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfransının tezisləri. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı: 2013. 0,1 ç.v.