gototop gototop

Словарь

FAKTORİNQ

(ingiliscə - factoring - vasitəçi, ticarət agenti) - kommersiya bankları, xüsusi faktor şirkətlər tərəfindən müştərinin tədavül kapitalının kreditləşməsi ilə uzlaşan ticarət-komisyon əməliyyat və maliyyə xidmət növü. Faktorinq XVI-XVII əsrlərdə ticarət dəllallarının əməliyyatları kimi meydana gəlmiş, sonradan kreditləşmə formasını almışdır. Faktorinq əməliyyatlında, adətən, üç şəxs iştirak edir: faktor (faktorinq şirkəti və ya bank) - tələbin alıcısı, malın tədarükçüsü (kreditor) və malın alıcısı (debitor). Faktorinq şirkətinin əsas fəaliyyəti, bir qayda olaraq, müddəti 180 gündən artıq olmayan qısamüddətli debitor borcun girovdan çıxarılması yolu ilə tədarükçülərin kreditləşdirilməsidir. Faktorinq şirkəti ilə mal tədarükçüsü arasında məhsul tədarükünün ödənilməsi üzrə tələb meydana gəldikcə hesab-fakturalar və ya digər ödəniş sənədlərinin təqdim edilməsi haqqında müqavilə bağlanır. Faktorinq şirkəti tələblərin dəyərinin 60-90%-ni müştəriyə ödəməklə bu sənədlərin diskontlaşdırılmasını həyata keçirir. Alıcı məhsulun dəyərini ödədikdən sonra faktorinq şirkəti göstərdiyi xidmətlər üçün komisyon və təqdim etdiyi kreditdən faiz tutaraq məbləğin qalığını tədarükçüyə ödəyir.