gototop gototop

Список научных трудов / ПРОБЛЕМЫ ЗАНЯТОСТИ В РАЗВИТИИ НЕФТЕГАЗОДОБЫВАЮЩЕЙ ПРОМЫШЛЕННОСТИ НА СУШЕ

31.03.2012

E.Hacızadə, Azərbaycan EA İqtisadiyyat İnstitutunun dissertantı

 

QURUDA NEFTQAZÇIXARMA SƏNAYESİNİN İNKİŞAFINDA

MƏŞĞULLUQ PROBLEMLƏRİ

 

Azərbaycan iqtisadiyyatının əsasını və mühüm hissəsini təşkil edən neftqazçıxarma sənayesi 20-ci əsrdə yüksək inkişaf səviyyəsinə çatmış, özünün yüksəliş və enmə mərhələlərini yaşamışdır. Məhz 20-ci əsrdə Azərbaycanın neft sənayesi müxtəlif ictimai iqtisadi formasiyalara bulunmuş, iri dövlətlərin siyasət azarının, müharibə qovğalarının yedəyində getmişdir.

1901-ci ildə dünayda 20 milyon tondan bir qədər çox neft çıxarılmışdır ki, bunun da yarıdan çoxu Azərbnaycanda, Abşeron yarımadasında hasil edilmişdir. İntensiv neft hasilatının 125 illik tarixi ərzində Azərbaycanda 1,3 mlrd. tondan artıq neft hasil edilmişdir ki, onun da 927 mln. tonu quru sahələrin payına düşmüşdür.

Əsrimizin son onilliklərində hasilatın aşağı düşməsi, dənizdə neft-qaz yataqlarının kəşfinə diqqəti artırmışdır. Sonradan Xəzərdə aşkar edilmiş yataqlar müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafının qarantına çevrilmiş, böyük karbohidrogen ehtiyatlarına malik bu yataqların bazasında konsorsium formalı «Əsrin müqaviləsi» daxil olmaqla artıq 5-ci müqavilə imzalanmışdır.

XIX əsrin sonralarında - XX əsrin əvvələrində Azərbaycanda yerli və xarici neft inhisarları meydana gəlmiş, yüksək mənfəət götürmək ehtirası, neft yataqlarının vəhşicəsinə istismarı ilə nəticələnmişdir. Belə vəziyyətdə 1913-cü ildə Rusiyada neft hasilatı 10,3 milyon tona, Azərbaycanda isə 7,7 milyon tona enmişdir. Birinci dünya müharibəsi, xarici hərbi müdaxilə, vətəndaş müharibəsi hasilatı Rusiyada 3,8 milyon tona, Azərbaycanda isə 2,9 milyon tona endirdi.

Sovet hakimiyyəti illərində quru sahələrdə geoloji kəşfiyyat-axtarış işləri geniş vüsət almış, yeni neft yataqları kəşf edilmiş, yeni neftçi şəhər qəsəbələri salınmış, neft sənayesi zavodları və yardımçı istehsal sahələri yaradılmışdır. 1940-cı ildə SSRİ neft hasilatının 3/4-ü Azərbaycanın payına düşmüşdür. 2-ci Dünya müharibəsinin başlanğıcında Azərbaycanın neft sənayesi qarşısında cəbhəni yanacaqla təmin etmək kimi ağır və məsul bir vəzifə dururdu. 1941-ci ildə Azərbaycanda quruda 23,5 milyon ton neft hasil edildi. Müharibə illərində Azərbaycan ölkəyə 75 milyon ton neft verdi. Müharibədən sonrakı illər SSRİ məkanında Volqaboyunda, Uralda, Sibirdə nəhəng neft yataqlarının kəşfi Azərbaycanı xüsusi diqqət sferasından çıxartdı. Dənizdə perspektivli yataqların kəşfi, ucuz başagələn dəniz nefti Azərbaycanda quru sahələrə diqqəti səngitdi.

50-ci illərdən dənizdə neft hasilatı sürət götürdü. Quruda isə enmə prosesləri təşəkkül tapdı. Azərbaycan üzrə neft balansının dəyişməsi, dənizdə aşağı maya dəyərli hasilatı, ümumən dənizdə neftçıxarma praktikasının öyrənilməsi və mənimsənilməsi quru sahələrə nisbətən dəniz yataqlarının istismarı perspektivlərini xeyli artırdı.

Son 10 il ərzində neft hasilatının aşağı düşmə tempi 1986-1990-cı illərdə artsa da 1990-96-cı illərdə bu temp azalmağa doğru meyillidir. Qaz hasilatı isə 1990-1992-ci illərdə kəskin aşağı düşmüş, sonradan enmə tempi azalmış, 1995-1996-cı illərdə nisbi artım əldə edilmişdir. Ümumiyyətlə, son 10 il ərzində neft hasilatı 2,5 dəfə aşağı düşdüyü halda, qaz hasilatından 2,7 dəfə enmə müşahidə edilmişdir.

Quruda neft hasilatından məşğulluq problemi hazırkı vəziyyətdə daha çox əhəmiyyət kəsb etməkdədir. İqtisadi islahatlar şəraitində iş yerlərinin ixtisarı, neftqazçıxarma idarələrinin yenidən təşkili, onların dünya standartlarına uyğunlaşdrılması baxımından zəruridir. Lakin gənc müstəqil Azərbaycanın indiki iqtisadi vəziyyətində artıq işçi kütləsinin ixtisarı sosial baxımdan arzuedilməzdir. Buna baxmayaraq, hasilatın səviyyəsinə uyğun olaraq işə 1975-ci ildə 5662 min neft hasilatına 42111 nəfər, 1990-cı hasilatına 28200 nəfər cəlb edilmişdir. İş yerlərinin ixtisarını təkcə hasilatın aşağı düşməsi ilə əlaqələndirmək kifayət deyildir. Sirr deyil ki, kütləvi səmərəsiz işin artıqlığı quruda, NQİİB-də mövcuddur. Bunların tərkibində azmış kimi yüzlərlə işçi hər il neft qaz hasilatına müvəqqəti və əvəzçilik qaydasında işə cəlb olunur. İşçilərin tərkibində ixtisassız, səmərəsiz işçilərin xüsusi çəkisi də az deyildir.

Quruda Neftqazçıxarma sənayesində 1996-cı ildə 1990-cı illə müqayisə işçilərin ümumi sayı 300 nəfərədək azaldığı halda tikintidə 3,3 dəfə artım müşahidə edilmişdir. Hazırda tikintidə işçilərin sayı ümumi işçilərin sayının 11,8%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, bu sahədəki işçilərin sayı son 30 il ərzində İstehsalat Birliyində işçilərin ümumi sayının 8% həddini keçməmişdir.

İşçilərin sayı quruda neftqazçıxarmanın digər strukturlarında, geologiya və elm sahələrində azalmağa məruz qalsa da, qazmada 1975-ci illə müqayisədə paralellik saxlanılmışdır. Halbuki bu illər ərzində qazmanın gedişində 6,5 dəfə enmə qeyd olunmuşdur. İşçilərin say tərkibinin sahələr üzrə mütənasibiyinin dəyişməsi hasilatın aşağı düşməsi və bu hasilata işçi kateqoriyalarının müvafiqliyinin təmin edilməsi ilə əlaqədardır.

Neftqazçıxarmada hazırkı vəziyyətdə məşğulluq problemi orta əmək haqqı səviyyəsinin saxlanılması, əmək məhsuldarlığının artması, maya dəyərinin aşağı salınması hesabına deyil, neftin qiymətinin artırılması ilə uyğunlaşdırılır.

 

3.Проблемы занятости в развитии нефтегазодобывающей промышленности на суше. «Азербайджан на пороге ХХI века». Материалы республиканской научно-практической конференции. Баку. 1997. 0,2 п.л.