Архив
Словарь
(ingiliscə - world market - dünya bazarı) - bir-biri ilə beynəlxalq əmək bölgüsündə iştirakla əlaqədar dövlətlər, sahibkarlar, kommersiya təşkilatları, müxtəlif dövlətlərin firmaları arasında dayanıqlı əmtəə-pul münasibətləri sistemi kimi tələb və təklif sferasını, əmtəə və xidmətlərin kommersiya mübadiləsini özündə birləşdirən milli bazarların məcmusu dünya təsərrüfatının tərkib hissəsi. Qloballaşma şəraitində dünya təsərrüfat əlaqlələrinin genişlənməsi və dərinləşməsi ilə bazarlar özlərinin milli və ərazi sərhədlərini itirərək bütün ölkələrin iştirak etdiyi dünya bazarına çevrilirlər. Dünya təsərrüfatının subyektləri tərəfindən maddi nemətlərin ümumi tələb və təklifin qlobal sistemi, əməyin coğrafi bölgüsünün amilli və nəticəsi olaraq dünya bazarı müxtəlif bazar növlərini xidmət, maliyyə, resurs, əmək və ya işçi qüvvəsi, ticarət, kapital, informasiya və s. özündə birləşdirir. Dünya bazarının ayrı-ayrı sahələr üzrə fəaliyyəti beynəlxalq sazişlərlə tənzimlənir. Hər bir məhsul bazarında bazis qiymətlərin tanındığı müvafiq əmtəə ticarəti üzrə müvafiq ticarət mərkəzləri “əsas bazarlar” formalaşır. Ticarətin təşkili baxımından bazarlar, əmtəə birjaları, hərraclar, ticarət sövdələşmələri, beynəlxalq sərgi və yarmarkalar növlərininə təsnifatlandırlılr.