gototop gototop

Словарь

ƏRƏB RESURS İQTİSADİYYATI

zəngin neft-qaz ehtiyatlarına malik ərəb dünyası ölkələri – BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı və digər bu kimi islam monarxiyası dövlətlərində  neft-qaz sferasında əldə edilmiş vəsaitlər hesabına bir sıra müasir sənaye, kənd təsərrüfatı və xidmət sahələrində dövlət nəzarəti ilə dövlətin birbaşa iştirakının uzlaşdırıldığı iqtisadi model. Bu model-sistemdə dövlət inkişafın başlıca hərəkətverici qüvvəsi, iqtisadi fəaliyyətin əsas subyekti olaraq çıxış edir. İnfrastruktur, sosial sfera, vətəndaşların maddi rifahı çox yüksək səviyyədə saxlanılır. Siyasi sistem son dərəcə mühafizəkar, partiarxal xarakter daşıyır. Mədəniyyət sahəsində də ənənələr ciddi qorunur. Gündəlik həyatda ən müasir məişət texnikasından istifadə ilə patriarxallıq uzlaşır. Turizmə böyük əhəmiyyət verilir ki, bu da iqtisadiyyatın bu tipini öz coğrafi mövqeyindən istifadəyə əsaslanan daha bir iqtisadi sistemlə yaxınlaşdırır.