gototop gototop

Словарь

ƏRAZİ DƏNİZİ (ƏRAZİ SULARI)

(ingiliscə - territorial sea - ərazi dənizi) - sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik və onun tam suverenliyi altında olan dəniz zolağı. Bu suverenlik dənizinin səthinə və dibinə, habelə onun üzərindəki hava məkanına şamil olunur. BMT-nin dəniz hüququ konvensiyası ərazi sulara sahib dövlətin suverenliyini yalnız «azad keçid» anlayışı ilə məhdudlaşdırır.