gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

KONDRATYEV DALĞALARI/TSİKLLƏRİ

(ingiliscə - Kondratiev cycles - Kondratyev tsiklləri) rus sovet iqtisadçısı Nikolay Dimitreviç Kondratyevin (1892-1938) adı ilə bağlı dünya iqtisadiyyatında elmi-texniki tərəqqinin tskliliyini (iqtisadiyyatın yüksəliş və enmələrinin əvəzlənməsi mərhələləri) səciyyələndirən texniki-iqtisadi inkişafın uzunmüddətli (təxminən 55 il) dalğavari dövriliyi. N.Kondratyev riyazi metodların tətbiqi ilə fundamental qanunauyğunluqlar taparaq müəyyən etmişdir ki, bazar tsikllərinin inkişafına dalğavarilik xarakterikdir. O, ayrı-ayrı ölkələrin çoxsaylı statistik məlumatlarını təhlil etmiş, özünün “Dünya təsərrüfatı: onun indiki və müharibədən sonrakı konyukturası” (1922) və “İqtisadi konyukturanın böyük silsilələri” (1925) məruzəsində müxtəlif sənaye dövrləri haqqında ideyaları inkişaf etdirərək müvafiq model işləyib hazırlamış, bununla da “Böyük tsikllər” nəzəriyyəsinin müəllifi kimi tanınmışdır. Həmin tskilləri alim ayrı-ayrı zaman nisbətlərinə bölərək, müvafiq olaraq, fəsli - bir ildən az, qısa - 3-3,5 il, orta silsilə - 7-11 il və böyük silsilələr - 48-55 il kimi təsnifatlandırmışdır. Avstriya və Amerika iqtisadçı Yozef Aloiz Şumpeter (1883-1950) “Böyük tsikllər” nəzəriyyəsini yüksək qiymətləndirmiş və bununla da dövriyyəyə “Kondratyev tsikllər”i anlayışını daxil etmişdir. Həmin nəzəriyyəni sonradan ingilis iqtisadçısı Koin Qrant Klark (1905-1989) və amerikalı iqtisadçılar Uesli Kler Mitçela (1974-1948) və Artur Frenk Berns (1904-1987) inkişaf etdirmişlər. Nəzəriyyəyə görə, tskillər 50-60 illik dövrü əhatə edərək hər biri 25-30 illik artıq dövr-fazaya bölünərək “kapital açlığı” və “kapital doyumu” mərhələləri olan enmə və yüksəlişlə xarakterizə olunurlar. “Böyük tsikllər” nəzəriyyəsinin nümayəndələri dünya iqtisadiyyatının XX əsrin ikinci yarısında indiyə qədər iki böyük silsilədə olduğunu qeyd edirlər. Başqa bir fikirdə, müvafiq dövr ərzində mübahisəli olsa da, dünya iqtisadiyyatının 4 uzun “Kondratyev tsikli”ndən keçdiyi fərz olunur. Bir çox tədqiqatçılar müasir zamanda dünya təsərrüfatımda aparıcı mərkəzin beşinci “Kondratyev tskli”nə qədəm qoyduğunu qeyd edirlər. Yeni dövrə keçid robotların, mühəndis dühasının nailiyyətlərinin və makroproseslərin geniş tətbiqi ilə izah edilir. “Böyük tsikllər” nəzəriyyəsinin mövcudluğunun bütün zamanlarında aktiv tədqiq olunur. Lakin indiyə qədər alim-iqtisasçılar cəmiyyətində onun praktiki tətbiqi üzrə geniş konsensusa gəlinməmişdir.