gototop gototop

Словарь

DƏNİZ HÜQUQU ÜZRƏ BMT-nin KONVENSİYASI

(ingiliscə - United Nations Convention on the Law of the Sea - Dəniz hüququ üzrə BMT-nin konvensiyası) - dünya okeanının mənimsənilməsini, məkanından və təbii resurslarından istifadənin praktiki olaraq bütün aspektlərini ehtiva edən hərtərəfli beynəlxalq müqavilə, BMT konvensiyası. Yamaykanın Monteqo-Bey şəhərində 1982-ci ilin dekabrında imzalanmış və 1994-cü ilin noyabrında qüvvəyyə minmişdir. 320 maddə və 9 əlavədən ibarətdir. Aİ və daha 160-a qədər ölkə konvensiyanı imzalamışdır. Dəniz hüququ üzrə BMT-nin konvensiyası 1958-ci il Cenevrə dəniz konvensiyası üzrə üzv dövlətlər arası münasibətlərdə üstün gücə malikdir. Konvensiya beynəlxalq-hüquqi institutların: ərazi dəniz və bitişik zona; beynəlxalq gəmiçilikdə istifadə olunan boğazlar; arxipelaq sular; xüsusi iqtisadi zona; kontenintal şelf; açıq dəniz və dəniz dibi beynəlxalq rayonu üzrə normativ tənzimlənməsini həyata keçirir.