Архив
Список научных трудов / ПРИОРИТЕТНЫЕ НАПРАВЛЕНИЯ В УЛУЧШЕНИИ ОБЕСПЕЧЕНИЯ ЭНЕРГИЙ ЭКОНОМИКУ
i.e.n. E.M.Hacızadə
İQTİSADİYYATIN ENERJİ TƏMİNATININ
YAXŞILAŞDIRILMASINDA PRİORİTET VERİLƏN İSTİQAMƏTLƏR
Son illərdə Azərbaycanda elektrik enerjisi istehsalında müsbət meyilli dinamizm müşahidə olunur. Belə ki, 1997-ci ildə 16,7, 1998-ci ildə 17,9, 1999-cu ildə 18,1 milyard kvt/saat elektrik enerjisi istehsal edilmişdir. Enerji istehsalında orta göstəricilərdə Su Elektrik Stansiyaları-(SES) 9-11, İES-lər 75-87% bölgüyə malikdirlər. 18 milyard kvt elektrik enerjisinin istehsalı üçün Azərbaycan üzrə qəbul edilmiş normalara müvafiq olaraq 6,5-6,8 milyon ton şərti yanacaq tələb olunur ki, bunun da 10%-dən çoxu istilik enerjisinin payına düşür. 1999-cu ildə respublikada enerji istehsalında orta hesabla 4,4-4,6 milyon ton mazut, 1,7-2 milyard kubmetr qaz məsrəf edilmişdir. Bununla belə, ölkədə elektrik enerjisinin verilməsində mövcud gərginliklər davam edir. Xüsusilə 2000-ci ilin əvvələrində əhaliyə elektrik enerjisinin verilməsində böhran təzahüru müşahidə olunmuşdur. İstehsalçılar bunu mazut çatışmamazlığı ilə izah etmişlər. Lakin statistik məlumatlara diqqət yetirdikdə, respublikada elektrik enerjisi hasilatı üçün kifayət miqdarda mazut istehsal edildiyi, İES-lərin müvafiq normaya uyğun təbii qazla təmin olunduğu nəzərə çarpır. Fikrimizcə, energetik böhran təzahürünün təhlili ölkənin elektrik enerjisi istehsalı kompleksinin iqtisadi-texnoloji strukturu kompleksində daha səmərəli istiqamət alar.
Respublikada enerji istehsalı kompleksi əsasən neft-qaz resursları ilə işləyən İES-lərdən ibarətdir. Bununla belə, 1:10 nisbətdə çayların, əksərən Kür və Arazın hidroenerji potensialından da istifadə edilir. Ən böyük İES-lər Mingəçevir, Əli-Bayramlı, Bakı və Sumqayıt şəhərlərində yerləşmişlər. Mazut və təbii qazla işləyən İES-lərdə son illər qazın hasilatının aşağı düşməsi ilə əlaqədar əksərən mazut sisteminə keçmişlər. 1980-ci illərdə respublika İES-ləri 5-6 milyard kubmetr təbii qaz yanaçağı istismar edirdilər. Son illər qazdan istifadə orta hesabla 1,5-2,5 milyard kubmetr həcmində tərəddüd etmişdir. İES-lər mazut saxlama anbarları ilə təchiz edilsələr də, burada müvafiq qaz yığım anbarları nəzərdə tutulmamışdır. İES-lərə mazutun təchizatı əksərən dəmiryolu vasitəsilə təmin edilir. Lakin Bakı şəhərində mazut təchizatı borular vasitəsilə təmin edilən elektrik stansiyaları vardır ki, onların da ümumi təchizatda payı 10%-dən yüksək deyildir. Şübhəsiz ki, mazutun dəmiryolu ilə daşınması daha yüksək xərclər tələb edir. İndi bu xərclər orta məsafə - 210km müqabilində 30175 min manat təşkil edir. Keçmiş İttifaq zamanı enerji daşıyıçılarının texniki iqtisadi qiymətləndirilməsi normativləri mərkəzi hökumət tərəfindən müəyyən edilirdi. Ənənəvi elmi-tədqiqat institutlarına malik mərkəzi qurumlarda hər bir texniki-iqtisadi göstərici texnoloji standartlara əsasən dəqiqləşdirilir və normalaşdırılırdı. İndi isə belə planlaşdırma digər rakursda təbii ki, sərbəst olaraq respublikanın müvafiq təşkilatları tərəfindən aparılır. «Azərenerji» SC-də 1 kq mazutun istilik enerjisinə ekvivalentliyi avadanlıq və qurğuların köhnəliyi nəzərə alınaraq orta hesabla 9500 kkal, şərti yanacaq isə 7000 kkal qəbul edilmişdir. Bununla belə, beynəlxalq bazarda mövsüm və təchizat aspektində mazut və qazın qiymət tendensiyasında fərqli xüsusiyyət mövcuddur. Dünya praktikasında texnoloji və ekoloji üstünlükləri ilə təbii qaz mazutdan yüksək qiymətləndirilir. Ölkə iqtisadiyyatında enerji istehsalına yönəldilən mazutun dəyəri emal və nəql xərcləri əsasında təbii qaza nisbətdə daha yüksək qiymətləndirilməsi qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, elektrik stansiyalarına mazut ARDNŞ, qaz isə «Azəriqaz» tərəfindən təmin edilir.
Energetik sektorun səmərəliliyinin artırılması daim dövlətin diqqət mərkəzində olmuşdur. Respublika prezidenti H.Ə.Əliyevin «Əhailnin və iqtisadiyyatın enerji daşıyıçıları ilə təminatının yaxşılaşdırılması», «Bakı, Sumqayıt, Gəncə şəhər elektrik şəbəkələrinin özəlləşdirilməsi» haqqında fərmanları bu sahədə mühüm əhəmiyyətli proqram sənədi olmuşdur.
Ölkənin enerji potensialından səmərəli istifadəsi əhalinin və iqtisadiyyatın enerji daşıyıçıları ilə təminatı, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, istismar səviyyəsinin yüksəldilməsi, maliyyə vəziyyətinin yaxşılaşdırılması, ölkənin 2000-2002-ci illər yanacaq-enerji balansının hazırlanmasını nəzərdə tutan fərman enerji daşıyıçılarının işlənməsi və istismarının bütün silsiləsini əhatə edir. Burada əhəmiyyətli məqamlardan biri də bizim nəzərdən keçirdiyimiz mazut və qaz enerjisinin müqabil ekvivalentliyi aspektidir. 2000-2001-ci ilin yaz-qış mövsümündə 1,5-2 milyard kubmetr təbii qaz idxalı onun xüsusi hesab açmaqla neft və neft məhsulllarının ixracatından alınan vəsaitin kompensasiyası ölkədə energetik gərginliyin aradan qaldırılmasında əməli addım olacaqdır. Valyuta dəyərin əməliyyatın xüsusi hesabdan qaynaqlandırılması əvvəllər xaricdən qaz alınmasında baş vermiş neqativ halların təkrarlanmasını, barterin şəffaflığına xidmət edir. Bu aktual səciyyə daşıyan iqtisadi texnologiya mazutun qazla əvvəzlənməsinin iqtisadi-ekoloji səmərəliliyinin əsaslandırılmasına həsr edilmiş müvafiq təhsil işinin leymotivində ifadəsini tapır.
Elektrik enerjisi kimi qazın əhəmiyyəti danılmazdır. Lakin bu izafi qaz ehtiyatlarının bolluğu hidroenerji mənbələrinin məhdudluğu kontekstində daha faydalıdır. Bugünkü hasilat, iqtisadi durum, təbbi qaz qıtlığı respublikanın elektrik stansiyalarında enerji istehsalının digər mənbələr hesabına təmin olunmasını şərtləndirir. Azərbaycanın istilik elektrik stansiyalarının respublikanın indiki iqtisadi potensialında tamamilə qaz sistemi ilə işlənməsi üçün orta hesabla 6-7 milyard kubmetr qaz tələb olunur. Hazırkı məqamda bu proporsiyada təbii qazın ona ekvivalent olan elektrik enerjisinin istilik törətmə qabiliyyəti orta hesabla 8100-8500 kkal olduğu halda onun yandırılmasından alınan 2,35 kilovat/saat elektrik enerjisinin yaratdığı istilik enerjisi 2030 kilokaloridir. Belə olan təqdirdə qiymətlər orbitində təbii qaza nisbətdə ona ekvivalent olan elektrik enerjisinin kaloriliyi 4 dəfə az, əhaliyə satış qiyməti isə əksinə, 4 dəfə çoxdur. Belə qeyri proporsionallıq renovasiya mülahizələri ilə əlaqədar uzun illərdir ki, enerji istehsalında kök salmışdır. Bununla belə, «Azərenerji» SC aldığı xammalın pulunu vaxtında ödəmək potensialına və mexanizminə malik deyil. Onun ARDNŞ-ə 3 trilyon manatdan, «Azəriqaza» isə 1 trilyon manatdan çox borcu vardır. Bu nisbət hər il artmaya meyillidir.
Proqnozlar göstərir ki, Azərbaycan çox onilliklər izafi qaz ehtiyatlarına malik olacaq və respublikanın istilik elektrik stansiyaları tamamilə qazla işləmə rejiminə keçəcəkdir. Xəzərdə aşkarlanan bənzərsiz qaz ehtiyatları bu ehtimala nikbin əsaslar verir. Qazın istilik elektrik stansiyalarında yandırılması həm ekoloji, həm də iqisadi cəhətdən faydalıdır. Qaz ilə mazutun miqdarı eyni kütlə sistemində 1kvt. elektrik enerjisinin istehsalı üçün 362 qr mazut, 361 qr qaz tələbinə ekvivalentlidir. Bundan başqa istilik elektrik stansiyalarında mazutdan istifadə edilməsi yeni xərclərin yaranmasına səbəb olur. Məlum olduğu kimi Azərbaycanın İES-lərinə mazut əsasən dəmir yolu vasitəsilə, qaz isə magistral kəmərlərlə çatdırılır. Mazutun təchizatına nəqliyyat, yükləmə, boşaltma, xidmətçi heyətin saxlanılması və bu üsülla elektrik enerjisi alınan zaman onun qızdırılmasına, hazırlanmasına sərf olunan məsrəflər də əlavə xərclər tələb edir.
Mazut əvəzinə qaz idxalı proqramının iqtisadi əsaslandırılmasında bir cəhət də nəzərə alınmalıdır ki, respublikanın qaz nəqletmə sistemi köhnəldiyindən burada itkilər faizi yüksək hədlidir. Buna görə də qəbul olunan təbii qazın az itkilərlə enerji istehsallarına çatdırlması böyük iqtisadi məsuliyyət tələb edir. Barter prosesində, həmçinin qiymət məsələsində müvafiq və müxtəlif nüanslar dəqiqləşdirilməlidir.
Azərbaycan 1980-cı illərdə elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir. Sonrakı mərhələdə baş verən siyasi-iqtisadi gerçəkliklər respublikanın enerji balansında müəyyən kəsrlər yaratdı. Lakin bununla belə, elektrik enejisi istehsalının artırtılması imkanları tükənmişdir. Bu yeni karbohidrogen potensialımızla enerji istehsalı kompleksinin səmərəsini artırmaqla yenidən regionda elektrik enerjisi ixracatçısına çevrilməyi reallaşdırar, ölkə iqtisadiyyatının möhkəmləndirilməsində müsbət meyilləri artırmış olarıq.
Yaxın gələcəkdə Azərbaycanda qaz hasilatının son dərəcə yüksəlməsi perpsektivində biz eyni zamanda elektrik stansiyalarını tamamilə qaz sisteminə keçirə bilərik. Belə praktika böyük ekoloji effekt verər. Mazut isə ixracata yönələr. Proqnozlar göstərir ki, respublikamızda əldə olunacaq təbii qazın hesabına enerji istehsalını dəfələrlə artırmaq mümkündür. Bu isə sənayenin, kənd təsərrüfatının, nəqliyyatın inkişafı üçün yeni enerji mənbəyi olacaq, elektrik enerjisinin maya dəyərinə təsir edərək, istehsal xərclərini azaldacaq, enerji istehsalında səmərəliliyi artıracaqdır. Bununla belə, itkilərin qarşısı kəskinliyi ilə alınmalıdır. Respublika ərazisində fəaliyyət göstərən istilik mərkəzlərinin və elektrik stansiyalarının əksəriyyəti köhnəldiyi üçün burada da müəyyən itkilər yaranır. Digər tərəfdən, elektrik enerjisinin yenidən istilik enerjisinə çevrilməsi zamanı yol verilən itkilər qaz yanacağı hesabına alınan təkrar enerjinin faydalı iş əmsalına təsir edir və bu əmsal 30%-lik həddi aşmır. İstilik mərkəzlərində qızdırılan sobaların fəaliyyətini bərpa etmək, innovasion-texniki nailiyyətləri, az enerji tutumlu texnologiyaların tətbiqini reallaşdırmaqla onların faydalı iş əmsalını artırmaqla binaların qızdırılmasını mükəmməl təmin etmək olar və bununla çoxlu elektrik enerjisinin sərfinin qarşısı alınar.
Respublikamızın energetik potensialı tam surətdə dövriyyə olunmur. Hidroenerji ehtiyatlarından hələ də optimal istifadə həlli tapmamışdır. Bununla belə, termal, günəş enerjisi, xüsusən də küləyin enerjisinin dövriyyəyə qatılma imkanları yetərlidir.
Ölkənin iqtisadi qüdrətinin qüvvətlənəcəyi perpsektivində yeni enerji mənbələrindən istifadə imknaları mülayimləşəcək, Azərbaycanda uzumüddətli, dayanıqlı enerji potensialında sabit inkişaf tapacaqdır.
20.Приоритетные направления в улучшении обеспечения энергий экономику. «Основные тенденции социально-экономическо-го развития в современном этапе Азербайджана». Институт Экономики Национальной Академии Наук Азербайджана. /сборник статей/. VI том. Баку. Элм. 2000. 0,3 п.л.