gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

BEYNƏLXALQ STANDARTLAŞDIRMA TƏŞKİLATI

(ingiliscə - International Organization for Standardization, İSO - Beynəlxalq Dtandartlaşdırma Təşkilatı, İSO) standartların buraxılışı ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı. Beynəlxalq Standartlaşdırma 1946-cı ildə iki təşkilata əsaslanan iyirmi beş milli standart təşkilatı tərəfindən yaradılmışdır: ABŞ-da Nyu-York şəhərində təsis edilən (1926) ISA (ingiliscə - International Federation of National Standardizing Associations - Beynəlxalq Standartlaşdırma Dərnəklərinin Beynəlxalq Assosiasiyası) və (1944) UNSCC (ingiliscə  - United Nations Standards Coordinating Committee - Birləşmiş Millətlər Standartlarının Koordinasiyası Komitəsi). Təşkilat yaradılarkən və onun ad seçilərkən yazılış abberivaturasının bütün dillərdə eyni səslənməsinə zəruri bilinərək nəzərə alınmışdır. Bunun üçün Yunan dilində bərabər sözünün istifadə edən isos (ίσος) sözündən istifadə olunmasına qərar verilmişdir. ISO-nun fəaliyyət sahəsi Beynəlxalq Elektrotexniki Komissiyanın - IEC (International Electrotechnical Commission, IEC) səlahiyyətinə aid olan elektro texnika və elektronika xaricindəki bütün istiqamətlərdə standartlaşdırmanı ehtiva edir. Bəzi iş növləri bu təşkilatlar tərəfindən birgə həyata keçirilir. Standartlaşdırma ilə yanaşı, ISO sertifikatlaşdırma məsələləri ilə də məşğul olur. ISO öz qarşısına beynəlxalq mal və xidmətlər mübadiləsini təmin etmək üçün dünyada standartlaşdırma və əlaqəli fəaliyyətlərin inkişafını təşviq etmək, habelə intellektual, elmi, texniki və iqtisadi sahələrdə əməkdaşlığı inkişaf etdirmək kimi vəzifələr təyin edir. Təşkilatın üzvləri, ISO-da ölkələrinin maraqlarını və eyni zamanda öz ölkələrində İSO-nu təmsil edən milli standartlar qurumlarıdır. Hazırda İSO-nun 164 ölkədən nümayəndəsi var. İSO-nun elektron qaynaqlarına giriş səviyyəsi və hazırlanan sənədlərin məzmununa təsir dərəcəsi ilə fərqlənirlər. Bu, hər bir milli standart qurumunun fərqli ehtiyac və imkanlarını təmin etməyə kömək edir, məhdud resurslara malik və ya kifayət qədər inkişaf etmiş milli standartlaşdırma sistemi olmayan ölkələrin beynəlxalq standartlaşdırma sahəsində müvafiq məlumatların alınmasına yardımçı olur. İSO-da üzvlük - tam üzvlər, müxbir üzvlər və abunəçi üzvlər olmaqla üç kateqoriyaya bölünmüşdür. Tam üzvlər səsvermə və beynəlxalq iclaslar yolu ilə inkişaf etdirilən ISO standartlarının məzmunu və strategiyasına təsir edir və onların beynəlxalq standartları milli səviyyədə satmaq və qəbul etmək hüququ vardır. Müxbir üzvlər səsvermə hüququ olmadığı üçün səsvermə nəticələrinə baxaraq və beynəlxalq iclaslarda müşahidəçi olaraq iştirak edərək ISO standartlarının və strategiyasının inkişafına nəzarət edirlər və onların beynəlxalq standartları milli səviyyədə satmaq və qəbul etmək hüququ vardır. Abunəçi üzvlər isə İSO-da aparılan işlər barədə ən son məlumatları alır, lakin işdə iştirak edə bilmir və həmçinin onların beynəlxalq standartları milli səviyyədə satmaq və ya qəbul etmək hüququ da yoxdur. Beynəlxalq Standart, ISO təşkilatı üzvləri arasındakı konsensusun (razılığın) nəticəsidir. O, birbaşa və ya müxtəlif ölkələrin milli standartlarında tətbiq yolu ilə istifadə edilə bilər. ISO standarları texniki və alt Komitələr tərəfindən altı mərhələli bir müddətdə hazırlanır. Rəsmi dillər ingilis, fransız və rus dilləridir. Mənzil qərargahı İsveçrənin paytaxtı Cenevrə şəhərindədir.