gototop gototop

Словарь

ƏLAVƏ DƏYƏR, ƏLAVƏ EDİLMİŞ DƏYƏR

(ingiliscə - value added - əlavə dəyər) bilavasitə müəssisə və şirkətdə yaradılmış əmtəə və xidmətlərin dəyərinin bir hissəsi. Əlavə dəyər istehsal prosesində yaradılmış məhsulun dəyərinə mövcud müəssisə və ya şirkətin real payı kimi səciyyələndirilir. Müəssisə və şirkət tərəfindən yaradılmış əmtəə və xidmətlərin dəyəri ilə (satışdan daxil olmalarla) onlar tərəfindən digər kənar təşkilatlardan alınmış əmtəə və xidmətlərin dəyəri (sərf edilən materiallar və digər xərclər) arasındakı fərqlə hesablanır. Materiallar, əmək haqqı, mənfəət, renta və faizlər, amortizasiya və dolayısı vergilər əlavə dəyərin həcmini müəyyən edir.