gototop gototop

Словарь

FEDERAL EHTİYAT SİSTEMİ, ABŞ

(ingiliscə - Federal Reserve System, FRS - Federal Ehtiyat Sistemi) – ABŞ-ın Mərkəzi Bankı funksiyalarını yerinə yetirən, 12 federal ehtiyat bankını əhatə edən birlik. Bu sistemə onun üzvü olan kommersiya bankları da daxildir. ABŞ-ın Federal Ehtiyat Sistemi 1913-cü ildə təsis olunmuşdur. Federal ehtiyat bankları banknotların emmissiyasını, federal büdcənin xəzinə xidmətini, dövlətin qiymətli kağızlarının alqı-satqısını, kommersiya banklarının fəliyyətinin tənzimlənməsini və onların işinə nəzarəti həyata keçirir, dünya valyuta bazarlarında əməliyyatlar aparırlar.