gototop gototop

Словарь

DÜNYA NÜVƏ YANACAĞI BAZARI

(ingiliscə - world nuclear fuel market - dünya nüvə yanacağı bazarı) - dünya bazarının sektoru olaraq, nüvə yanacağı və onunla bağlı istehsalçıların, treyderlərin (vasitəçilərin) və istehlakçıların birliyidir. Bu bazarda əmtəələr (nüvə yanacağı və onun komponentləri, nüvə və qeyri-nüvə tsiklləri üzrə maşınqayırma məmulatları), xidmətlər (uranın zənginləşdirilməsi, nüvə tullantılarının utilləşdirilməsi) ticarəti reallaşdırılır və buraya hərbi təyinatlı materiallar satılmır. Beynəlxalq tənzimləmə subyekti olan bazarın qeyri-stabilliyi yüksək olmur və burada speklyuativ sövdələşmələr faktiki mövcud deyildir. Dünya nüvə yanacağı bazarı regional və reaktorlar tipinə görə fərqləndirilir. Bazarın ən böyük regional seqmenti kimi Şimali Amerika (ABŞ, Kanada, Meksika) və Qərbi Avropa (Fransa, Almaniya, Böyük Britaniya, Belçika, Finlandiya, Niderland, İspaniya, İsveç, İsveçrə) çıxış edirlər. Bu bazarlarda 100-dən çox reaktor istismar edilir. Perspektivdə nəhəng regional seqment kimi Asiya regionunun (Hindistan, Çin, Yaponiya. Pakistan, Çənubi Koreya, Tayvan) çıxış edəcəyi gözlənilir ki, burada da istismar reaktorlarının sayının 2030-cu ildə 300-ə çatacağı proqnozlaşdırılır. Nüvə yanacağı üzrə qlobal təchizatçı qrupları qismində Fransa və Almaniya şirkəti (AREVA), ABŞ və Yaponiya şirkəti (Toshiba-Westinghouse Electric Company), Yaponiya nüvə yanacağı şirkəti (Japan Nuclear Fuel Limited) və Rusiyanın nüvə şirkəti (TK “ТВЭЛ”) çıxış edirlər. Dünya nüvə yanacağı bazarı milli və beynəlxalq səviyyədə ciddi hüquqi tənzimlənir və nəzarət olunur. Buna görə də, burada istənilən səviyyədə yeni fəaliyyətə başlayan investora praktiki olaraq yer yoxdur.