gototop gototop

Список научных трудов / ПРИМЕНЕНИЕ ЭФФЕКТИВНОСТИ НОВЫХ КОНТРАКТНЫХ ФОРМ В НЕФТЯНОМ СЕКТОРЕ

03.09.2011

ADİU, E.M.Hacızadə

 

NEFT SEKTORUNDA YENİ KONTRAKT FORMALARININ

TƏTBİQ EFFEKTIVLIYI

 

Neft-qaz hasilatının köhnə istismar zonalarında son onilliklərdə sürətlənən enmə prosesi «domino prinsipi» ilə müşayiət olunaraq sahənin bütün strukturlarına nüfuz etmiş, hər bir bölmədə, mərhələdə, böhranlı vəziyyəti dərinləşdirmişdir. Ehtiyatların tükənməsi, layların enerji potensialının azalması, texnoloji gerilik şəraitində hasilatın sabitləşdirilməsini və istehsal artımının təminatını isə miqyaslı investisiyalarsız gerçəkləşdirmək mümkün deyildir. Daxili mənbələr yetərli olmadığı ilk zamanlarda bu strategiyada xarici kapitalın iştirakı ilə müştərək müəssisələrin yaradılmasına üstünlük verililmişdi. Yeni təşkil edilən bu müəssisələr konyunktura uyğun olaraq müəyyən qabacıl istehsal və menecment texnologiyaları tətbiq etməklə fəaliyyətlərində nəzərəçarpan keyfiyyət irəliləyişlərinə nail olmuşlar. Lakin müşahidələr göstərmişdir ki, bu sferadakı rəqabət mühitinin yetərli olmaması, məhdud sahəvi normativ-hüquqi baza həmin müəssisələrin yeni mütərəqqi iqtisadi müstəvidə transformasiyasını ləngitmişdir. Respublikada uğurla həyata keçirilən milli neft strategiyası nəticəsində isə ölkənin artan iqtisadi gücü, bu sferada da yeni liberal iqtisadi təsisatlandırmaların genişləndirilməsini şərtləndirir. Belə ki, elmi-innovasiya nailiyyətləri nəticəsində müvafiq istiqamətdə aparılan islahatlar dərinləşdikcə yeni idarəçilik metodlarının tətbiqinin genişləndirilməsi qaçılmaz xarakter alır və ölkənin neft sektorunda çevik bazar mexanizmlərində əks olunan mütərəqqi iqtisadi münasibətlərin formalaşmasını zəriri edir.

Dünya neft biznesində yataqların işlənilməsinin menecmentində forma müxtəlifliyi diapozonu genişdir. Bu sırada ənənəvi konsessiya, qeyri-konsessiya, modernləşdirilmiş və digər kontrakt üsulları sınaqdan çıxmış daha səmərəli metodlar kimi yer alır. Ölkədə intutisional təsisatlandırmaların, sahəvi normativ-hüquqi bazanın genişləndirilməsi ilə neft sektorunda belə kontrakt formalarının tətbiqi özünəməxsus effektivliyi ilə fərqlənəcək və aşağıdakı iqtisadi səmərəliliklərlə müşayiət olunacaqdır:

r     müştərək müəssisələrin səhmdar cəmiyyətlərə transformasiyasını yeni keyfiyyət məzmunu alacaq;

r     sahəvi liberallaşma və rəqabət mühiti genişlənəcək;

r     rentabellik həddini itirməkdə olan neftqazçıxarma müəssisələrində kollektiv maraqları əks etdirən bazar yönümlü idarəetmə mexanizmlərinin tətbiqi reallaşacaq;

r     marginal yataqların istismarına milli sahibkarların cəlb edilməsi prosesi sürətlənəcək;

Neft sektorunda tətbiq edilən yeni kontrakt formalarının iqtisadi effektivliyi iqtisadiyyatın digər sektorlarında da multiplikativ yaranışlarla müşayiət olunaraq lisenziyalaşma prosesinə yeni impulslar gətirəcək, liberal təsisatlandırmaları daha da genişləndirəcəkdir.

 

 

111.Применение эффективности новых контрактных форм в нефтяном секторе. Применение информационных технологий в анализ развития научно-исследовательских работ. Материалы научно-практического семинара. Президиум НАН Азербайджана Центр научно-исследовательских опытно-конструктных работ и регистрации защитенных диссертаций. Баку-2007. 0,1 п.л.