gototop gototop

Словарь

FİKTİV KAPİTAL

(latınca - fictitious - uydurma, qəlp - capitalis - əsas, başlıca, ingiliscə - fictitious capital - uydurma sərvət) - real kapitaldan fərqli olaraq material-əşya və ya mənəvi dəyərə malik olmayan, borc kapitalından fərqli isə pul kapitalı olmayan kapital. İstehsal prosesində fiktiv kapital bilavasitə iştirak etmir. Fiktiv kapital sadəcə olaraq sahibinə faizlər, dividedntlər formasında gəlir əldə etməyə imkan verən qiymətli kağızlar kimi təqdimat alır. “Fiktiv” kapital adı onunla şərtlidir ki, o, özü-özlüyündə gəlir, mənfəət yaratmır, o ancaq gəlirin yenidən bölgüsünə kömək edir.