gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / BÖYÜK MAVİ AXIN PERSPEKTİVİ

21.03.2012

41ADİU, i.e.n. E.M.Hacızadə

Milyard ton parametrlərlə ölçülən neft ehtiyatları ilə yanaşı, Şahdəniz yatağının simasında həcmi trilyon kub metrlərə yüksələn təbii qazın milli resurslar landşaftında görüntüsü Azərbaycanın iqtisadi qüdrətini artıran yeni amilə çevrilmişdir. Geoloji hesablamalara görə Xəzərdə Şahdəniz tipli nəhənglərin sayı artmağa meyillidir. İqtisadi məsuliyyəti qədər də siyasi çəkiyə malik bu meyar isə əzəli miqyası köklü dəyişiklərə uğradaraq, neft diplomatiyasının  qaz enerjisi ilə gücləndirilməsinə zəmin olur. Qətiyyətlə demək olar ki, respublikamız Şahdənizlə yanaşı Xəzərdə aşkarlanan, lakin hələ tam qiymətləndirilmədən keçməyən əhaliddə qaz yatağları o, cümlədən istismar olunan və olunacaq iri miqyaslı neftli qaz və kondensat hesabına, mühüm qaz istehsalçı və ixracatçı ölkələr sırasına qatılmanın epoxial astanasındadır. Yeni gerçəklik təbii qazının bütün iqtisadi-texnoloji dövriyyədə elmi, genetik və perspektiv təhlil və tədqiqini aktuallaşdıraraq, davamlı yaranışını şərtli etmişdir. Formalaşmaqda olan reallığa rəğmən böyük mavi axından optimal faydalanma, fikrimizcə «təbii qaz daha çox daxildə, neft isə maksmium dişarda» devizinə əsaslanaraq aşağıdakı əsas üç sosial-iqtisadi və humanitar nəticəliyi ilə fərqlənəcəkdir;
    təbii qaz əlavə kapital qaynağı funksiyasını yerinə yetirəcək;
    energetik və iqtisadi təhlükəsizliyin təminatına yardımçı olacaq;
    ekoloji faydalılıq gətirəcək;
Aşkarlanan izafi qaz ehtiyatları təkcə daxili enrgetik mənbə deyil, həm də ixracatda Avropa bazarlarında rəqabətli təchizatçı kimi, çıxışetmə imkanlıdır. Bakı-Tbilisi-Ərzurum magistral qaz kəmərinin kommersiyalaşma fazasına daxil olma gerçəkliyi bu baxımdan əsas verir ki, Qərbə yürüş edəcək təbii qaz resursları çox yaxın perspektivdə geriyə maliyyə arteriyalarında dönərək, ölkəmizin iqtisadi potensialının güclənməsində yeni stimullar yaradacaqdır. Qlobal məkanda gedən anoloji proseslərə müvafiq, müasir qaz sistemli texnologiyalarının yüksəliş tendensiyası da yeni adekvat istehsal-xidmət sahələrinin təşəkkülünə rəvac verəcək,  respublika İES-lərinin qazla işləmə şəbəkəsinə keçidi məntiqi məzmununu tapacaqdır. Təbii qazın daxili energetik balansda artan dominantılığı həm də, müvafiq sektorda səhmdar əməkdaşlığın genişləndirilməsinə, investision fəallığın yüksəlişinə təsir göstərəcək, milli ekoloji kontekstdə əhəmiyyətini nümayiş etdirəcəkdir.
Azərbaycan coğrafiyasında təbii qazın aktivləşən obrazı qaztutumlu müasir istehsal sahələrinin, emal müəssisələrinin, qaztutumlu müasir istehsal sahələrinin, emal müəssisələrinin, qaz-kimya sənaye komplekslərinin yaranışını, nəqliyyatın, əhalinin energetik təhcizatının daha çox qazla işləmə rejiminə keçidini və bu reallıqlardan irəli gələn digər spesifik təyinatlı layihələrin işlənməsi üzrə müvafiq proqramların hazırlanması şərtləndirir. Təbii qaz konsepsiyası ümumi energetik strategiyanın tərkib hissəsi kimi, sadalanan strateji məqamları əhatə edərək, milli qaz sektorunda islahatların dərinləşməsi və təkmilləşməsinin nəzəri fraqmentlərdə aşağıdakı prinsiplərini önə çəkir:
    geniş dövriyyəni əhatə edən mümkün vahid qaz sektorunun diversifikasiyon modeldə unifikasiyası, modern, manevrli yeni infrastrukturun yaradılması;
    böyük mavi axının təmin edilməsinin ekoloji əsaslandırma və ekoloji səmərəlilik proqramının, tsikli mərhələləri əhatə edən daxili və ixrac qaz balansının hazırlanması;
    emal, istehsal və təchizat sferasında özəl və qarıışıq səhmdar əməkdaşlığa keçid mexanizmlərinin, idarəetmədə mütərəqqi menecment texnologiyalarının tətbiqi;
    elektrik enerjisi istehsalının qaz sistemli iş rejiminə keçidinin gerçəkləşdirilməsi;
    abonent sistemində akkreditiv təyinatlı maliyyə texnologiyalarının genişləndirilməsi, Qaz Fondu və müvafiq Qaz Bankının təsisi;
    nəzarət rejimini, təhlükəsiz işlək mühitü gücləndirən avtonom qurumların yaradılması, rasional, itkisiz işlək mühitün formalaşdırılması.
İslahatlar strategiyasının qaz sektorunda əhatə dairəsi heç də nəzərdən keçirilən konturlarda tamamlanmır. Hər bir tezis strateji atribut kimi, sub sektorlara bölünərək həm də ayrıca təhlil obyekti kimi tədqiq olunmalıdır.

41.Böyük mavi axın perspektivi. «Аzərbaycan iqtisadiyyatı: problemlər, perspektivlər». «Аzərbaycan iqtisadiyyatı dirçəliş yolunda» Elmi-praktik konfrans. MEА-nın İqtisadiyyat İnstitutu. Bakı. 2002. 0,1 ç.v.