Архив
Словарь
(ingiliscə - state - dövlət) - dünya təsərrüfatının əsas subyekti. Dövlət hakim sinifin, əhali qrupunun maraqlarını ifadə edərək cəmiyyətin siyasi və iqtisadi formasıdır. Dövlət müvafiq ərazidə hüquqi qayda yaratmaqla, suverenliyə, xüsusi idarəetmə aparatı və məcburetməyə malik, hakim-siyasi təşkilatdır. Hakim sinif, əhali qrupları özünün maraqlarını dövlətin məqsədlərinə çevirirlər. Bu əsasda dövlət və təsərrüfat fəaliyyətinin qarşılıqlı hərəkətləri baş verir. İqtisadiyyatda dövlət öz rolunu ilk növbədə şirkətlər üçün ölkə daxili və xaricində təminatlı bazarların yaradılmasında, kapitalın yığımında iştirakında, milli maraqlardan irəli gələrək, xüsusən də ÜDM-in istehlaında daxili və xarici iqtisadi əlaqələrin tənzimləməsində göstərir. Bütün bunlara bilavasitə dövlət maliyyəsi vasitəsi ilə milli gəlirin təkrar bölgüsü əsasında nail olunur.