Архив
Словарь
ƏSAS İSTEHSAL FONDLARI
istehsal potensialını təyin edən mühüm göstərici kimi, əmək vəsaitlərinin dəyərində əks olunur. Milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar, həm də ümumi təkrar istehsal prosesinin həlledici şərti, əmək məhsuldarlığını, istehsalın səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi də çıxış edir. Onun spesifik əlaməti müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərin tədricən hazır məhsulun üzərinə köçürülməsindədir. Bu proses nəticəsində nizamnamə kapitalı avanslaşdırılır, əsas kapitalın pula, onun da yenidən əsas kapitala çevrilməsi reallaşır.