gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

PANAMA KANALI

(ingiliscə - Panama Canal - Panama kanalı) Sakit okeanda Panama körfəzini, Atlantik okeanda Karib dənizini birləşdirən, Şimali və Cənubi Amerikanın şərti sərhədləri qovşağında, Panama dövləti ərazisində yerləşən beynəlxalq gəmiçilik kanalı. Kanalı adı Panama dövləti və onun paytaxtı Panama şəhəri ilə bağlıdır. İnşaat işləri 1881-ci ildə ABŞ tərəfindən aparılmış və kanal 15 avqust 1914-cü ildə istifadəyə verilmişdir. Rəsmi olaraq isə 1920-ci ildə açılmışdır. Uzunluğu 81,6 km (ondan 65,2 km quru ərazidə, 16,4 km Panama və Limon buxtalarının dibi ilə), ümumi eni 150 metr, dərinliyi 12 metrdir. Böyük mühəndislik xariqəsi Panama kanalının tikintisi bəşəriyyət tərəfindən indiyə qədər yerinə yetirilən ən nəhəng və mürəkkəb layihələrdən biri olmuşdur. Onun yaranışı bütün dünyada, xüsusən də Qərb yarımkürəsində gəmiçiliyin və bütövlükdə iqtisadiyyatın inkişafına bənzərsiz təsir göstərmişdir. Kanalın istifadəyə verilməsi Panama xalqının rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuşdur. Onun inşası ilə Nyu-Yorkdan San-Fransizkaya olan 22,5 km yol 9,5 min km-ə qədər qısalmışdır. Kanal ən müxtəlif gəmilərin keçidini təmin edir. Buradan keçə bilən maksimal ölçülü gəmilər “Panamaks” adlanmaqla faktiki gəmiqayırmada standarta çevrlimişdir. Panama kanalı dəniz səviyyəsində 28 metr yüksəklikdə yerləşir. Kanala daxil olan gəmilər üçün sular artırılır və gəmilər su ilə birlikdə yüksəyə qalxaraq texonoloji mexanizmə uyğun digər tərəfdə enişlə keçid edirlər. Panama kanalıdan gəmilərin yürüşünü losman xidməti vasitəsi ilə həyata keçirilir. Bir gəminin orta keçid müddəti 9 saat təşkil edir. Minimal keçid isə 2 dəfədən də azdır. Kanalın buraxılış qabliyyəti sutka üzrə 48 gəmidir. İllik orta keçid 14 min gəmi, orta yük keçirmə qabiliyyətliyi isə 280 miliyon tondur (dünya okeanı ilə yük daşımaların 5%-i). Hazırda kanal artıq yüklənmiş vəziyyətə gəlmişdir. Buna görə də orada keçidlər hərraclarda satılır. Bir gəminin kanalda keçidi 400 min ABŞ dollaraına kimi yüksələ bilir. Bundan çıxı edərək həm də kanala alternativ olaraq Nikaraqua ərazisində yeni gəmiçilik kanalının inşası həyata keçirilir. Panama kanalıdan gəmilərin keçidi ilk olaraq 1901-ci ildə ABŞ və Böyük Britaniya arasındakı müqavilə əsasında tənzimlənmiş. 1903-cü ildə isə bu tənzimləmə ABŞ və Panama arasında imzalanmış müqavilə üzrə aparılmışdır. Bu müqavilələr o qədər də hüquqi əsaslı olmamış və hazırda idarəetmə 1977-ci ildə ABŞ və Panama arasında imzalanmış Panama kanalı haqqında müqavilə və Daimi neytrallıq və Panama kanalının istismarı haqqında müqavilə əsasında aparılır. Hər iki müqavilə 1 oktyabr 1979-cu ildə qüvvəyə minmişdir. 2000-ci ilin 1 yanvar tarixindən kanal və onun qurğuları Panama dövlətinin suverenliyinə keçmişdir. Daimi neytrallıq və Panama kanalının istismarı haqqında müqaviləyə əsasən, bərabərlik və bayraq diskriminasiyasınma yol verilmədən kanaldan gəmilərin azad keçidi təmin olunur.