gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

AZƏRKOSMOS AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

(ingiliscə - Azercosmos Open Joint Stock Company, Azərkosmos -“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Azərkosmos) telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini, habelə kosmik sənayenin inkişafını təmin edən sәhmlәri tamamilә dövlәtә mәxsus milli şirkət. 2010-cu ildə təsis olunmuşdur. Azәrbaycanda, hәmçinin, Qafqazda ilk peyk operatorudur. Cәmiyyәt tәrәfindәn peyklәrin idarәolunması üçün Bakının Pirәküşkül qәsәbәsindә Əsas Yerüstü İdarәetmә Mәrkәzi vә Naxçıvan MR-dә Ehtiyat Yerüstü İdarәetmә Mәrkәzi qurulmuşdur. Bunun nәticәsindә 2013-cü ilin 8 fevralında Cәnubi Amerikada, Fransanın inzibati idarәçiliyindә olan Fransa Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mәrkәzindәn üzәrindә üçrәngli Azәrbaycan bayrağı olan “Ariane-5” daşıyıcı raketi ilә Azәrbaycanın birinci telekommunikasiya peyki “Azәrspace-1” orbitә buraxılmışdır. Bununla da BMT-nin müvafiq komitәsindә Azәrbaycan kosmik ölkәlәr sırasına qәbul olunmuş vә kosmik fәzanın sülh mәqsәdlәrlә istifadәsi üzrә öhdәliklәr götürmüşdür. Faydalı yük üzrә 36 fәal transponderlә tәchiz olunan vә tәqribәn 3,2 ton çәkisi olan “Azәrspace-1” peyki 46 dәrәcә Şәrq uzunluq dairәsindә geostasionar orbitdә yerlәşәrәk, Avropa, Afrika, Mәrkәzi Asiya, Qafqaz ölkәlәri vә Yaxın Şәrq regionunu әhatә etmişdir. Orbitdә istismar müddәti әn azı 15 il tәşkil edәcәk “Azәrspace-1” peyki internet, teleradio yayımı vә telekommunikasiya xidmәtlәrinin göstәrilmәsi, elәcә dә korporativ vә hökumәt müştәrilәrinin tәlәblәrinә cavab verәn keyfiyyәtli vә dayanıqlı rabitә platformalarının tәmin edilmәsi üçün nәzәrdә tutulmuşdur. 2018-ci ilin sonunda “Azәrspace-2” adlanan ikinci telekommunikasiya peyki orbitә çıxarılmışdır. Peklər hazırda Mәrkәzi Asiya, Avropa vә Afrikanın 50-dәn artıq ölkәsini birlәşdirәn kosmik mәkanda әsas rol oynayır. Bundan sonra 2014-cü ildә Yer sәthinin yaxın mәsafәdәn müşahidәsini tәmin edәn “Azersky”adlı peyk dә orbitә çıxarılmışdır.