Архив
Словарь
(fransızca - etat - dövlət) cəmiyyətin iqtisadi həyatında dövlətin fəal iştirakı. Siyasi fikrin dövləti ictimai inkişafın ali nəticəsi və məqsədi kimi nəzərdən keçirən istiqaməti. «Dövlətçilik» anlamı kimi tətbiqini tapan etatizm termini XIX əsrin sonunda İsveç burjua liberalı Nyuma Dro tərəfindən ədəbiyyata gətirilmişdir. Başlanğıcda dövlət mərkəziyyətçiliyi prinsipi mənasında, sonradan, imperializm dövründə burjua dövlətinin iqtisadi funksiyalarının güclənməsi ilə əlaqədar olaraq kapitalist ölkələrinin təsərrüfatının inkişafında dövlətin iqtisadi siyasətinin rolunu səciyyələndirən istilah kimi istifadə olunmuşdur. Burjuaziya cəmiyyətində onun əvvəldən hakim olan «minimal dövlət» (yəni ölkə həyatında onun məhdud rolu) baxışları ilə etatizm əsasən mürtəce sosial-siyasi qüvvələr mövqeyindən güclü dövlət hakimiyyətinin tələbi kimi antiliberal və antidemokratik doktrina kimi çıxış etmişdir. Etatizm siyasəti Türkiyəyə milli iqtisadiyyatın sürətli inkişafına imkan yaratmış və prinsip olaraq 1937-ci ildə Türkiyə Cümhuriyyətinin Konstitusiyasına daxil edilmişdir. II Dünya müharibəsindən (1939-1945) sonra iri burjuaziyanın nüfuzunun güclənməsi ilə əlaqədar olaraq, Türkiyə hökuməti etatizm siyasətindən kənarlaşdı və etatizm doktrinası «qarışıq iqtisadiyyat» nəzəriyyəsindən sıxışdırıldı. 1960-cı illərində isə burada «yeni etatizm» şüarı irəli sürüldü.