gototop gototop

Словарь

DƏNİZ

(ingiliscə - sea - dəniz) - qismən quru və qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılan dünya okenanın bir hissəsi olan iri su hövləri. Əsas xüsusiyyəti iri ölçülü su hövzəsi kimi okeanın ucqarlarında yerləşməsi və okeanla bir və ya bir neçə boğazla birləşmiş olmasıdır. Dənizlər başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Onların yaranışı bütün hallarda təbiidir və bir qayda olaraq suları duzludur. Dənizlər həm də daxili, kənar, materiklərarası və adalararası kimi təsnifata da məruz qalırlar. Daxili dənizlər materikin quru hissəsinin üzərində yürləşir və bir qayda olaraq onlar dünya okeanı ilə bir və ya bir neçə körfəz vasitəsi ilə birləşirlər. Kənar dənizlər daxili dənizlərdən materikin içərisində deyil onun kənarında olması və okeanla birbaşa və ya adalarla birləşməsi ilə fərqlənirlər. Materiklərarası dənizlər isə materiklər arasında yerləşir. Nəhəng adalar arasında qərar tutan dənizlər adalararası dənizlər adlandırılır. Dənizlər arasında materiklərlə bir başa sahili olmayan, okana daxildə (Atlantik okeanda Sarqas dənizi) yerləşənlərə rast gəlinir. Müvafiq ədəbiyyatlarda həm də dünya okeanından tam izole edilmiş nəhəng su hövzələrinin, təbii ki göllərin dəniz adlandırılması təccrübəsi də yer alır. Bu sırada ən nəhəg su hövzəsi kimi Xəzər dənizi göstərilir.