gototop gototop

Словарь

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ

(ingiliscə - food security - ərzaq təhlükəsizliyi) - insanların zəruri fəal həyat tərzi keçirmək üçün hər an kifayət edəcək həcmdə təhlükəli olmayan qida məhsullarını fiziki və iqtisadi baxımdan əldə etmək imkanlarının mövcud olduğu situasiya. Ərzaq təhlükəsizliyi hər bir dövlətin aqrar və iqtisadi siyasətinin əsas məqsədlərindən birini təşkil edir. O, istənilən milli ərzaq təminatı sistemini ideal vəziyyətə gətirilməsini formalaşdırır. Ərzaq təhlükəsizliyi dünya, region, milli, yerli və ev təsərrüfatları səviyyəsində təyin edilir. Ərzaq təhlükəsizliyi təminatının əsas göstəricisi kimi dünya taxıl ehtiyatlarının keçicilik həcmi və adambaşına düşən taxıl istehsalı təşkil edir. Keçici taxıl ehtiyatlarının səviyyəsi bütün il ərzində istehlakın 17%-nə (60 günlük istehlak) bərabərdirsə, ərzaq təhlükəsizliyi dayanıqlı hesab olunur. Ərzaq təhlükəsizliyi təminatının adambaşına düşən taxıl istehsalı gəstəricisi dünya üzrə 327 kq təşlik edir. Bu göstərici inkişaf etmiş ölkələrdə 635, inkişaf etməkdə olan ölkələrdə isə 235 kq-yə bərabərdir