gototop gototop

Словарь

DİNAMİK İNKİŞAF EDƏN ÖLKƏLƏR QRUPU - BRICS

(ingiliscə - BRICS - Brazil, Russia, India, China, South Africa - beş sürətlə inkişaf etməkdə olan ölkə: Braziliya, Rusiya, Hindistan. Çinin və Cənibi Afrika Respublikasının adlarının abreviaturası) - Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın təmsil olunduğu dinamik inkişaf edən ölkələr qrupudur. BRICS abberiviaturası həm də ingilis transkripsiyasında “brick” - kərpic sözünə oxşarlığı onun həmdə möhkəmlik simvolu kimi tərənnümündə rol oynayır. Anlayış 2001-ci ildə Qoldman Saksın (Goldman Sachs) qlobal iqtisadi tədqiqat mərkəzinin rəhbəri Cim Onil sürətlə inkişaf edən ölkələr dördlüyü - Braziliya, Rusiya, Hindistan və Çini BRİC adlandırılan qrup haqqındakı mülahizəsi ilə dövriyyəyə gəlmişdir. 2011-ci ildə CAR-ın BRİC-ə birləşməsi ilə əlaqədar olaraq, qrup BRİCS adını almışdır. Dünyanın quru sahəsinin 26%-nin və əhalisinin 42%-nin yaşadığı ölkələrin yaratdığı bu təşkilat qlobal iqtisadiyyatının 20%-ni əlində cəmləşdirir. Dünyada yeni güc mərkəzi yaratmaq istəyən BRİCS ölkələri qlobal iqtisadiyyatda DB və BVF-yə güclü rəqib olacaq 100 milyard dollar büdcəsi olan, mərkəzi Çinin paytaxtı Şanxay şəhərində yerləcıək “İnkişaf Bankı”nın yaradılması üçün müqavilə bağlamışlar. Bank əhatəsini genişləndirərək BRİCS ölkələrindən başqa Meksika, Argentina və İndoneziya kimi sürətlə inkişaf etməkdə olan ölkələrin üzvlüyünə də açıq olacaqdır.