Архив
Список научных трудов / СТРУКТУРА УПРАВЛЕНИЯ ТОПЛИВНОЙ ПРОМЫШЛЕННОСТИ: НЫНЕШНЕЕ СОСТОЯНИЕ И ПЕРСПЕКТИВЫ
EA-nın İqtisadiyyat İnstitutu, E.M.Hacızadə
YANACAQ SƏNAYESİNİN İDARƏETMƏ STRUKTURU:
MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR
Keçmiş SSRİ ərazisində yaranmış yeni müstəqil dövlətlərin hamısı bazar iqtisadiyyatına keçid dövründə sosializmdən miras qalmış idarəetmə strukturlarının yaradılması sahəsində konkret proqramlar həyata keçirir, bununla belə idarəetmə strukturlarının hamısını «sosializmdən qalıbdır» şuarı altında dağıtmaq böyük iqtisadiyyata sarsıntlara gətirib çıxara bilər. Belə hallar 1992-1993-cü illərdə respublikamızda da olmuşdur.
Bu gün Azərbaycan iqtisadiyyatının ən aparıcı sahələrindən olan neft-qazçıxarma sənayesində nəzərdə tutulmuş geniş islahat tədbirlərinin aparılmasını zəruri edir. Bu, hər şeydən əvvəl o deməkdir ki, azad iqtisadiyyat qurmaq tələbləri neft-qazçıxarma sənayesini də əhatə etməlidir. Başqa sözlə, dövlət planlı iqtisadiyyat dövründə olduğu kimi müəsisələrlə partnyorluq (əməkdaşlıq) münasibətləri yaratmağa səy göstərməlidir. İlk növbədə bilavasitə istehsalçı müəssisələrin müstəqilliyi genişləndirilməli, onların Mərkəzi Aparatdan asılılığı köklü dərəcədə azaldılmalıdır. Dövlət ilə müəssisələr arasında əməkdaşlıq bazarlarının yaradılması, istehsalçıların sarsıntılardan qorunması, qarşılıqlı mənafelərə xidmət edən proqramların həyata keçirilməsinə kömək edilməlidir.
Məruzədə quruda neft istehsalı ilə məşğul olan İstehsalat Birliyinin (QNQÇİB) idarəetmə strukturu, birliyə daxil olan müəssisələrdə islahatların dərinləşməsi məsələləri şərh edilir. Bütünlükdə yanacaq kompleksinin idarə edilməsi strukturun təkmilləşdirilməsi məqsədilə respublikada «Yanacaq-Energetika Nazirliyi»nin yaradılmasının zəruriliyi əsaslandırılır.
6.Структура управления топливной промышленности: нынешнее состояние и перспективы. Материалы Республиканской научной конференции молодых исследователей и аспирантов. Министерство Образования Азербайджанской Республики. Баку. 1998. 0,1 п.л.