gototop gototop

Список научных трудов / РОЛЬ «АУДИТА ЭФФЕКТИВНОСТИ» В УКРЕПЛЕНИИ ФИНАНСОВОГО КОНТРОЛЯ. РОЛЬ И ЗНАЧЕНИЕ КОНТРОЛЯ В УВЕЛИЧЕНИИ ПРОЗРАЧНОСТИ И БОРЬБЫ ПРОТИВ КОРРУПЦИИ. МЕЖДУНАРОДНАЯ НАУЧНО-ПРАКТИЧЕСКАЯ КОНФЕРЕНЦИЯ

19.08.2011

Azərbaycan Dövlət Iqtisad Universiteti,

Magistr Hazırlığı Mərkəzinin direktor müavini,

iqtisad elmləri doktoru Elşən Mahmud oğlu Hacızadə

 

 

MALİYYƏ NƏZARƏTİNİN GÜCLƏNDİRİLMƏSİNDƏ

«EFFEKTİVLİK AUDİTİ»NİN ROLU

 

«Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın məqsəd və məramının əsas prinsiplərindən biri kimi respublikada audit institutunun təkmilləşdirilməsi çıxış edir. Bu prinsipiallıq həm də ondan irəli gəlir ki, korrupsiyaya qarşı mübarizədə audit institutu uğurlu sınaq keçərək daim özünün kəsərli olan səmərəli metod və mexanizmləri ilə ön sırada dayanır. Korrupsiya keyfiyyət və kəmiyyət dəyişikliklərinə uğradıqca audit də ona adekvat sistemdə təşkilatlanır, strategiya və taktikasını kamilləşdirərək daha da möhkəmlənir. Auditin korrupsiyaya qarşı mübarizədə yeni konsepsiyasının əsasını effektivlik strategiyası təşkil edir. Ötən əsrin 70-ci illərində Kanadada təşəkkil tapan, «Effektivlik auditi» adlanan bu strategiya uzun tarixi bir aprobasiya keçərək, müasir məqamda yeni nəfəsdə qlobal intişarını genişlənsdirməkdədir.

«Effektivlik auditi» nəzarət və idarəetmə aləti kimi parlamentariyaları və inzibatçıları müvafiq qanunvericilik sistemindəki zəif yerlərin, habelə maliyyə nəzarəti mexanizmində və idarəetmə praktikasındakı qüsurların aşkarlanması ilə məlumatlandırmaq üçün düşünülmüşdür. Onun başlıca vəzifəsi, dövlət vəsaitlərinin istifadəsində sosial əhəmiyyətli nəticənin müəyyən edilməsi və bu istiqamətdə verilən tapşırıqların həllində səmərə və optimallığın təyinatı ilə bağlıdır. Funksional baxımdan daha konkret təzahürdə, «Effektivlik auditi» xərclər nəzarəti və uçotunun ənənəvi çərçivəsini genişləndirərək, onu istehsalın təşkili və rəqabətqabiliyyətli məhsul buraxılışı üzrə qarşıya qoyulmuş məqsədlərə nail olmada, maliyyə vəsaitlərinin qiymətləndirilməsi və nəzarət mükəmməliyinin artırılması ilə dolğunlaşdıran bir idarəetmə mexanizmidir. O, özünün konsepsiyası və yeni metodologiyasının tətbiqi ilə ilk növbədə dövlət orqanlarının onlara ayrılmış vəsaitlərinin nə qədər səmərəli, biçimli və qənaətcil istifadə etdiklərinin müəyyənləşdirilməsinə yardımçı olur. Bu zaman xərclər məhsuldarlığını təyin etmək üçün alınmış materiallar, verilən əmək haqqı, həmçinin digər istehsal faktorları üzrə məsrəflərin yüksək əmtəə və ya xidmətlər keyfiyyətində əks olunan optimal və rəqabətli xərcləri müqabilində aparılması qiymətləndirilir. Növbəti addımda bütün sərvətlər və görülən tədbirlərlrin hökumət və qanunverici orqan tərəfindən qarşıya qoyulan məqsəd və nəticəyə uyğunluğu, onun effektivlik miqyası müəyyənləşdirilir.

Effektivliyin yoxlanışını, qənaətcilliyi və xərclər məhsuldarlığı yoxlanışından istisna etmək mümkün deyildir. Çünki, effektivlik özü çətin ölçülən, çoxsaylı amillər təsirinə məruz qalan prossedurdur. Buna görə də, o qənaətcillik və xərclər məhsuldarlığı yoxlanışı ilə vəhdətdə, kompleks şəkildə aparılmalıdır. «Effektivlik auditi»nin daha səmərəli olması üçün isə prosesin özünün gerçək şəffaflığı təmin edilməlidir. Elə bu baxımdan da, bir sılra ölkələrdə korrupsiyaya qarşı sınanmış mübarizə tədbiri olaraq prosesi həyata keçirən auditorlar yoxlamanın nəticələri barədə qanunvericilik hakimiyyətinə hesabat verməklə yanaşı, həm də bu istiqamətdəki fəaliyyətləri ilə bağlı şəffaflığın təminatı üçün geniş əhali kütləsini də məlumatlandırmağa borcludurlar.

«Effektivlik auditi», həm də vergi qanunvericiliyinə nəzarət edilməsi, ölkənin maliyyə tələblərinin ödənilməsinə, biznesin və bütövlükdə iqtisadiyyatın inkişafı baxımından aparılan vergi siyasətinin özünün səmərəliliyinin qiymətləndirilməsinə də geniş imkanlar yaradır. Bundan irəli gələrək onun sistemli tətbiq edildiyi bir sıra ölkələrdə bu yoxlanışlara vergi orqanlarının nümayəndələri də cəlb olunurlar.

Statistika göstərir ki, «Effektivlik auditi» institutu korrupsiyaya qarşı mübarizədə dövlətin maliyyə nəzarəti və idarə edilməsi mexanizmi kimi uğurla sınaqdan çıxaraq texnoloji mükəmməliyini daha da möhkəmləndirir. Bir sıra ölkələrdə maliyyə nəzarətinin həyata keçirilməsi üzrə mərkəzi qurumlar tərəfindən aparılan audit yoxlamaların ümumi həcmində bu sistemin payı yüksələrək artıq 50-60%-ə çatmışdır.

Bütün keyfiyyət çalarları ilə «Effektivlik auditi» aktuallığını genişləndirərək Azərbaycanda da tətbiq imkanlığını artırır. «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın məqsədləri baxımdan isə bu aktuallıq daha mühüm iqtisadi və institusional əhəmiyyət kəsb edir. Təhlili əsaslandırmalar göstərir ki, «Effektivlik auditi» üstün olaraq respublikanın Hesablama Palatası sistemində yaradılmaqla, bütün digər audit institutlarında da geniş tətbiqini tapa bilər. Bununla belə, «Effektivlik auditi»nin ölkədə büdcə nəzarətinin gücləndirilməsi, dövlət resurslarının optimal bölgüsü və habelə vergi sisteminin təkmilləşməsi istiqamətində səmərəli bir mexanizmə çevrilərək iqtisadi və institusional əhəmiyyəti ilə fəqlənəcəyi də əsaslandırılır. İqtisadi səmərənin sıxışdırılan korrupsiya resurslarının iqtisadi inkişafa və sosiql yüksəlişə yönəlişi, institusional səmərənin isə dövlət maliyyəsi sferasında normativ-hüquqi bazanın təkmilləşməsi kontekstində bütün fəaliyyət müstəvisində səffaflığın artması ilə müşayiət olunacağı hesaba alınır.

 

 

 

127.Роль «аудита эффективности» в укреплении финансового контроля. Роль и значение контроля в увеличении прозрачности и борьбы против коррупции. Международная научно-практическая конференция. Союз Экономистов Азербайджана, Палата Аудиторов Азербайджанской Республики. Баку. 2008. 0,1 п.л.