gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / MILLI NEFT STRATEGİYASI VƏ ENERJİ TƏHLÜKƏSİZLİYİ

05.12.2011

ADİU, Magistr Hazırlığı Mərkəzinin
direktor müavini, i.e.d. E.M.Hacızadə

Müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur. Respublikamız da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu ölkələrdəndir. Təkcə Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının kommulyativ həcmi 5-7 milyard ton təşkil edir. Ölkənin quru ərazilərdə potensial ehtiyatların milyard ton şərti yanacağa ekvivalent miqdarı da buraya əlavə olunduqda, ümumi toplumda orta hesabla adambaşına min ton karbohidrogen resursu düşür. Müqayisədə bu göstərici Azərbaycana planetin 10-12 aparıcı neft-qaz potensiallı ölkələri sırasında yer verir. Bununla belə, neft-qaz resurslarından başqa respublikamızda digər təbii enerji mənbələri də yetərli və perspektivlik baxımından ümidvericidir. Günəşli və küləkli ərazi, çoxsaylı çaylar, termal sular ayrıca energetik mənbə kimi ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır. Təbii resursların miqyaslılığı respublikanın daxili ehtiyaclarını tam XXI əsr boyunca dolğun təchizatına əsas yaradaraq davamlı iqtisadi inkişafın təminatında, ölkənin ixrac potensialının genişlənməsində əvəzsiz kapital rolunda çıxış edir. Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri, Nabukko layihəsində əsas fiqurantlardan biri kimi iştirak isə ölkəmizin geosiyasi gücünü artıraraq onun dünya enerji bazarının əhəmiyyətli iştirakçısına çevirir. Bütün bu keyfiyyətlər əsası milli lider Heydər Əliyevin tərəfindən qoyularaq prezident İlham Əliyevin simasında yeni nailiyyət zirvələri fəth edən neft strategiyasının uğur təntənəsindən qaynaqlanır. Cənab prezidentin əzmkar fəaliyyəti nəticəsində güclənən iqtisadi yüksəliş, sürətlənən inkişaf templəri, artan əlverişli ictimai-siyasi şərait, sosial ovqat aparılan islahatların dərinləşməsi və təkmilləşməsində, xüsusən də Yanacaq Enerji Kompleksinin problemlərinin həllində yeni yanaşma və daha rasional imkanlar axtarışı tələbləri qoyur. İqtisadi inkişafın dayanıqlı, multiplikativ effektli irəliləyişi isə enerji resurslarında qənaətcil, ekosivil və daha səmərəliliklə istifadədə dolğun informasiya təminatlı, aydın metodologiyalı, dəqiq cəbri hesablanmış konseptual nizamlı Milli Enerji Strategiyasının hazırlanmasını şərtləndirir.
Enerji strategiyası milli enerji təhlükəsizliyinin əsas tərkib hissəsi olaraq əksər iqtisasdi inkişaf etmiş müasir modern ölkələrdə dövlətin uzunmüddətli strateji proqramlarından biri kimi təyinat alır. Onun məqsəd və məramının fövqündə enerji təhlükəsizliyi dayanır. Enerji təhlükəsizliyi isə istənilən ölkənin iqtisadi təhlükəsizliyinin əsas prioritetlərindən hesab olunur. İqtisadi mahiyyət kəsb etdiyindən, o ölçülə biləndir. Enerji təhlükəsizliyinin əsas göstəricisi kimi ölkənin enerji resursları ilə təminatlılıq çıxış edir. Bu təminatlılıq aşağıdakı düstur vasitəsi ilə hesablanır.
Ert  =  Eis : Eik

Burada:        Ert    enerji resursları ilə təminatlılıq əmsalı;
            Eis    ölkədə enerji istehsalı;
            Eik    ölkədə enerji istehlakı.

Enerji resursları ilə təminatlılıq əmsalı vahiddən yüksəkdirsə ölkənin enerji təhlükəsizliyi bərqərar olunmuş hesab edilir. Vahiddən kiçik konfiqurasiyalar isə böhranlı vəziyyətlərdən xəbər verir. Lakin bu təyinatlılıq da ideal hesab edilməməlidir. Çünkü ölkənin enerji təhlükəsizliyini yalnız bir mənbə - elektrik və istilik enerjisinin istehsal və istehlakı ilə bağlamaq da düzgün olmaz. Güclü, davamlı, təminatlı iqtisadiyyatın enerji istehsalı ilə yanaşı dölğun və çeşidli digər yanacaq-enerji resurslarına da geniş tələb vardır. Bu tələblər isə hər yerdə yüksək olsa da, çox az ölkələrdə daxili təbii resurslar təklifi ilə uzlaşır. Reallıq belədir ki, yanacaq-enerji resurslarının mövcudluğu və istisnasına baxmayaraq hər bir ölkə özünün enerji təhlükəsizliyinin təminatında, iqtisadiyyatının yaşanmasında müvafiq enerji strtegiyası işləməli və ardıcıl reallaşdırmalıdır.
Müasir dövrdə Azərbaycanda enerji resursları ilə təminatlılıq əmsalı ümumən vahiddən yüksək həcmə malikdir. Lakin bununla belə, istehlak dolğunluğunu daha optimal təmin etmək üçün hazırda respublikaya əlavə 500 mVt güc lazımdır. Digər tərəfdən isə zəif enerji effektivliyi - az enerjitutumlu qurğulardan istifadə məhdudluğu, mənzillərin, ofis binalarının enerji markirovkasının aparılmaması və bu sahədə digər qeyri-standartlıqlar enerji təlkükəsizliyi əmsalının daha dolğun keyfiyyət və ölçüdə təyinatına təsir göstərir. Ətrafa nəzər saldıqda ekstensivlik baxımından respublikamızın enerji təminatı etibarlılığının yüksək olduğu bir daha yəqinləşir və bu baxımından o, keçmiş SSRİ məkanı ölkələri arasında lider mövqelərdən birini tutur. Bu liderliyi dönməz edərək ölkənin enerji müstəqilliyini daha dolğunlaşdırmaq üçün isə formalaşdırılacaq milli enerji təhlükəsizliyi konsepsiyası enerji effektivliyi və ekoloji mühafizəni yüksəltməklə iqtisadiyyatda davamlı inkişafa nail olmanı təmin edən aşağıdakı prioritetləri önə çəkilməlidir:
1. Makroiqtisadi, təşkilati və idarəetmə sferasında
    uzunmüddətli dövr üçün optimal yanacaq-enerji balansının hazırlanması, enerji qənaətcilliyinin təşkili üçün iqtisadiyyatın bütün sahələrində enerji resurslarından rasional istifadənin reallaşdırılması;
    enerji kompleksinin qlobal problemlərinin tədqiqində elmi-fəaliyyətlərin genişləndirilməsi və müvafiq informasiya bankının yaradılması, enerji qiymətləri kataklizmlərinin milli iqtisadiyyata təsir effektini azaldan alternativ təyinatlı profilaktik tədbirlər sistemi formalaşdırılması;
    iqtisadi inkişafı hərtərəfli stimullaşdıran enerjidaşıyıcılarının daxili qiymətlərinin optimallaşmasına nail olunması, xərclər balansında enerji elementlərinin xususi çəkisinin minimumlaşdırılması.
    Neft Fondunun resurslarının əhəmiyyətli hissəsini bərpaolunan və nüvə təyinatlı enerji istehsalı sahələrinə yönəldilməsi, postneft konsepsiyasının işlənməsi.
2. İnstitusional və struktur modernizasiyası kontekstində
    enerji sektorunda bazar münasibətlərinin inkişafını və əlverişli bazar şəraitini təmin edən təkmil normativ-hüquqi bazanın formalaşdırılması, YEK-in funksionallığının artırılması üçün struktur yenidənqurmasının aparılması;
    ətraf mühitə neqativ təsirin məhdudlaşdırılması, alternativ enerji mənbələrindən istifadə payının artırılması, neft məhsulları çeşidinin genişləndirilməsi, keyfiyyətinin universal standartlara qaldırılması;
    oliqopolik inhisarı təmin edən Şaquli İnteqrasiya olunan yeni neft sirkətinin təsisi, köhnə yataqların istismarında konsessiyaların tətbiqi, Neft Bankı, Neft Birjası, vahid «Neft İnstitutu» və YEK-in digər mühüm infrastruktur seqmentlərini əhatə edən yeni təsisatların yaradılması.
3. Enerji diplomatiyası və beynəlxalq fəaliyyət istiqamətində
    milli mənafelərə, faydalı qarşılıqlı əməkdaşlığa söykənərək dünya ölkələri ilə enerji inteqrasiyasının genişləndirilməsi, prioritet olaraq bu istiqamətdə Türkiyəyə üstünlük verilməsi;
    enerji resurslarının və yanacaq-enerji məhsullarının rəqabətədavamlı ixracına və bazar diversifikasiyasına nail olunması;
    ARDNŞ-in ölkə xaricində perspektivli yataqların istismarında payçı kimi iştirakının təmin edilməsi, Ümumdünya Ticarət Təşkilatı, NATO və Avropa Birliyinə inteqrasiyanın dərinləşdirilməsi.


131.Milli neft strategiyası və enerji təhlükəsizliyi. Heydər Əliyev iqtisadi inkişaf strategiyasının təntənəsi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubiliyinə həsr edilmiş elmi-praktiki konfransın materialları. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı. 2009. 0.1 ç.v.